Çətin həyat şəraitindəki uşaqları aşkarlayacaq qurum müəyyən olunur. Boyukmillet.com xəbər verir ki, bununla bağlı yeni hazırlanan “Uşaq hüquqları haqqında” qanun layihəsindən irəli gələrək “Sosial xidmət haqqında” qanuna yeni maddə əlavə edilməsi təklif olunur. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, çətin həyat şəraitində olan uşaqların yetkinlik yaşına çatmış şəxslərdən fərqli olaraq özünümüdafiə və …
Read More »DİQQƏT: Artıq aliment birbaşa anaya verilməyəcək, bu cür ödəniləcək…
“Alimentin birbaşa anaya deyil, uşağın adına açılan bank hesabına köçürülməsi məsələsi qanunvericilikdə müəyyən hallarda mümkündür”. Bu fikirləri vəkil Toğrul Məmmədov KONKRET.az-a açıqlamasında səsləndirib. “Məhkəmə qətnamələrində alimentin iddiaçının xeyrinə ödənilməsi nəzərdə tutulur. İddiaçı isə adətən uşağın yanında qalan valideyn olur. Əksər hallarda uşaqlar ananın himayəsində saxlanıldığı üçün aliment atadan tutularaq ananın xeyrinə ödənilir. Lakin uşağın atanın yanında qalması halında aliment anaya …
Read More »Qiymətləndiricilər Palatası: Bakıda mənzil almaq getdikcə əlçatmaz olur, insanlar kirayəyə yönəlir
Azərbaycanda, xüsusilə paytaxt Bakıda mənzil sahibi olmaq artıq sadəcə iqtisadi qərar deyil, əhalinin böyük hissəsi üçün getdikcə əlçatmaz olan sosial-iqtisadi hədəfdir. Bunu “Report”a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının İntizam Komissiyasının sədri Nahid Həsənov bildirib. Onun sözlərinə görə, son illər müşahidə olunan davamlı bahalaşma fonunda vətəndaşların real gəlirləri ilə daşınmaz əmlak qiymətləri arasındakı fərq daha da dərinləşib və bu, mənzil əlçatanlığını minimum səviyyəyə …
Read More »Avropa İttifaqının qadağan etdiyi uşaq qidaları Bakıda apteklərdə satılır?
İsveçrədən ölkəmizə idxal edilən “Hochdorf Swiss Nutrition Ltd” müəssisəsinin istehsalı olan “Swissneo 1” əmtəə nişanlı (09.10.2025-09.10.2027-ci il istehsal və son istifadə tarixli) uşaq qidasında “Sereulid” çirkləndiricisi aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə bildiriş daxil olub. Bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə …
Read More »Minimum əməkhaqqı ilə bağlı yeni QAYDA
Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq. Boyukmillet.com xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi …
Read More »Uşaqlar doğulanda atalar da məzuniyyətə çıxacaq- Təsdiqləndi
Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Qanuna əsasən, uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.
Read More »ABŞ Azərbaycan vətəndaşlarına daimi yaşayış vizalarının verilməsini dayandırır
ABŞ Dövlət Departamenti 75 ölkəyə, o cümlədən Azərbaycan vətəndaşlarına daimi yaşayış (immiqrasiya) vizalarının verilməsini dayandırır. Bu barədə Fox News Dövlət Departamenti memorandumuna istinadla bildirir. Siyahıya keçmiş SSRİ ölkələrindən Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan və Moldova daxildir. Bundan başqa, Somali, Əfqanıstan, Braziliya, İran, İraq, Misir, Nigeriya, Tailand, Yəmən, Haiti, Qvatemala, Kosovo, Küveyt, Kamboca, Livan və Liviya da məhdudiyyət tətbiq …
Read More »Qəzalı və istismar müddətini başa vuran binaların sökülməsi planlaşdırılır – Vüqar Oruc
Bakı şəhəri, Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu, Suraxanı rayonlarında qəzalı və istismar müddətini başa vuran binaların sökülməsi planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib. O bildirib ki, bu ərazilərdə qəzalı binalar müəyyənləşdirilib və aktlaşdırılıb: “Sözügedən binaların söküntüsü planlaşdırılır. Söküntüdən əvvəl dövlət xətti ilə dövlət büdcəsindən və investorlar vasitəsilə prosesin aparılması və kompensasiyaların …
Read More »Yoluna sadiq bir ömür
Azərbaycanın müasir siyasi tarixində elə simalar var ki, onların adı çəkiləndə təkcə bir şəxs deyil, bütöv bir dövr yada düşür. Mübarizə, mövqe, prinsip və bu anlayışlar həmin simaların taleyi ilə birləşir. Onlar zamanın axarında itib-batmır, əksinə, zaman onların üzərindən keçərək iz buraxır. Belə simalardan biri də Siyavuş Mustafadır. Onun həyatı və fəaliyyəti təkcə fərdi bir bioqrafiya deyil. Bu həyat yolu …
Read More »Bu cərimə 5 dəfə artırılıb
Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 2026-cı ilin yanvarıb 1-dən evini kirayə verən, lakin vergi orqanında qeydiyyata alınmaq üçün ərizə təqdim etməyən şəxslərə tətbiq olunan cərimə 40 manatdan 200 manata qaldırılıb. Bundan başqa, kirayə gəlirləri üzrə hesabat təqdim etməyənlər 40 manat, vergi məbləğini az göstərənlər isə yayındırılmış məbləğin 50 faizi həcmində cərimələnəcək. Dəyişikliklərin əsas məqsədi kirayə müqavilələrinin rəsmiləşdirilməsini təşviq etmək və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar