Bazar , 13 Aprel 2025

Biznes

ATİB Qarabağla bağlı proqram hazırlayıb

“Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) Qarabağla bağlı böyük proqram hazırlayıb”. Boyukmillet.com xəbər verir ki, bunu ATİB-in İdarə Heyətinin sədri Camal Yanğın Bakıda keçirilən “UNEC İqtisadi Forumu”nda deyib. “Qarabağda isgaldan əvvəl nələr var idisə, ilk növbədə onlar bərpa edilməli, həmin bölgəyə uyğun sərmayələr qoyulmalıdır. Məsələn, Ağdam deyiləndə ağlımıza ilk öncə kənd təsərrüfatı gəlir, bununla əlaqədar təklif hazırlamışıq. Füzuli və Kəlbəcərlə bağlı da …

Read More »

İİTKM: “Zəngəzur koridorunun açılması Belçika və Azərbaycanın maraqlarına xidmət edəcək”

Azərbaycanın öz torpaqlarını azad etməsinin ardından ərazilərin yenidən qurulması, Zəngəzur koridorunun açılması ilə Cənubi Qafqaz regionunun həm Şimal-Cənub, həm də Şərq-Qərb beynəlxalq ticarət və daşımalar baxımından potensialının artması sahəsində Belçikadan olan tərəfdaşlarla əməkdaşlığın qurulmasının hər iki ölkənin maraqlarına xidmət edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Belçika Krallığının ölkəmizdə yeni …

Read More »

Azərbaycanla İran arasında iqtisadi əlaqələrin inkişafı müzakirə edilib

İranın Azərbaycandakı Səfirliyi ölkəsinin iş adamlarının iştirakı ilə görüş keçirib. Boyukmillet.com xəbər verir ki, səfirliyin ticarət attaşesinin də iştirak etdiyi görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin son vəziyyəti və inkişafı müzakirə edilib. İştirakçılar iqtisadi əlaqələrin genişləndirilməsindəki maneələrin aradan qaldırılması yollarını müzakirə edib, bu cür görüşləri davam etdirməyi qərara alıb. Bunun üçün İran səfiri həftədə bir dəfə belə görüşə qatılacaq.

Read More »

Azərbaycan və İsrail kənd təsərrüfatı üzrə əməkdaşlığı genişləndirəcək

Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsrailə səfəri çərçivəsində İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forerlə görüş keçirilib. Boyukmillet.com bu barədə Azərbaycan tərəfinə istinadən xəbər verir. Məlumata görə, görüşdə aqrar tədqiqatlar sahəsində əməkdaşlığın genişləndirilməsi, kadr hazırlığı, aqrar təhsil sahəsində əməkdaşlıq, universitetlər arasında tələbə və müəllim mübadiləsi, ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunub. Tərəflər …

Read More »

Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir

Bir qədər əvvəl sosial şəbəkələrdə və xəbər portallarında Şuşanın Cıdır Düzündə və Füzuli Beynəlxalq Hava Limanında aparılan çəkilişlərdən maraqlı fotolar yayılmıb. Məlum olub ki, həmin çəkilişlər Bakcell şirkətinin yeni reklam çarxına aiddir. Şirkətdən bildirilib ki, reklam çarxı Bakcell şəbəkəsinin üstünlüyünə həsr edilib.Azərbaycanın ən sürətli mobil şəbəkəsi artıq işğaldan azad olunmuş torpaqlarımızda da xidmət göstərir. Bakcell Qarabağda şəbəkənin əhatə dairəsinin genişləndirilməsi …

Read More »

Azərbaycan və Türkiyə arasında yeni əməkdaşlıq sənədləri imzalanıb

Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forum (International Business Forum – IBF) çərçivəsində Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb. Boyukmillet.com xəbər verir, bunlardan biri yol xəritəsidir ki, ona Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyənin Müstəqil Sənayeçi İş Adamları Dərnəyinin (MÜSİAD) rəhbəri Mahmud Asmalı imza atıb. Budnan başqa, Azərbaycanın …

Read More »

Türkiyə rəsmisi: “Dost və qardaş ölkələr həmişə dəstəyimizi hiss edəcəklər”

“Qarşıdakı aylarda dünyanın ən çox müzakirə aparacağı məsələ inflyasiya olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forum (International Business Forum – IBF) Türkiyənin maliyyə və xəzinədarlıq nazirinin müavini Nureddin Nebati deyib. “Hazırda bir sıra ölkələrdə rekord inflyasiya qeydə alınır. Amma bu təhdidlərə baxmayaraq biz təbii qazı real qiymətinin ¼-nə əhaliyə satırıq. Həmçinin kənd təsərrüfatı sahəsinə dəstək …

Read More »

Bakıda 25-ci Beynəlxalq Biznes Forum keçirilir

Bu gün Bakıda 25-ci Beynəlxalq Biznes Forum (International Business Forum – IBF) işə başlayıb. Boyukmillet.com xəbər verir ki, 3 gün davam edəcək tədbirdə 30-a yaxın ölkədən dövlət rəsmiləri, beynəlxalq təşkilatların, diplomatik korpusun, ticarət palatalarının və biznes assosiasiyaların nümayəndələri, 500-ə yaxın xarici investor, iş adamı iştirak edir. IBF-in məqsədi Azərbaycanın investisiya potensialını xarici sərmayədarlara tanıtmaqdır. Forumda Azərbaycan iqtisadiyyatına, o cümlədən sənaye, …

Read More »

Azərbaycan məhsulları Çin Beynəlxalq İdxal Sərgisində maraqla qarşılanıb

Çinin Şanxay şəhərində keçirilmiş 4-cü Beynəlxalq İdxal Sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə 15 Azərbaycan şirkətinin istehsal etdiyi məhsullar vahid ölkə stendi ilə Azərbaycan pavilyonunda nümayiş olunub. Boyukmillet.com bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, pavilyonda təqdim olunan nar şirəsi, şərab və digər spirtli içkilər, mineral sular, …

Read More »

Türkdilli ölkələrin qarşılıqlı ticarətdə milli valyutaların payını artırması təklif olunur

“Türkdilli ölkələr milli iqtisadiyyatlarına xarici valyuta ilə bağlı təzyiqləri azaltmaq üçün qarşılıqlı ticarətdə milli valyutaların payını artırmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Mehmet Muş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) İstanbulda keçirilmiş iclasında bildirib. “Xarici ticarətdə milli valyutalardan istifadəyə etimad yaradan addımlar atmalıyıq. Gəlin türkdilli ölkələrin tarixində mühüm yeri olan İpək Yolunu birgə səylərimizlə canlandıraq və bir-birimizlə …

Read More »