Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) və “Lemon Metal” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə investisiya sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi üzrə fikir mübadiləsinin aparılıb, ölkəmizdə yaradılmış əlverişli investisiya mühiti barədə məlumat verilib. “Lemon Metal” şirkətinin nümayəndələri ölkəmizdə alüminium məmulatları istehsalı sahəsinə sərmayə qoymaqda maraqlı olduqlarını bildiriblər.