Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) İdarə Heyətinin növbəti iclası keçirilib. AQC İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, toplantıda avqust ayı ərzində cəmiyyətin gördüyü işlər, qarşıda nəzərdə tutulan layihələr, yeni üzvlərin qəbulu və cari mövzular müzakirə olunub. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc rəhbəri olduğu cəmiyyət tərəfindən həyata keçirilən “Daşınmaz əmlakın növləri üzrə” növbəti sertifikatlaşdırma kurslarının başa çatdığını bildirib. O qeyd …
Read More »ƏƏSMN 6 milyon manatlıq tenderə yekun vurub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) İsmayıllı rayonunun Zeyvə kəndi ərazisində, Muğanlı-İsmayıllı avtomobil yolunun 16-cı kilometrində “DOST evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin tikintisi ilə bağlı elan etdiyi tendirə yekun vurub. Boyukmillet.com xəbər verir ki, tenderin qalib “Euroline” QSC-dir. Qalib şirkətə 5,5 milyon manat ödəniləcək.
Read More »Antidempinq Xidmət modulundan istifadəyə dair təlim keçirilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində antidempinq xidmət modulundan istifadəni özündə əks etirən yeni Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi (MEİS) barədə Dövlət Xidmətinin əməkdaşları üçün təlim keçirilib. Boyukmillet.com xəbər verir ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanan bu rəqəmsal platforma Azərbaycan Respublikasında iqtisadi maraqların müdafiəsi məqsədilə yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan …
Read More »Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvada 40 il əvvəl baş tutmayan sərginin açılışı olub
Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Heydər Əliyev Fondunun dəstəyi ilə “Rami Meir. 40 ildən sonra qayıdış” adlı sərginin açılışı baş tutub. Sərgidə rəssamın əl işləri ilə yanaşı “Rami Meir Art” və “Azərxalça” ASC-nin birgə əməkdaşlığı ilə Meirin rəsmlərinin süjetləri əsasında “Azərxalça” ASC-nin emalatxanalarında azərbaycanlı toxucuları tərəfindən toxunmuş xalçalar – “Uca tanrı” və “Nar bağı” da tamaşaçıların diqqətinə …
Read More »İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
İqtisadiyyat naziri Mikayıl Cabbarovun sabah Qəbələdə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Məlumata görə, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
Read More »Azərbaycan Misirlə iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib
İqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Misir xarici işlər nazirinin Avropa məsələləri üzrə köməkçisi İhab Nasr ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, nazir müavini Misirlə əlaqələrə önəm verildiyini vurğulayıb, Misirin İnqilab Günü münasibətilə İhab Nasrı təbrik edib. O, qeyd edib ki, ölkələrimiz bir sıra sahələrdə, o cümlədən, beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, Misirlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə önəm verilir. Bu …
Read More »Azərbaycanda “İnvestisiya fəaliyyəti haqqında” qanun qüvvəyə minib
Prezident İlham Əliyev “İnvestisiya fəaliyyəti haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərmana əsasən, investisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas məqsədi yerli və xarici investisiyalar hesabına dayanıqlı iqtisadi inkişafın təmin edilməsindən, rəqabətqabiliyyətli istehsal və xidmət sahələrinin inkişaf etdirilməsindən, iqtisadiyyatda yeni texnologiyaların, innovasiyaların tətbiq olunmasından ibarətdir. İnvestisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: – əlverişli investisiya mühitinin formalaşdırılması, …
Read More »Lənkəran Dövlət Universiteti 3 milyon manatlıq tenderə yekun vurub
Lənkəran Dövlət Universiteti 2-ci tədris korpusunun əsaslı təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Boyukmillet.com xəbər verir ki, tenderin qalibi “SM Construction Supplies” MMC-dir. Qalib şirkətə 2,851 milyon manat ödəniləcək.
Read More »Bu ilin 6 ayında Türkiyə ilə Azərbaycan arasında 160 şirkət yaradılıb
Bu ilin yanvar-iyun aylarında Türkiyə ilə Azərbaycan arasında 160 müştərək şirkət yaradılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Palatalar və Birjalar Birliyi məlumat yayıb. Məlumata görə, cari ilin birinci yarısında Türkiyənin digər xarici ölkələrlə yaratdığı müştərək şirkətlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə xeyli artıb. Ötən ilin ilk yarısında xarici tərəfdaşlarla 3,2 milyard lirə kapitalla 5 min 978 …
Read More »“Buta Airways”in təyyarəsi Həştərxanda kəskin hava şəraiti ilə əlaqədar Bakıya qayıdıb
“Buta Airways” aviaşirkətinin J2-9235 nömrəli Bakı-Həştərxan reysini yerinə yetirən hava gəmisinin kapitanı Həştərxan hava limanı ətrafında hava şəraitinin kəskin pisləşməsi (zəif görünmə) ilə əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib. Bu barədə aviaşirkətin Mətbuat xidmətindən bildirilib. Təyyarə saat 17:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib. Qeyd edilir ki, reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Həştərxana yola düşəcəklər.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
