Azərbaycanın BMT-nin İnkişaf Proqramı ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə olunub. Boyukmillet.com xəbər verir ki, müzakirələr iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Quiros ilə keçirilən görüşdə aparılıb. S. Məmmədov ölkəmizin inkişaf hədəflərinə çatmaq üçün BMT və onun ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, BMT və Azərbaycan …
Read More »Azərbaycan İspaniya ilə potensial əməkdaşlıq üçün 4 istiqamət müəyyənləşdirib
Azərbaycan “yaşıl enerji”, kənd təsərrüfatı, turizm, su idarəçiliyi kimi sahələrdə İspaniya təcrübəsindən yararlana bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə İspaniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti ilə İspaniya Ticarət Palatası arasında keçirilən sahibkarların görüşündə qeyd edilib. Görüşdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev işğaldan azad olunmuş ərazilərdə və sənaye parklarında yaradılan investisiya imkanları barədə məlumat verib. “Yaşıl enerji”, kənd təsərrüfatı, …
Read More »Stokholmda Azərbaycan və İsveç şirkətlərinin iştirakı ilə seminar keçirilib
Stokholmda Azərbaycan və İsveç şirkətlərinin iştirakı ilə seminar keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov tvitter səhifəsində yazıb. Biznes seminarın iştirakçıları Ələt Azad İqtisadi Zonasının üstünlüklərinə diqqət yetirməklə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Tədbir İsveçin Avrasiya üzrə Ticarət Palatası ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən təşkil olunub. On the occasion …
Read More »BMT Türkiyənin bu layihəsi ilə bağlı qərar verdi: Artıq bütün dünyada qeyd olunur – FOTO
Ötən il Türkiyə iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişaf planları yaratmaq üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına təklif təqdim edib. BMT Baş Assambleyasının aldığı qərara əsasən 30 Mart, artıq bütün dünyada Beynəlxalq Sıfır Tullantı Günü kimi qeyd olunur. BMT Baş Assambleyası Türkiyənin əsas server, digər 105 ölkənin isə ortaq serverolduğu Beynəlxalq Sıfır Tullantı Günü elan edib. Boyukmillet.com xəbər verir ki, Türkiyə Sıfır Tullantı layihəsi …
Read More »Azərbaycan gömrükçüləri 93 ədəd mobil telefon aşkar edib
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında 93 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb. Boyukmillet.com Komitəyə istinadən xəbər verir ki, Şarjah-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk etmək istəyərkən ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib. Yoxlama …
Read More »Azərbaycan gömrükçüləri külli miqdarda qızıl-zinət əşyaları aşkar edib
Bu gün Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz yolla külli miqdarda qızıl-zinət əşyalarının ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Boyukmillet.com xəbər verir ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisindəki gömrük zonasını “yaşıl kanal” buraxılış sistemi vasitəsilə tərk etmək istəyib. Həmin şəxsi gömrük əməkdaşı “Qırmızı kanal”a yönləndirib, onun üzərinə və əşyalarına baxış …
Read More »Vergiçilər Heydər Əliyevin xatirəsinə həsr edilmiş intellektual turnir keçirib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual turnirin ikinci yarımfinal mərhələsi keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə DVX məlumat yayıb. Bildirilib ki, turnirin bu mərhələsinə 18 komanda qatılıb. Altı raunddan ibarət oyunda iştirakçılar müxtəlif mövzulara aid suallara cavab tapmağa çalışıblar. Hər raundun sonunda cavablar təşkilatçı tərəfindən təqdim edilən xüsusi məlumat …
Read More »Azərbaycan Fransada təşkil olunan dünyanın ən böyük əmlak bazarında təmsil olunub
Azərbaycan Fransanın Kann şəhərində keçirilən daşınmaz əmlak üzrə beynəlxalq tədbirdə (MİPİM) – dünyanın ən böyük əmlak bazarında təmsil olunub. Boyukmillet.com xəbər verir ki, ADREFA (Fransa ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı üzrə Assosiasiya), ölkəmizin Fransadakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində illik əsasda keçirilən daşınmaz əmlak üzrə beynəlxalq tədbirdə (“Le Marché International des Professionnels de l’Immobilier” – MIPIM) Azərbaycanı təmsil edir. Martın …
Read More »2025-ci ilədək Azərbaycanda kiçik və orta müəssisələrin ÜDM-dəki payı 35 %-ə çatdırılacaq
BMT-nin “2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi”ndə (UNSDCF) 2025-ci ilə qədər Azərbaycanda kiçik və orta müəssisələrin ÜDM-dəki payının 35 %-ə çatdırılması hədəflənir. Boyukmillet.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və Sosial Siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov Çərçivə sənədinin icrası üzrə Birgə İstiqamətləndirici Komitənin iclasında deyib. Onun sözlərinə görə, bu hədəfə …
Read More »Ağdam Sənaye Parkında yeni qeyri-rezident qeydiyyata alınıb
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə – “Kontakt Kaspi” MMC-yə qeyri-rezident statusu verilib. Boyukmillet.com xəbər verir ki, şirkət Parkda beton məmulatların istehsalı müəssisəsi inşa edəcək. İndiyə qədər Ağdam Sənaye Parkında 12 sahibkarlıq subyekti rezident, 4 sahibkarlıq subyekti isə qeyr-rezident kimi qeydiyyatdan keçib.
Read More »