Cümə axşamı , 21 Noyabr 2024

Analitika

İrəvandan Dehliyə uzanan erməni xəyalı – Ermənistan okeana çıxış arzusundadır – ŞƏRH

İran və Hindistanla hərbi sahədə əməkdaşlığı genişləndirən Ermənistan bundan irəli gələrək xam xəyallar qurmağa başlayıb. İkitərəfli, üçtərəfli əməkdaşlıqdan ruhlanan baş nazir Nikol Paşinyan hökuməti ümid edir ki, hərbi əməkdaşlığı digər sahələrə də şamil etmək mümkündür. Soydaşlarını inandırmağa çalışır ki, avtomobillərinə əyləşib birbaşa Dehliyə kimi gedə bilərlər. Lakin hələ ki, bu layihəyə elə ermənilərin özlərindən başqa heç kim ciddi yanaşmır. Sadəcə …

Read More »

Paşinyanın Köçəryana qarşı “səlib yürüşü” – ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyanla keçmiş prezident Robert Köçəryan arasındakı ziddiyyətlər yeni mərhələyə qədəm qoyub. 2018-ci ildən tərəflər arasında gedən qarşıdurma deyəsən Paşinyanın qələbəsi ilə başa çatacaq. Baş nazir siyasi opponentini və rəqibini bu dəfə uzunmüddətli həbsə göndərmək niyyətindədir. Ermənistanın ikinci prezidenti və onun ailə üzvləri qanunsuz mənşəli əmlakın müsadirəsi ilə bağlı işin materialları ilə tanış olmaq və mövqelərini bildirmək …

Read More »

Rusiyanın “orbit”indən uzaqlaşan Ermənistan – Paşinyan KTMT-dən çıxma prosesini tezləşdirir – ŞƏRH

Ermənistan Qərb qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdədir. Sirr deyil ki, Rusiya “orbit”indən uzaqlaşmaq, ərazisindəki rus hərbi bazalarını çıxarmaq baş nazir Nikol Paşinyanın qarşısında duran prioritet məsələ olub və indi də nəyin bahasına olursa-olsun, bu tələbi reallaşdırmağa çalışır. Şübhəsiz, bu istiqamətdə ilk addım da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq qərarıdır. Baş nazir Nikol Paşinyan təşkilatı tərk etmək barədə Qərbin qoyduğu …

Read More »

Qarabağdakı erməni separatçıları qaçır – “parlament sədri” istefa verir – ŞƏRH

Qarabağdakı erməni separatçılarının tör-töküntüləri möhkəm qorxuya düşüblər və qaçmağa başlayıblar. Ermənistanın “Aysor” nəşri yazıb ki, qondarma respublikanın “parlament sədri” Artur Tovmasyan sabah istefa ərizəsi təqdim edəcək. Onun özü də bununla bağlı açıqlama yayıb. A.Tovmasyan iddia edir ki, “istefası” şəxsi qərarıdır. Amma “parlament sədri”nin bu addımı könüllü atmadığı, bunun Azərbaycanın Qarabağ iqtisadi rayonu ətrafında son aylar baş verən hadisələrlə birbaşa bağlı …

Read More »

İran vətəndaşlarına sadə vizanın çətinləşdirilməsi – Tehranın qazandığı etimadsızlıq – ŞƏRH

Həm o tayda, həm də bu tayda hər kəs İran hakimiyyətinin Azərbaycana qarşı fəaliyyətinin şahididir. Tehran rejiminin anti-Azərbaycan addımları elə uzaq keçmişdə baş verməyib. Çox uzağa getməyək, İranın elə 2023-cü ildə Azərbaycana qarşı davranışı bütün əlaqələri kəsməyə kifayət edərdi. Bəzilərini yada salaq. Yanvarın 27-də Azərbaycanın İrandakı Səfirliyinə qarşı həyata keçirilmiş terror hücumu nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid …

Read More »

Laçın yolunda yeni hüquqi keçid rejimi Ermənistan liderlərinin yuxusunu qaçırır…

Ermənistanın sülh prosesini pozmaq üçün mütəmadi istifadə etdiyi üsullardan biri Laçın yolundakı vəziyyəti maksimum dramatikləşdirərək dünya birliyini çaşdırmaqdır.Bununla paralel olaraq Ermənistan rəhbərliyi sülh prosesini pozmaq üçün Qarabağ ermənilərini Azərbaycanla reinteqrasiyadan çəkindirmək və qanunsuz silahlı erməni birliklərini ( 10 min nəfərdən çox) sülhməramlıların məsuliyyət zonasında saxlamaqdan da fəal istifadə edir.Maraqlananlar bilir ki, qanunsuz silahlı ermənilər Qarabağda qaldıqca və reinteqrasiya gecikdikcə sülh …

Read More »

Azərbaycanlı əsgərə verilən işgəncə – erməni vəhşiliyi və tərbiyəsizliyinin növbəti ifşası – ŞƏRH

Ötən gün ermənilərin vəhşiliyini əks etdirən və Ermənistanın əsl simasını, həyata keçirdiyi siyasətin mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirən daha bir hadisə baş verib. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla şərti dövlət sərhədi istiqamətində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən azərbaycanlı əsgəri ermənilər döyüb, işgəncə veriblər və bütün bunları videoya çəkiblər, həmin görüntüləri fotolarla birlikdə …

Read More »

Ərdoğanın liderliyi: 100-cü ilinə “Doğru adam”la gedən Türkiyə – ŞƏRH

Türkiyənin qazandığı uğurlar: Ankara dünyada söz sahibinə çevrilib Türkiyə Cümhuriyyətinin 100 illik tarixində mövcud hakimiyyət daha uzunömürlü və qətiyyətli olub. 1991-ci ildən 2002-ci ilədək Türkiyədə 7 dəfə hökumət dəyişib. Bundan əvvəl isə Türkiyə hərbi çevrilişlərin baş verdiyi ölkə olaraq tanınırdı. Çevrilişlərdən sonra isə Türkiyə hər iki ildən bir dəyişən, bəzən bir neçə ay sürən hökumətlər ölkəsi idi. Türkiyədə belə bir …

Read More »

Paşinyanın sərsəm açıqlamaları, gözlənilən erməni təxribatı – vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır – ŞƏRH

Bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Rəsmi məlumata görə, qarşı tərəfin təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb. Erməni tərəfindən də ciddi itkilər olub. Ermənistan KİV-in məlumatına görə, onların azı 3 hərbçisi ölüb. Ermənistanın xüsusi ordu …

Read More »

Prezidentin Düşənbə səfərinin ismarışı: əməkdaşlıq, tərəfdaşlıq, mədəni əlaqələr – ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana dövlət səfəri bəzi mətləblərə də aydınlıq gətirib. Bu ölkələr sovetlərin tərkibində müttəfiq respublika olduğundan bir çox baxımdan daha yaxındır. SSRİ dağıldıqdan sonra hər iki ölkədə silahlı toqquşmalar baş verib. Hər iki ölkə MDB, İslam və İqtisadi Əməkdaşlıq Təşkilatlarında birgə uğurla fəaliyyət göstərirlər. Tacikistan tarixi Şərqi Türküstan ərazisində türk olmayan yeganə dövlətdir. Sovetlər dağılandan sonra İrandakı …

Read More »