31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramının təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə Bakının Azneft, Dənizkənarı bulvar – Neftçilər prospekti boyunca kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdirilib. DİN Mətbuat Xidmətindən bildirilib ki, məhdudiyyət tədbir tam başa çatana qədər davam edəcəkdir. Qeyd edilən istiqamət üzrə avtomobillərin hərəkəti əsasən Bakı-Salyan yolunun 14-cü kilometrindən 3-cü kənar dairəvi yolla Yasamal …
Read More »Yasəmən Möhübbətqızı “Dünya azərbaycanlıları, həmrəy olaq, gücümüz birliyimizdədir!”
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür! Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini təcəssüm etdirir.1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali …
Read More »“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri beş gün işləməyəcək
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq dekabrın 31-dən yanvarın 4-dək “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq. Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, yanvarın 5-dən etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Read More »DİM III ixtisas qrupu üzrə imtahan verəcək abituriyentlərə müraciət edib
Dövlət İmtahan Mərkəzi 2022-ci ildə ali təhsil müəssisələrinə III ixtisas qrupunda ədəbiyyat fənnindən imtahan verəcək abituriyentlərə müraciət edib. Mərkəzdən verilən məlumata görə, ədəbiyyat fənnindən qəbul proqramına daxil edilmiş C.Məmmədquluzadənin “Anamın kitabı”, C.Cabbarlının “Oqtay Eloğlu”, İ.Əfəndiyevin “Xurşudbanu Natəvan” əsərlərinin dərslikdə verilməyən, lakin oxunması tövsiyə olunan hissələri ilə aşağıdakı keçidlərdən tanış ola bilərlər. 1. C.Məmmədquluzadə “Anamın kitabı” 2. C.Cabbarlı “Oqtay Eloğlu” 3. İ.Əfəndiyev “Xurşudbanu Natəvan” …
Read More »Azərbaycanda bayram münasibətilə aztəminatlı ailələrə 100 manat yardım göstəriləcək
“Azərbaycanda 47 min aztəminatlı ailənin hər birinə bayram münasibətilə birdəfəlik 100 manat məbləğində yardım göstəriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov brifinqdə deyib. Onun sözlərinə görə, növbəti illərdə həssas təbəqəyə aid olan şəxslərin vəziyyəti diqqət mərkəzində olacaq: “Bu istiqamətdə vacib addımlar atılacaq. Gələn ilin dövlət büdcəsindən 1,5 milyard manat sosialyönümlü yardımlara xərclənəcək”. …
Read More »Parlamentdə dünya azərbaycanlılarına müraciətlə bağlı komissiya yaradılıb
“Milli Məclisdə Dünya Azərbaycanlılarına müraciətlə əlaqədar redaksiya komissiyası yaradılıb”. Boyukmillet.com –un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, komissiyanın sədri Fəzail İbrahimlidir: “Komissiyaya ümumilikdə 7 nəfər daxildir”.
Read More »Hökumət toyuq ətinin qiymətinin artmaması üçün qərar qəbul edib
Azərbaycana idxal olunan toyuq əti və toyuq hissələri üçün tətbiq edilən idxal gömrük rüsumu ilə bağlı güzəştlər daha iki il uzadılıb. Boyukmillet.com-un məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının …
Read More »Teymur Rəcəbov: “Azərbaycanda şahmat məktəbi həmişə güclü olub”
“Sovet dövründə Azərbaycanda şahmat məktəbi həmişə güclü olub”. Boyukmillet.com-un məlumatına görə, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov keçmiş SSRİ dövründə tanınmış qrossmeysterlərin çoxunun Bakıda anadan olmaları barədə danışarkən deyib. O bildirib ki, Harri Kasparov da daxil olmaqla, ölkədən hər zaman güclü zəka sahibləri çıxıb: “Kasparov dünya çempionu olanadək Azərbaycanda yaşayıb. O, tarixin ən güclü şahmatçılarından biridir. Düzdür, həmin vaxt milli komandada …
Read More »Səhiyyə Nazirliyi Yeni il bayramı ilə bağlı əhaliyə müraciət edib
Səhiyyə Nazirliyi Yeni il bayramı ilə bağlı əhaliyə müraciət edib Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov məlumat verib. Onun sözlərinə görə, bayramlarda qonaq getmə halları çox müşahidə olunur və bu da təmasların artması deməkdir: “Novruz bayramında da qeyd etmişdim ki, qaydalara uyğun davranılsa, nəticə yaxşı olar. Yenə də bu tədbirlərə əməl edilməsini tövsiyə edirəm”. “Nəzərə …
Read More »Azərbaycanda nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı qayda dəyişib
Nazirlər Kabineti “Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında 7 iyul …
Read More »