Cümə axşamı , 12 Fevral 2026
Drone Cameras

Cənubi Koreyada üç general və beş polkovnikə qarşı cinayət ittihamları irəli sürülüb

Cənubi Koreya Müdafiə Nazirliyi 2024-cü ilin sonunda sabiq prezident Yun Sok Yol tərəfindən hərbi vəziyyətin tətbiq edilməsinə yardım göstərən təxminən 180 hərbçini müəyyən edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

İntizam tədbirlərinə əlavə olaraq, bu məsələdə əsas rol oynamış üç general və beş polkovnikə qarşı cinayət ittihamları irəli sürülüb.

Nazirlik bu məlumatları aylarca davam edən istintaqın yekununda açıqlayıb. İstintaq zamanı həmin hadisələrdə iştirak etdiyi güman edilən 24 hərbi qərargah və bölmədən təxminən 860 zabitin fəaliyyəti yoxlanılıb.

İstintaqın nəticələrinə əsasən Müdafiə Nazirliyi Hərbi Kəşfiyyat Komandanlığının seçkilərə nəzarət edən dövlət orqanını ələ keçirmək məqsədilə əvvəlcədən razılığa gəldiyini təsdiqləyib. Eyni zamanda, müəyyən edilib ki, Hərbi Əks-kəşfiyyat Komandanlığı və nazirliyin istintaq idarəsi əsas siyasətçilərin həbsini planlaşdırıb. Qurum əks-kəşfiyyat və kəşfiyyat komandanlıqları barəsində əlavə yoxlamalar keçirməyi planlaşdırdığını qeyd edib.

Check Also

ABŞ-dən Moskvaya xəbərdarlıq: Sanksiyalar yalnız bu halda aradan qaldırılacaq

ABŞ Maliyyə Nazirliyinin Rusiya neftinə qarşı sanksiyaları yalnız Ukrayna böhranı sülh yolu ilə həll olunduqdan …