Vətəndaş Həmrəyliyi Partiyasının 51 saylı Qusar seçki dairəsindən Milli Məclisə seçkilərinə namizədi Edik Hacıxanov Qusarın Hil kəndində seçicilərlə görüş keçirib. Kənd sakinlərinin fəal iştirak etdiyi görüşdə E. Hacıxanov özünün seçki platformasından danışmış, Vətəndaş Həmrəyliyi Partiyasının ideoloji-siyasi kursu haqda geniş məlumat vermişdir.O həmçinin bildirmişdir ki, VHP öz sıralarında Azərbaycanda yaşayan bütün xalqları birləşdirən, milli birlik və gerçək vətəndaş həmrəyliyinə sadiq olan …
Read More »GÖYGÖLÜN KƏNDLƏRİNDƏ İZDİHAMLI GÖRÜŞLƏR
KƏND SAKİNLƏRİ: “Digər kəndlərdəki görüşlərinizin sorağını almışıq, namizədlər içində sizi xalqa ən yaxın adam hesab edirik” 101 saylı Göygöl-Daşkəsən seçki dairəsində deputatlığa namizəd Möhsüm Aslanovun seçiciləri ilə görüşü böyük əhval ruhiyyə ilə keçir. Kəndbəkənd, evbəev keçirilən görüşlərdə maraqlı anlar yaşanır. Göygöl rayonunun Quşqara kəndində keçirilən ilk görüşün iştirakçıları əsasən yenə də xanımlar oldu. Öz körpələri ilə görüşə qatılan kənd sakinləri …
Read More »Deputatlığa namizəd Süleyman İsmayılbəyli:” Cənab Prezidentin çağırışlarının dəstəkləyicisi olacam”
48 saylı Yevlax seçki dairəsindən namizədliyini irəli sürmüş Süleyman İsmayılbəyli feysbuk dostlarına çağırış edib: “Əziz dostlar. Artıq seçki prosesinin mühüm bir dövrüdür. Bu müddət ərzində mənə dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm. Çoxları haqlı və ya haqsız olaraq seçkilərə qatılmağıma irad bildirir. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Ancaq buradan bir məsələni qeyd etmək istəyirəm ki, mən Cənab Prezidentin yeni …
Read More »Millət vəkilliyinə namizəd Könül Quliyevadan gələcək Parlamentə maraqlı təklif
Tərtər Rayonundan millət vəkilliyinə namizəd hüquqşünas Könül Quliyeva yeni seçiləcək Parlamentə maraqlı layihə hazırlayıb. Hüquqşünasın 1998-ci ildə Avropa Şurası tərəfindən qəbul edilmiş “Ailə işlərində vasitəçilik” mövzusunda elmi araşdırmasının praktik nəticəsi olaraq, Ailə qanunvericiliyində vasitəçilik İnstitunun tətbiq edilməsidir. Hüquqşünas həmçinin qanunvericiliyə dəyişikliklərlə bağlı təklif hazırlayıb.Təklifə edilən dəyişikliyə əsasən nigahın pozulması ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl ilk öncə ailə işlərində vasitəçilərə …
Read More »DİN sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi: Aldanmayın!
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib. Nazirlikdən “Report”a bildirilib ki, son günlər sosial şəbəkələrdə, xüsusən “İnstagram” platformasında müəyyən ödəniş qarşılığında vətəndaşlara guya internet xidmətləri göstərən səhifələrin sayı artır: “Belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesablarının parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izləmək kimi vədlər verir, bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxarırlar. Hətta …
Read More »Maraqlı və fərqli platforma təqdim edən xanım namizəd -FOTO
1983-cü il noyabrın 28-də Sumqayıtda anadan olub. Bakının Nərimanov rayonundakı pilot orta məktəbi əla qiymətlərlə bitirib. 2004-cü ildə ABU-nun filologiya fakültəsini, 2007-ci ildə də Dillər Universitetinin magistratura pilləsini fərqlənmə ilə başa vuran Məhsəti Hüseynova Bakı Avropa Liseyində ingilis dili müəllimi, 2007-2019-cu illərdə “Vneşekspertservis” MMC-nin informasiya və tərcümə departamentində menecer kimi çalışıb. 2017-ci ilin fevralından “Gənclərin Töhfəsi” İB-nin icraçı direktorudur. Rus, …
Read More »Azay Quliyev 7-ci mikrorayonda seçicilərlə görüşdü – FOTOLAR
8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev bu gün şəhid Fərman Məlikovun adını daşıyan parkda seçicilərlə görüş keçirib. Boyukmillet.com xəbər verir ki, seçicilərin müraciətlərini dinləyən Azay Quliyev onların təklifi ilə 8 binanın həyətinə baxış keçirib. Seçicilərin qaldırdığı məsələlərin hamısını seçki qərargahının könüllüləri qeydə alaraq seçicilərin elektron kabinetinə (e-kabinet) daxil edib. Azay Quliyev seçiciləri narahat edən məsələlərin həlli …
Read More »Şimali Kiprin “Haber Güneş” qəzetində Naxçıvanla bağlı məqalə işıq üzü görüb
Şimali Kipr Türk Respublikasında dərc edilən “Haber Güneş” qəzetində AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri Rauf Əliyevin (Kəngərli) “Türk yurdu Naxçıvan” sərlövhəli məqaləsi işıq üzü görüb. Boyukmillet.com xəbər verir ki, məqalədə Naxçıvanın qədim tarixindən, ötən əsrdə burada gedən ictimai-siyasi proseslərdən, muxtar respublikanın əldə etdiyi tarixi nailiyyətlərdən ətraflı bəhs olunub. Müəllif qədim Azərbaycan torpağı olan Naxçıvanın Türk dünyası üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb, …
Read More »Güloğlan Cabbarovun seçicilərlə görüşü davam edir-FOTO
Boyukmillet.com xəbər verir ki, bu gün 19 saylı Nərimanov Birinci Seçki Dairəsindən deputatlığa müstəqil namizəd Güloğlan Cabbarovun seçiciləri ilə görüşləri davam edir. Bu gün Güloğlan Cabbarov Qədirbəyov 6A ünvanda yaşayan seçiciləri ilə görüşüb, onları maraqlandıran sualları cavablandırıb. Bu gün Güloğlan Cabbarov eyni zamanda seçki qərargahında rayon ağsaqqalları ilə də görüşüb. (Veten.info)
Read More »Rektor akademik və professoru vəzifədən çıxardı, yeni prorektorlar təyin olundu – BDU-da növbəti dəyişikliklər
Bakı Dövlət Universitetinin (BDU) iki prorektoru işdən çıxarılıb. Boyukmillet.com Report-a istinadla xəbər verir ki, ali məktəbin Elm və innovasiyalar üzrə prorektoru, Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və Ümumi işlər üzrə prorektoru Cəfər Eyvazov vəzifələrindən azad olunub. BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika elmləri doktoru Hüseyn Məmmədov universitetin Elm və innovasiyalar üzrə prorektoru təyin olunub. Keçmiş prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə rektorun elm və təhsil …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar