Cümə , 26 Aprel 2024

Aktual

Ankara tədbir görür

Türkiyə vətəndaşlığını almaq istəyənlərin sayı artıbTəkcə ukraynalılar deyil, rus iş adamları da Türkiyədə daimi məskunlaşmaq istəyir Türkiyə vətəndaşlığı üçün alınacaq daşınmaz əmlakın dəyəri artırılır.Müraciət üçün alınacaq daşınmaz əmlakın dəyəri 250 min dollardan 400 min dollara qaldırılacaq. Bu məsələ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclasında müzakirə edilib. Vətəndaşlıq müraciəti üçün 400 min dollar və ya ekvivalent xarici …

Read More »

Vətəndaş Həmrəyliyi Partiyası Brüssel görüşünü yüksək dəyərləndirib:”Ermənistanın nicatı Azərbaycanın bütün tələblərini yerinə yetirməkdədir”

Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra dünyanın bir çox siyasi, hərbi mərkəzlərini özü ilə hesablaşdırmaqdadır. Bu sırada illərlə Ermənistanın işğalçılıq soyasətinə göz yuman Avropa İttifaqının Azərbaycanın müəyyənləşdirdiyi reallıqları qəbul etməsi xüsusilə diqqət çəkir. Azərbaycan Ermənistan danışıqlarında aktivlik göstərən Avropa İttifaqının Cənubi Qafqazda sülhün təmin edilməsi üçün sülh müqaviləsinin tezliklə imzalanmasına çalışması sirr deyil. Brüsseldə keçirilən son görüş də …

Read More »

Ukrayna vətəndaşı olan soydaşlarımız Azərbaycanda qaçqın statusu ala bilər

Ukraynada davam edən müharibə səbəbindən 3 milyondan çox insan bu ölkəni tərk etməyə məcbur qalıb. Onların arasında Ukrayna vətəndaşlığını daşıyan yerli sakinlərlə yanaşı müxtəlif millətlərin nümayəndələri də var. Son 21 gün ərzində qaçqın düşən milyonlarla Ukrayna vətəndaşı daha çox Avropa və Qərb ölkələrinə sığınıb. Azərbaycana gəlincə, Dövlət Miqrasiya Xidməti bir müddət öncə Ukrayna vətəndaşları tərəfindən qaçqın statusu almaq üçün ölkəmizə müraciət daxil olmadığını açıqlamışdı. …

Read More »

AQTA-nın sədr müavinindən leş əti açıqlaması: “Bu il 91 ton yararsız ət məhsulları məhv edilib”

“Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mütəmadi nəzarət tədbirləri həyata keçirilir, qanunsuz fəaliyyət göstərən, qida təhlükəsizliyi sahəsində mövcud tələblərə əməl etməyən sahibkarkar barəsində qanunvericiliyə uyğun zəruri tədbirlər görülür”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev leş əti satılması iddialarına münasibət bildirərkən “Azərbaycan” qəzetinə bildirib. “Agentlik fəaliyyətə başladığı gündən digər aidiyyəti qurumlar ilə birgə aparılan nəzarət …

Read More »

Seçki, yoxsa erməni ehtirası? – Elməddin Behbud yazır

20 iyun seçkilərinə qalan müddət bitdikcə ABŞ-ın Ermənistandakı səfirliyinin bir neçə gün öncə “növbəti iki həftə ərzində İrəvanda və Ermənistanın başqa vilayətlərində seçkilərlə bağlı baş verə biləcək yürüş və ya nümayişlərə görə vətəndaşlarını ayıq olmağa” çağırmasının nə qədər ciddi əsaslara söykəndiyi daha aydın şəkildə görünməkdədir.Ermənistanda parlament seçkilərinin təbliğat-təşviqat mərhələsinin başa çatması ilə siyasi mübarizə prosesi öz apogeyinə yaxınlaşır. Rəsmi məlumata …

Read More »

İttiham aktı: Sabiq nazir müavini 1 milyon 800 min manat rüşvət alıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Boyukmillet.com  xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama görə, təqsirləndirilən şəxs ümumilikdə 1 milyon 800 min manat rüşvət alıb. Daha sonra R.Bayramov elan olunmuş ittihamlarla özünü qismən təqsirli bilib. Məhkəmənin növbəti iclası …

Read More »

Gülənin qardaşı oğlu saxlanıldı – FOTO

FETÖ təşkilatının lideri Fətullah Gülənin qardaşı oğlu Səlahəddin Gülen Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən xaricdə tutularaq Türkiyəyə gətirilib. Bu barədə “TRT Haber” xəbər verir. Məlumata görə, o, silahlı terror təşkilatına üzv olmaqda ittiham edilir. Səlahəddin Gülən FETÖ-nin gizli quruluşları ilə təşkilatın lideri Fətullah Gülən arasında əlaqəni təmin edirmiş. Hazırda onunla bağlı araşdırma aparılır. (modern.az)

Read More »

“Qüdrət Həsənquliyev Milli Məclisdə rüşvət hesabına oturur”

Azərbaycanda rüşvətxor və korrupsioner məmurların həbsi ilə bağlı çağırışlara fərqli reaksiyalar verilir. Əksəriyyət vəzifə səlahiyyətindən sui-istifadə edərək ölkəni talan edən bu şəxslərin ağır şəkildə cəzalandırılmasını tələb edir. BAXCP sədri Qüdrət Həsənquliyev isə fərqli düşünür. O, mətbuata açıqlamasında təqib yolu ilə rüşvətin qarşısını almağın mümkünsüz olduğunu deyib. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Yenisabah.az-a açıqlamasında bildirib ki, korrupsiya və rüşvət məsələsində …

Read More »

Ombudsman Aparatı: Sarkisyanın dedikləri əsasında Ermənistana sanksiyalar tətbiq edilməlidir

“Kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, bu yaxınlarda Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan “Armnews” kanalına verdiyi müsahibəsində İkinci Qarabağ müharibəsi dövründə Ermənistan hərbi qüvvələrinin Azərbaycanın Gəncə şəhərindəki mülki yaşayış məntəqələrini qəsdən hədəfə aldıqlarını açıq şəkildə etiraf edib. Eyni zamanda, S.Sarkisyan öz müsahibəsində İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfinin İskəndər əməliyyat-taktiki ballistik raket sistemindən istifadə etməsi məsələsinə toxunub və bu silahın …

Read More »

Narkotik cinayətlərini kimlər törədir? – STATİSTİKA

2020-ci ildə Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 4 233 nəfər cinayət törətmiş şəxs müəyyən edilİb. Boyukmillet.com xəbər verir ki, bu şəxslərin 29,4 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib. Cinayət törətmiş şəxslərin 99,0 faizi cinayət məsuliyyətinə cəlb olunub, 1 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib. Cinayət törətmiş şəxslərin 70,9 …

Read More »