Azərbaycanda vaksinasiyanın başlayacağı tarix açıqlanıb. Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib. “Gələn həftənin əvvəli Azərbaycanda vaksinasiyaya başlanılacaq. Sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatım yoxdur”, – İ.Məmmədov bildirib.
Read More »Vətən uğrunda-vətənpərvər insan
Dövlət və dövlətçiliyə sadiq, siyasi və mənəvi cəhətdən möhkəm, iradəli, çalışqan və qətiyyətli, dövlətin bütün tədbirlərinin mahiyyətini düzgün başa düşən, özünə qarşı tələbkar, intizamlı və nümunəvi, vətənini sevən vətənpərvər insan İsmayıl İsmayılov Vahıb oğlu Respublika Veteranlar Təşkilatının Hərbi Vətənpərvərlik şöbəsində illərdir ki çalışaraq rəhbərliyin etimadını daim doğruldub. Bu şəxs Respublika Veteranlar Təşkilatının gənclərin vətənpərvərliyinin tərbiyəsi işinin həyata keçirilməsində böyük rol …
Read More »Müdafiə Nazirliyi: Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür
Vətən müharibəsi dövründə səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və səfərbərlikdən tərxis edilmiş şəxslər, eləcə də bəzi vətəndaşların hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda bu geyimdən istifadə etməsi hallarının qarşısını almaq məqsədilə Müdafiə Nazirliyinin Hərbi polis bölmələri Bakı Qarnizonu və digər qarnizonlarda reydlər keçirir. Bu barədə nazirlikdən məlumat verilib. “Bildiririk ki, bəzi vətəndaşlar tərəfindən hərbi geyim formasını daşıma hüququnun …
Read More »Gürcüstandan 250-yə yaxın Azərbaycan vətəndaşı təxliyə olunur
Gürcüstandan 250-yə yaxın Azərbaycan vətəndaşının Vətənə təxliyəsi həyata keçirilir. Boyukmillet.com xəbər verir ki, hazırda təxliyə olunan şəxslər Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında toplaşır. Vətəndaşların koronavirusla bağlı testləri neqativ nəticələnib. Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı təxliyə olunanlara COVID-19 arayışı təqdim edəndən sonra onlar növbəli şəkildə sərhəd-keçid məntəqəsini keçəcəklər. Həmin şəxslərin Azərbaycanda xüsusi karantin rejimində yaşadıqları yerə çatmaq üçün bir günlük …
Read More »“Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı monoqrafiyanın təqdimatı olub
AMEA Naxçıvan Bölməsində akademik İsmayıl Hacıyevin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində rus dilində işıq üzü görən “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” (“Нахчыван в истории государственности Азербайджана”) adlı monoqrafiyasının təqdimatı olub.AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən bölmənin “Elm və təhsil” şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov Naxçıvanşünaslıqla bağlı işıq üzü görən elmi əsərlərin …
Read More »Əli Həsənovun ailəsinə məxsus 6 şirkət ləğv olunur
Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun ailəsinə məxsus “Bakı 24”, “Kaspi AZ”, “Mətbuat Evi”, “Golden Prince”, “Global Advertisment” MMC-lər, eləcə də “Kaspi Co” MTK ləğv olunduğunu elan edib. Boyukmillet.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini şirkətlərin dövlət qeydiyyatına alındığı Bakı şəhəri, Səbail …
Read More »ONLARI SİZ DƏ TANIYIN
Bu gün cəmiyyət həyatının bütün sahələri üçün vacib olan ölkədaxili sabitliyi yaradan və qoruyan, vətəndaşlarımızın asayişini mühafizə edən, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqi ncə yerinə yetirən nümunəvi polislərimizdən bəhs etmək istəyirəm. Bəli, onlar daim asayişimizi qoruyaraq, təhlükəsizliyimizin keşiyində dayanaraq işlərindən zövq alırlar. İndiki gərgin şəraitdə – koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda …
Read More »“Bu gün bizə mütləq Qərbi Azərbaycan İnstitutu lazımdır” -MÜSAHİBƏ!
Əziz Ələkbərli: “Biz silah gücünə ermənini işğal altındakı torpaqlarımızdan qova bildik, amma…”“Bu İnstitut erməninin bütün dünyadakı dayaqlarını darmadağın edə, erməninin Cənubi Qafqazdakı kökünü qazıya bilər” Son vaxtlar Ermənistanda yeni işğal və qisas əməliyyatları ilə bağlı çağırışların artması, bununla bağlı bəzi təşkilatların yaradılmasıl müşahidə edilir. Moderator.az olaraq millət vəkili Əziz Ələkbərli ilə söhbətimizdə bu və digər məsələləri şərh etməyə çalışdıq. –Əziz bəy, …
Read More »“Moskva görüşündən əvvəl səslənən iddialar fiaskoya uğradı” – Rufiz Qonaqov
Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin Moskvada keçirdiyi üçtərəfli görüşdə Azərbaycan masadan qalib ayrıldı. Görüşün nəticəsində imzalanan razılaşma da bunun göstəricisidir. Görüşdən əvvəl isə bəzi iddialar səsləndirilirdi. İddia olunurdu ki, Moskva görüşündə Azərbaycana yeni güzəştlər qəbul etdiriləcək, bir növ müharibədə əldə olunan qələbəyə kölgə salınacaq. Amma görüşün nəticəsindən bir daha bəlli oldu ki, bu cür iddialar əsassızdır və Azərbaycan …
Read More »“Azərxalça” rəhbərinin həbsində sirli “xalçaaltı məsələlər”
“Azərxalça”nın rəhbəri Vidadi Muradovun mənimsəməyə görə həbs edilməsində “xalçaaltı məsələlər”in olması ehtimalı var. Sosial şəbəkələrdə geniş müzakirə olunan həbsin gerçək səbəblərinin başqa olması ilə bağlı müxtəlif versiyalar, fikirlər dartışılır, iddialar səslənir. Vurğulanır ki, Azərbaycan gerçəkliyində onun “yediyi” vəsait elə də böyük məbləğ sayılmır. O baxımdan ki, əksər məmurların, vəzifəli şəxsin fəaliyyəti araşdırılsa, xeyli vəsait mənimsədikləri üzə çıxar. Belə iddialar da …
Read More »