Cümə , 30 Yanvar 2026

Cəmiyyət

Deputat ət qiymətlərinin yüksək olmasının səbəbini açıqlayıb

Bələdiyyələrin hər biri öz ərazilərində müəyyən qanunvericilik çərçivəsində ət köşkləri yarada bilərlər.  Boyukmillet.com xəbər verir ki, bunu deputat Tahir Rzayev Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında bildirib.  Onun sözlərinə görə, hazırda Azərbaycanda ət qiymətləri yüksəkdir: “Bunun səbəblərindən biri odur ki, bəzi hallarda mal-qara sahibləri məhsullarını bazara lazımı qaydada çıxara bilmirlər. Amma həmin şəxslər məhsullarını müəyyən köşklər vasitəsilə sata bilməlidirlər. Bu …

Read More »

Naxçıvanda fərdi kənd təsərrüfatları çökür

Naxçıvan Muxtar Respublikasında son iki ildə siyasi idarəetmə sistemində baş verən dəyişikliklər bölgənin ictimai-siyasi həyatına da ciddi təsir göstərib. Bir müddət əvvəl ölkənin yeganə regional mobil operatoru olan “NAXTEL”n fəaliyyətini dayandırması ilə bağlı məlumat yayılmışdı. Şirkət bununla bağlı rəsmi elan verərək müştərilərini digər operatorlara nömrə köçürməyə çağırmışdı. Hazırda isə Naxçıvan Muxtar Respublikasının Statistika İdarəsinin məlumatlarına əsasən, bölgənin bəzi sahələrində istehsal …

Read More »

Manaf Ağayevin oğluna vəzifə verildi – FOTO

Tanınmş müğənni Manaf Ağayevin oğlu Elçin Ağayevə yeni vəzifə verilib. Boyukmillet.com qaynarinfo-ya istinadən xəbər verir ki, Elçin Ağayev müvafiq əmrlə Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənovun müşaviri təyin olunub. Qeyd edək ki, Elçin Ağayev bundan əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Monitorinq və Daxili Təhqiqat Departamentinin müdiri vəzifəsində çalışıb.

Read More »

Məhkəmə Qabil Məmmədovla bağlı QƏRAR VERDİ

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24 maddəsi ilə təqsirləndirilən, xaricdə yaşayan bloger Qabil Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. Boyukmillet.com APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Qabil …

Read More »

Yol polisi yükdaşıma ilə məşğul olan şəxslərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma ilə məşğul olan şəxslərə müraciət edib. Bu barədə  İdarədən məlumat verilib. Bildirilib ki, müvafiq qaydada qablaşdırılmadan və xüsusi örtüklərlə təmin olunmadan daşınan qum, çınqıl, torpaq, daş və digər materialların yollara səpələnməsi hərəkət iştirakçıları üçün ciddi təhlükə mənbəyidir: “Belə hallarda görünüş dairəsi məhdudlaşır, nəqliyyat vasitələrinin təkərlərinin yol örtüyü ilə təması azalır və bu, idarəetmənin itirilməsinə, …

Read More »

Tələbə axını Bakıda kirayə mənzil bazarını silkələyib – ARAŞDIRMA

Sentyabr ayında ali məktəblərdə tədris ilinin başlanması Bakıya və digər böyük şəhərlərə on minlərlə tələbənin axını ilə müşayiət olunur. Hər il təxminən 60 min abituriyent tələbə adını qazanır ki, onların da əhəmiyyətli hissəsi paytaxta üz tutur. Bu, ilk növbədə, mənzil bazarının kirayə seqmentinə ciddi təsir göstərir: tələb artır, mənzillərin sayı azalır, nəticədə qiymətlər yüksəlir. Əgər əvvəl bu bahalaşma yalnız mövsümi …

Read More »

“Kəndlilər məhsullarını tullantıya atır”

Fermerin zəhməti, qazancı tullantıya gedir. Bu hal Xaçmaz, Quba və Masallı rayonlarında daha geniş yayılıb. Kənd Təsərrüfatı Nazirliyi iddia edir ki, əkin sahələri genişlənir, məhsul istehsalı artır və bolluq yarandıqca təklif tələbi üstələyir. Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli isə deyir ki, bu xaotik vəziyyət illərdir baş verir, nazirlik fermerlərə dəstək vermir: “Bu gün ölkədə ən çox məhsul böyük marketlərdə …

Read More »

Gənc Qazilər İctima Birliyinin sədri Hacı Vəliyevin həbs qətimkan tədbirinin müddəti uzadılıb

Avqustun 18-də Xətai Rayon Məhkəməsində Gənc Qazilər İctimai Birliyinin sədri Hacı Vəliyevin məhkəmə prosesi keçirilib. Məhkəmənin qərarı ilə Hacı Vəliyevin həbs müddəti daha 20 gün uzadılıb.  Vəkili Fəxrəddin Mehdiyevin Meydan TV-yə verdiyi məlumata görə onlar məhkəmənin qərarına etiraz ediblər:  “Səhhəti ilə bağlı problemləri var. Bakı İstintaq Təcridxanasında saxlanılır və orada müalicəsi çox mümkün deyil. Orada elə bir həkim yoxdur, müalicəsi …

Read More »

Valideynlərə MÜHÜM XƏBƏR:Məktəbli formalarının qiyməti açqlandı – MƏBLƏĞ

Dərslərin başlamasına az qalıb. Bu ərəfədə valideynləri ən çox düşündürən məktəb alış-verişi, geyim-keçimdir. Maraqlıdır, bəs bu il üçün məktəbli geyimlərinin qiymətlərində dəyişiklik varmı? Mövzu ilə bağlı News24.az Bakı Tikiş Evinə sorğu ünvanlayıb. Sorğuya cavab olaraq Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov bildirib ki, keçən ilə nisbətən bu il məktəbli geyimlərinin qiymətləri ucuzlaşıb. O 2025-ci il üçün oğlan və …

Read More »