Bazar , 13 Aprel 2025

Biznes

Aİ Rusiyanın 7 bankını SWIFT-dən ayırır

Avropa İttifaqının (Aİ) daimi nümayəndələri Rusiyanın SWIFT qlobal ödəniş sistemindən ayrılacaq yeddi bankının siyahısını təsdiqləyiblər. Bu barədə “Report” “Bloomberg”ə istinadən xəbər verir. Qeyd edilir ki, onların arasında VTB, VEB kimi banklar da var. “Avropa İttifaqının daimi nümayəndələri Rusiyanın yeddi bankını SWIFT maliyyə sistemindən ayırmağı razılaşdırıblar”, – agentlik qeyd edib. Agentliyin məlumatına görə, Aİ həmçinin “Sovkombank”, “Rossiya” və “Otkritie”, “Novikombank”ı da SWIFT-dən ayırmağa …

Read More »

“Ford” Rusiyadakı fəaliyyətini dayandırır

Amerikanın “Ford” korporasiyası Ukrayna hadisələri ilə əlaqədar Rusiyadakı fəaliyyətini dayandırır. “Report” xəbər verir ki, müvafiq bəyanat çərşənbə axşamı şirkətin saytında dərc olunub. “Mövcud vəziyyətlə əlaqədar olaraq bu gün birgə müəssisə tərəfdaşlarımıza bildirdik ki, Rusiyadakı fəaliyyətimizi bundan sonra növbəti bildirişə qədər dayandırırıq”, – mətndə deyilir. Eyni zamanda, bəyanatda qeyd olunur ki, “Ford” bir neçə ildir Rusiyada işləri azaldır. “Bizim fəaliyyətimiz kommersiya furqonlarının istehsalı …

Read More »

Dövlət Xidməti: “Elektron satınalmalarda bu il böyük artım gözləyirik”

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak bazarına nəzarət Dövlət Xidməti bu il elektron dövlət satınalmalarında böyük artım gözləyir. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun rəisi Məmməd Abbasbəyli ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib. “Ötən il satınalmalarda iştirak haqları kəskin azaldılıb və Nazirlər Kabineti bunu reqlamentləşdirib”, – deyə o, əlavə edib. Bundan başqa, M.Abbasbəyli deyib ki, dövlət satınalmaları …

Read More »

Bir sıra bəyannamə, onların əlavələrinin forma və tərtib olunma qaydaları təsdiq edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə əlaqədar bəzi bəyannamə formalarında və doldurulması qaydalarında, həmçinin əlavələrin forma və tərtib olunması qaydalarında müvafiq dəyişiklikləri təsdiq edib. Boyukmillet.com  bu barədə quruma istinadən xəbər verir. Təsdiq edilmiş yeni bəyannamə formaları aşağıdakılardır: – Əlavə dəyər vergisinin bəyannaməsi (2, 3, 4 və 5 nömrəli əlavələrlə) və tərtib edilməsi qaydaları; – …

Read More »

İqtisadiyyat naziri Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun (WEF) prezidenti Borge Brende ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bunu nazir bildirib. “Görüşdə uzunmüddətli səmərəli əməkdaşlığımız, ölkəmizin müasir innovasiyalar məkanına çevrilməsi istiqamətində görülən işlər və IV Sənaye İnqilabının yaratdığı imkanlardan bəhs etdik”, – deyə o qeyd edib.

Read More »

Rusiyanın 70-dən çox subyekti Azərbaycan ilə əməkdaşlıq edir

“Əsas odur ki, pandemiyaya baxmayaraq, bizim ticari-iqtisadi əlaqələrimiz möhkəmlənir, əmtəə dövriyyəsi, – Siz yəqin bu barədə ətraflı danışdınız, – 2020-ci ildəkinə nisbətən 16 faiz artaraq 3 milyard 300 milyon dollara çatıb. Azərbaycanda Rusiya kapitalı ilə mindən artıq şirkət fəaliyyət göstərir, energetika, maşınqayırma, nəqliyyat sahələrində böyük sayda birgə layihələr icra olunur, kənd təsərrüfatı, infrastruktur, bərpaolunan enerji, rəqəmsal iqtisadiyyat sferalarında belə əməliyyatlar …

Read More »

İlham Əliyev: “Rusiya ilə Azərbaycan arasında qarşılıqlı ticarət üçün daha çox potensial var”

“Ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrimizin inkişafına şəxsən ayırdığınız diqqətə görə sizə təşəkkürümü bildirmək istərdim. Pandemiya şəraitinə baxmayaraq, əmtəə dövriyyəsi xeyli artıb. Bu, əlbəttə, bizim nə dərəcədə səmərəli işləməyimizin göstəricisidir”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşündə deyib. Dövlət başçısı bildirib: “Ölkələrimizin Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi hökümətlərarası komissiyanın səmərəli işini də …

Read More »

İqtisadiyyat nazirinin müavinləri kollektivə təqdim olunub

Prezident İlham Əliyevin fevralın 10-da imzaladığı sərəncamlarla iqtisadiyyat nazirinin I müavini təyin edilmiş Elnur Əliyev və nazir müavini təyin olunmuş Rövnəq Abdullayev kollektivə təqdim edilib. Boyukmillet.com nazirliyə istinadən xəbər verir ki, onları kollektivə nazir Mikayıl Cabbarov təqdim edib. Nazir yeni təyinat münasibətilə E.Əliyevi və R.Abdullayevi təbrik edib, hazırkı inkişaf mərhələsində ölkə rəhbərliyinin qurum qarşısında qoyduğu vəzifələri vurğulayaraq, müəyyən edilmiş hədəflərə …

Read More »

Azərbaycan məhsulları beynəlxalq sərgidə nümayiş olunur

Azərbaycan məhsulları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən “Gulfood 2022” beynəlxalq ərzaq sərgisində nümayiş olunur. Boyukmillet.com  xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Məlumata görə, sərgidə nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 15 Azərbaycan şirkəti meyvə şirələri, təbii mineral suları, çay, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları “Made in Azerbaijan” vahid ölkə …

Read More »

Pakistanlı qonaqlar gömrük orqanlarının fəaliyyəti ilə tanış olublar

Pakistanın Federal Gəlirlər Şurasının Gömrük əməliyyatları üzrə rəhbəri Syed Muhammad Tariq Hudanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Bakı Baş Gömrük İdarəsində, Dövlət Gömrük Komitəsinin Akademiyasında və Kinoloji Mərkəzdə olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərli nümayəndə heyətinə qurumun fəaliyyəti barədə məlumat verib: “Xarici ticarət əməliyyatlarının xeyli hissəsinin …

Read More »