Cümə , 27 Mart 2026
Drone Cameras

Çanaqqala Bələdiyyəsi: “Azərbaycanla aktiv əməkdaşlıq qurmaq istəyirik”

Türkiyənin Çanaqqala Bələdiyyəsi digər ölkələrdəki qardaşlaşmış şəhərlərin təcrübəsindən yararlanaraq Azərbaycanla aktiv əməkdaşlıq qurmaq niyyətindədir.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı hələ heç bir müzakirə aparılmır: “Lakin Azərbaycan şəhərlərindəki analoji strukturlarla əməkdaşlıq etmək istəyirik. Bu struktur gənclər, onların inkişafı üçün çoxsaylı layihələr həyata keçirir. Çanaqqala bələdiyyəsi qardaşlaşmış şəhərlərlə onlayn gənclər şəbəkəsi yaradıb. Onun vasitəsilə gənclər onlayn rejimdə əlaqə saxlaya bilirlər. Bu yaxınlarda oxşar şəbəkə Çanaqqala ilə Almaniyanın Osnabrük şəhəri arasında yaradılıb”.

Vurğulanıb ki, Çanaqqala bir vaxtlar döyüş meydanı olub: “Burada çoxlu faciəvi hadisələr baş verib. Xoşbəxtlikdən bu günlər arxada qalıb”.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …