Bu günə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq istəyən sahibkarlardan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 1 152 müraciət daxil olub. Boyukmillet.com xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında bildirilib. Məlumata …
Read More »Koreya idxalçılarının Azərbaycana ticarət missiyasının təşkili müzakirə edilib
İqtisadiyyat Nazirliyi yanında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev və Koreya İdxalçıları Assosiasiyasının (KOIMA) sədri Kim Ben-Kvan (Kim Byung-Kwan) arasında keçirilən onlayn görüşdə Koreya idxalçılarının Azərbaycana ticarət missiyasının təşkili, Azərbaycan ixracatçıları və Koreya idxalçıları arasında praktiki tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub. AZPROMO-nun rəhbəri ölkəmizdə ixrac imkanlarının artırılması, “Made in Azerbaijan” brendinin təşviqi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması …
Read More »Azərbaycanla Moldova ixrac sahəsində əlaqələrin genişləndirilməsini müzakirə edib
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Moldova Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrei Spînu ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, M.Cabbarov bu barədə məlumatı feysbuk hesabında paylaşıb. Onun sözlərinə görə, Moldova Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrei Spînu ilə görüş faydalı keçib: “İxrac sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi, investisiyaların təşviqi və biznes-forumların təşkil edilməsi barədə ətraflı …
Read More »KİV: Loqistika baxımından Azərbaycan dəhlizi alternativə çevrilib
“Qərb sanksiyaları təsdiqlədikdən sonra Asiyanın 10-a yaxın yol dəhlizi Avropa ölkələri üçün səmərəsiz oldu. Azərbaycan dəhlizi alternativə çevrilib”. Boyukmillet.com xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Vaso Uruşadze deyib. “İndi Gürcüstan və Azərbaycanın bizə keçən bu yük axınını qəbul edə bilməsi vacibdir. Daşıma ilə bağlı ümumi strategiyanın işlənib hazırlanması üçün Gürcüstan, Azərbaycan və Qazaxıstan arasında danışıqlara ehtiyac var”, – ekspert …
Read More »Elektron ticarətin geyim idxalçılarına yaratdığı problemlər müzakirə olunub
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva “Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası” İctimai Birliyinin üzvləri ilə onlayn formatda görüşüb. Boyukmillet.com xəbər verir ki, Assosiasiya 200-dən çox brend geyim mağazasını birləşdirən vergi ödəyicilərini təmsil edir. Görüşdə sektorda mövcud vəziyyət, sahibkarların vergitutma sahəsində qarşılaşdığı çətinliklər, pərakəndə geyim idxalı sahəsində istehlakçıların fərdi şəkildə elektron ticarət vasitəsilə mal idxalının bu sektorda …
Read More »Bakıda tullantılardan hazırlanmış əşyaların satış-sərgi yarmarkası keçirilir
Bu gün “İçərişəhər” Tarix-Memarlıq Qoruğu ərazisində əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası və onların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən növbəti “ATMA-YARAT-SAT” sosial layihəsi çərçivəsində satış-sərgi yarmarkası keçirilib. Boyukmillet.com xəbər verir ki, yarmarka “Təmiz Şəhər” ASC nin təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərxalça”ASC, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi …
Read More »Bakıda yerli istehsalçıların satış-sərgi yarmarkası keçirilir
İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə yerli istehsalçıların satış-sərgi yarmarkası – “Azərbaycan İstehsalçılar Festivalı 2022” keçirilir. Boyukmillet.com xəbər verir ki, yarmarkanın təşkilində məqsəd mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının və KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yerli məhsulların tanıdılmasıdır. Sərgi-satış yarmarkasında 100-dən çox biznes subyekti tərəfindən tekstil, qida, aksesuar, kosmetika, oyuncaq, ev üçün əşyalar və …
Read More »Bakıda Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək
İyunun 29-da Bakıda Azərbaycan-Gürcüstan biznes forumunun keçirilməsi planlaşdırılıb.Bu barədə “Report”un yerli bürosuna açıqlamasında Avropa İttifaqı-Gürcüstan Biznes Şurasının Baş katibi Zviad Çumburidze bildirib.Onun sözlərinə görə, tədbir iki ölkənin biznes ictimaiyyətləri arasında əməkdaşlığın gücləndirilməsi üçün yeni çox yaxşı imkan olacaq:”Biznes forumun təşkili prosesinə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Gürcüstanın Azərbaycandakı və Azərbaycanın Gürcüstandakı səfirlikləri fəal cəlb olunublar. Layihə barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı …
Read More »Azərbaycan və İran gömrükdə əməkdaşlıq üzrə Tədbirlər Planını təsdiqləyib
Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) və İranın Gömrük İdarəsi arasında 2022-2023-cü illərdə gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardımın genişləndirilməsinə dair Tədbirlər Planı təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, bu məqsədlə iki ölkənin gömrük xidməti nümayəndələri arasında görüş keçirilib. Görüşdə DGK sədri Səfər Mehdiyev və Naxçıvan MR DGK-nın sədri Səhət Həbibbəyli, İranın Gömrük naziri Alirza Müqəddəsi, Şərqi Azərbaycan Vilayəti Gömrüyünün rəisi …
Read More »“NORM”un rəhbər heyəti “Heydər zirvəsi”nə yürüş təşkil edib
“Norm” ASC-nin rəhbər heyəti 10 may tarixində, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Şahdağ Milli Parkında, dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən “Heydər zirvəsi” istiqamətində yürüş təşkil etmişdir. Yürüş 8 nəfərdən ibarət heyət tərəfindən əvvəlcədən müəyyənləşdirilmiş marşrut üzrə mütəşəkkil qaydada və təhlükəsizlik qaydaları çərçivəsində həyata keçirilib. Çətin relyefə, mürəkkəb keçidlərə və əlverişsiz hava şəraitinə baxmayaraq, “Norm” əməkdaşları …
Read More »