Şənbə , 20 Aprel 2024
Drone Cameras

Laçın yolunda yeni hüquqi keçid rejimi Ermənistan liderlərinin yuxusunu qaçırır…

Ermənistanın sülh prosesini pozmaq üçün mütəmadi istifadə etdiyi üsullardan biri Laçın yolundakı vəziyyəti maksimum dramatikləşdirərək dünya birliyini çaşdırmaqdır.Bununla paralel olaraq Ermənistan rəhbərliyi sülh prosesini pozmaq üçün Qarabağ ermənilərini Azərbaycanla reinteqrasiyadan çəkindirmək və qanunsuz silahlı erməni birliklərini ( 10 min nəfərdən çox) sülhməramlıların məsuliyyət zonasında saxlamaqdan da fəal istifadə edir.Maraqlananlar bilir ki, qanunsuz silahlı ermənilər Qarabağda qaldıqca və reinteqrasiya gecikdikcə sülh prosesində real nəticələr baş vermir.

Laçın yolundakı durumu tam təhrif etmək Ermənistanın Azərbaycana qarşı apardığı qara piarın ən fəal istiqamətidir və Ermənistan bununla sülh prosesini öz planlarına uyğun səviyyədə ləngidə bilir .Laçın yolunda Azərvaycanın nəzarəti altında,hər şey sivil qaydada getdiyi halda,Paşinyan və nazirləri qarşılarına çıxan hər Qərb diplomatına Azərbaycanın guya Xankəndində genosid hazırladığını,guya humanitar böhran yaratdığını,yolu kəsdiyini deyirlər.Bu sayaq təbliğatlar son vaxtlar daha da artıb və Ermənistan hətta 2- ci dəfə Beynəlxalq Məhkəməyə müraciət edib.

Ermənistanın Laçın yolu məsələsində qara piarı gücləndirməsi səbəbsiz deyil .Aydın görünür ki, təcavüzkarların narahatlığına yeni nüans əlavə olunub.Belə ki, aprelin 23- dən etibarən Azərbaycan Laçın yolunda ” KPP” quraşdırmaqla yeni fəaliyyət rehimi ,daha doğrusu fəaliyyət rejiminin yeni hüquqi əsaslarını yaradıb.KPP- dən sonra Laçın yolunda hətta ermənilərin özlərinin də rahatlıq duyduğu sivil keçid rejimi separatçıları silkələməyə başlayıb.Beləliklə, ermənilər Laçın yolunda yeni keçid rejiminin stabilləşməsinin qarşısını almağı hədəfləyiblər.Ancaq hər kəs görür ki, yeni rejim sürətlə stabilləşməkdədir.
Laçın yolunun özü Azərbaycanın müharibədən sonra bölgədə yaratdığı yeni reallıqdır, KPP üzərində keçid rejimi isə bu yoldakı yeni reallıqdır.Laçın yolundakı yeni hüquqi rejimin getdikcə dəyişməz hal alması Ermənistan elitasının yuxusunu qaçırır…

Aydın Quliyev

Check Also

Prezident İlham Əliyevin müsahibəsi – dosta da, düşmənə də ismarışlar – ŞƏRH

Prezident İlham Əliyev ötən gün Azərbaycanın vətəndaşlarına, rəsmi Bakının dostlarına, düşmənlərinə, rəqiblərinə və bütövlükdə dünyaya …