Bazar , 13 Aprel 2025

Biznes

İqtisadiyyat nazirinin müavini Xaçmazda vətəndaşları qəbul edəcək

Aprelin 28-də, saat 11:00-da iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Xaçmaz şəhərində Quba, Qusar, Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edəcək. Boyukmillet.com bu barədə nazirliyə istinadən xəbər verir. Vətəndaşların qəbulu şəhərin Bakı prospekti, 45 ünvanında yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində olacaq. Qəbula gəlmək istəyənlər nazirliyin internet səhifəsində qeydiyyatdan keçməklə və yaxud “195-1” Çağrı Mərkəzinə zəng etməklə müraciət edə bilərlər.

Read More »

Türkiyə Prezidenti “Togg”la bağlı paylaşım edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son 20 ildə qazanılan uğurların davamı olaraq ölkənin ilk elektrik mühərrikli avtomobili olan “Togg”a olan tələbatla bağlı Tviter hesabında paylaşım edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bildirib: “Təəssüf ki, son 20 ildə ölkəmizə gətirdiyimiz hər bir sənət əsəri kimi, “Togg”u hazırlayarkən ciddi çətinliklərlə üzləşdik. Bu gün qardaş ölkələrdən bizə zəng edib “Togg” üçün təbrik edənlər, …

Read More »

“PAŞA Holding” Ramazan bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatları çatdıracaq

Daha öncə də bildirildiyi kimi, “PAŞA Holding” 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanların 18 yaşadək olan övladları üçün sosial dəstək proqramı həyata keçirir. Proqram çərçivəsində, Yeni il, Novruz Bayramı, Qurban Bayramı, Ramazan Bayramı və Zəfər günü münasibətilə şəhid övladı olan ailələrə “PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən bayram sovqatlarının təqdim edilməsi nəzərdə tutulub. Sözügedən şəhid ailələrinə “Bravo” supermarketlər şəbəkəsi tərəfindən …

Read More »

Azərbaycan və Özbəkistan investisiyaların təşviqi barədə müzakirələr aparıb

Azərbaycanla Özbəkistan arasında investisiyaların təşviqi və potensial layihələr barədə müzakirələr aparılıb. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Tviter səhifəsində bildirib.  “Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov ilə keçirdiyimiz görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın son dövrlər fəal inkişaf etdiyini vurğuladıq”, – deyə nazir bildirib. Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov ilə keçirdiyimiz görüşdə ölkələrimiz arasında …

Read More »

Hazır binadan, yoxsa bünövrədən mənzil almaq: Hansı sərfəlidir?

Yeni tikili binalarda bünövrədən (katlavandan) mənzil almaq qiymət baxımından sərfəlidir. Lakin burda “baş ağrıdan” məqamlar da az deyil. “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri Vüqar Oruc “Report”a açıqlamasında bünövrədən mənzil alarkən yarana biləcək risklərdən danışıb. Çox insan bünövrədən mənzil almağa risk etmir V. Oruc hesab edir ki, tikinti işlərinin ilkin hazırlıq dövründə mənzillərin satışı binanı tikən şirkətə ciddi dəstəkdir: “Bu, binanın …

Read More »

Dövlət Xidməti özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Səhiyyə sahəsində istifadə olunan tibbi ölçü cihazlarının qeyri-dəqiq ölçmələrinin vətəndaşların həyat və sağlamlığına mənfi təsirinin qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində özəl tibb müəssisələrinin nümayəndələri ilə görüş keçirilib. Boyukmillet.com Dövlət Xidmətinə istinadən xəbər verir ki, görüşdə bu sahədə mövcud vəziyyət, çatışmazlıqlar və onların aradan qaldırılması üsulları müzakirə olunub və özəl tibb müəssisələri tərəfindən …

Read More »

Azərbaycana gələn turistlərin sayına görə Türkiyə ilk beş ölkə arasındadır

Azərbaycana gələn turistlərin sayına görə Türkiyə ilk beş ölkə arasındadır. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu 26-cı Şərqi Aralıq dənizi Beynəlxalq Turizm Sərgisi çərçivəsində Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov bildirib. O qeyd edib ki, 2022-ci ildə Azərbaycana Türkiyədən 311 min turist gəlib. “Bu, Türkiyənin Azərbaycanda turizm sənayesi üçün nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir. …

Read More »

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 27 % azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 11 milyard 771 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Boyukmillet.com xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7,9 % azdır. 3 aylıq xarici ticarət dövriyyəsinin 7 milyard 741 milyon ABŞ dolları ixracın, 4 milyard 30 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3 % azalıb, idxal …

Read More »

Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinə dəyişikliyə dair protokol paraflanıb

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə Dəyişiklik Haqqında Protokol paraflanıb. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Tviter” hesabında bildirib. Onun sözlərinə görə, paraflanma Türkiyənin ticarət naziri Mehmet Muş ilə görüş çərçivəsində baş tutub. “Qarşılıqlı ticarətdə güzəşt tətbiq olunacaq yeni məhsul siyahılarının razılaşdırılması ticarət tərəfdaşlığının daha da güclənməsinə töhfə verəcək”, – deyə azərbaycanlı nazir …

Read More »

Azərbaycan və Türkiyə sahibkarları birgə investisiya imkanlarını müzakirə edib

Azərbaycan və Türkiyə sahibkarları birgə investisiya imkanlarının araşdırılması, yeni işgüzar əməkdaşlıqların qurulması məsələlərini müzakirə edib. AZPROMO-nun dəstəyi ilə Türkiyə İxracatçılar Məclisi (TİM) tərəfindən Türkiyə və Azərbaycan sahibkarlarının iştirakı ilə Bakıda işgüzar görüş keçirilib. Tədbirdə sənaye, kənd təsərrüfatı, qida, logistika, əczaçılıq, maliyyə və konsaltinq, İKT, tekstil və s. sahələrdə fəaliyyət göstərən 70-dən çox iş adamı iştirak edib. Biznes dairələri üçün təşkil edilən …

Read More »