Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə – marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Boyukmillet.com Komitəyə istinadən xəbər verir ki, “Astara” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kahı” yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib. Kinoloji xidmət itinin tətbiqi ilə həyata keçirilən yoxlama …
Read More »Deputatın “dadlı biznesi”: Yeni obyekt açıldı
Milli Məclisin deputatı, parlamentin Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov Bakıda yeni biznes fəaliyyətinə başlayıb. Boyukmillet.com “Editor.az”-a istinadən xəbər verir ki, deputat paytaxtın mərkəzində “Friends Central Perk Baku” adı ilə kafelər şəbəkəsi qurub. Mənbənin iddiasına görə, kafe şəbəkəsi sənədlərdə deputatın yaxın adamlarından birinin adına rəsmiləşdirilsə də, faktiki sahibi elə Şahin İsmayılovun özüdür. Sezar pizza Hazırda “Friends Baku” brendi ilə şəhərin …
Read More »“Baku Steel Company”nin rəhbərinin bahalı maşın kolleksiyası – FOTOLAR
“Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı avtomobil kolleksiyası üzə çıxıb. Boyukmillet.com xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, şirkət rəhbərinin və həyat yoldaşı Fidan İbrahimovanın hər birinin dəyəri yarım milyon manatlıq (təxminən 500 min manat) olan avtomobilləri var. F.İbrahimovaya “99-AA-615″ seriya nömrəli “Mercedes Galenvagen” məxsusdur. Kamal İbrahimovun isə “Range Rover”, son model “Rolls Royce”, “Bentley S Class”, “Mercedes …
Read More »Azərbaycan balığı Avropa ölkələrinə ixrac olunacaq
Azərbaycandan Avropa bazarlarına akvakulturada yetişdirilən nərəkimilərdən əldə olunan kürü məhsulunun ixrac icazəsi 2025-2026-cı illərdə də qüvvədə saxlanılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Qeyd edilib ki, Agentlik tərəfindən balıq məhsullarının da Aİ bazarlarına çıxış imkanlarının təmin edilməsi məqsədilə Monitorinq Planı hazırlanıb və Avropa Komissiyasının Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Baş Direktorluğuna təqdim edilib. Beləliklə, Avropanın …
Read More »Ədliyyə Nazirliyinin nəşriyyat evi ləğv olunur
“Ədliyyə Nəşriyyat Evi” MMC ləğv olunduğunu elan edib. Boyukmillet.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 1, mənzil 1 ünvanına bildirə bilərlər. Xatırladaq ki, “Ədliyyə Nəşriyyat Evi”ni 2004-cü ildə Ədliyyə Nazirliyi yaradıb.
Read More »Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Prezident İlham Əliyev Milli Məclisin mayın 23-də qəbul etdiyi Torpaq, Mülki Prosessual, Mülki Məcəllələrində, “Notariat haqqında” və “İcra haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi zamanı şəhadətnamə almaq üçün müraciət etməmiş şəxslərin də hüquqları təmin ediləcək. Həmçinin miras şərikləri arasında miras paylara sərəncam verilməsini nəzərdə tutan yeni qaydalar …
Read More »Azərbaycan və BƏƏ 3-cü ölkələrdə əməkdaşlığı möhkəmləndirmək istəyir
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xəzər regionunda və üçüncü ölkələrdə əməkdaşlığın möhkəmləndirilməsini planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “CNN Business Arabic”ə müsahibəsində bildirib. Onun sözlərinə görə, iki ölkə bir çox layihələr üzrə tərəfdaşdır: “Enerji təhlükəsizliyinə və şaxələndirilməsinə töhfə vermək üçün birgə fəaliyyət göstəririk. Həmçinin, “Masdar” şirkəti ilə Azərbaycanda bərpa olunan enerji layihələri üzrə tərəfdaşlıq edirik. “Masdar”, …
Read More »Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Türkiyədən gətirilmiş 20,4 ton pomidoru ölkəyə buraxmayıb. Boyukmillet.com bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, iyunun 4-də “Rosselxoznadzor”un Cənub Vilayətlərarası İdarəsinin mütəxəssisləri “Tuapse” dəniz limanında fitosanitar karantin nəzarəti həyata keçirib. Məhsullar ixracatçı ölkənin bitki karantini və mühafizəsi üzrə milli təşkilatının verdiyi fitosanitar sertifikatlarla müşayiət olunub. Yoxlama zamanı pomidor partiyalarında tərəvəz bitkiləri üçün …
Read More »Azərbaycan və Almaniya investisiya əlaqələrinin genişləndirilməsi üçün yol xəritəsi imzalayıb
“Azərbaycan və Almaniya şirkətləri arasında ticarət, iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi üzrə yol xəritəsi” imzalanıb. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, sənəd nazir Mikayıl Cabbarovun Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşündə imzalanıb. Sənədi Alman İqtisadiyyatının Şərq Komitəsi, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi və Alman-Azərbaycan Xarici Ticarət Palatası imzalayıb. Sənədin icrası ikitərəfli iqtisadi-ticarət və investisiya əməkdaşlığının gücləndirilməsini, birgə …
Read More »Dövlət Agentliyi 4 ayda 20 inzibati xətaya dair protokol tərtib edib
Bu ilin yanvar-aprel aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunmuş sübutlara əsasən 20 inzibati xəta ilə bağlı protokol tərtib edib. Boyukmillet.com xəbər verir ki, bu protokollardan 14-ü hüquqi, 6-sı isə fiziki şəxslər barədə olub. İstehlakçıların malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, istehlak xüsusiyyətlərinə və ya keyfiyyətinə dair az miqdarda aldadılmasına görə 13 inzibati protokol hazırlanıb. İstehlakçının hüquqlarını qanunvericilikdə nəzərdə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar