Əmlak eksperti: “Yaxşı olar ki, ilkin dövrlərdə hökumət müəyyən güzəşt siyasəti yürütsün” Nəqliyyat eksperti: “Bu hamıya sərf edəcək – hökumətə də, alana da, satana da” Azərbaycanda avtomobil satışı ilə bağlı yeni qayda müəyyən edilib. Bu məsələ “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, avtomobil satışı üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək. Dəyişikliklər artıq Milli Məclisdə təsdiq …
Read More »Tələbələr təhsil kreditinin şərtlərindən narazıdırlar – VİDEO
Noyabrın 25-dən Azərbaycanda təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlanılıb. Bu kredit dövlət dəstəyi ilə çox aşağı faizlərlə və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir. Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müvafiq qaydaya əsasən, təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcək və onlara …
Read More »Bakıda qanunsuz küçə ticarətinə qarşı reydlər keçirilir, cərimə olunanlar var
Paytaxt rayonlarında qanunsuz ticarət hallarına qarşı mübarizə tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən birgə profilaktik tədbirlər keçirilir. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Keçirilən tədbirlər zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Bakı Şəhər Ticarət və Xidmət Departamenti və polis …
Read More »Gəncə Kitab Sərgisi keçirilir
Gəncədə “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANİB) təşəbbüsü və təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi və Gəncə İctimai İştirakçılıq Məclisinin təşkilati dəstəyi ilə I Gəncə Kitab Sərgisi keçirilir. Boyukmillet.com xəbər verir ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində təşkil edilən sərgi “Nizami Gəncəvi İli”nə həsr olunub. Sərgidə ölkənin 30-dan artıq nəşriyyatı və 10-dan çox kitab evi …
Read More »Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalında artım olub
2021-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 452 915 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. “Report” bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qeyd edilir ki, bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 21 677 ton, süd istehsalı 80 767 ton olub. 2020-ci ilin müvafiq dövrü ilə …
Read More »Özəl universitetlərdə təhsil alan tələbələr də kredit götürə biləcəklər
“Tələbə təhsil krediti alacaq tələbələr üçün özəl və ya dövlət universitetinin fərqi yoxdur”. Boyukmillet.com-un xəbərinə görə, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, ödənişli əsaslarla oxuyan tələbə kredit almaq hüququna malikdir: “Kredit yalnız ölkədə qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərən təhsil müəssisələrində təhsil alan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub”. Nazir …
Read More »Gündüz İsmayılov: “Ermənilər dini abidələrimizi yer üzündən siliblər”
“İşğal dövründə yüzlərlə ziyarətgahımız dağıdılıb, yer üzündən silinib. Yalnız yarısağlam vəziyyətdə qalan Ağdamda Cümə məscidi və Şuşada Yuxarı Gövhər Ağa məscididir. Yəni İslam dininə məxsus abidələrimiz yer üzündən demək olar silinib”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi ” konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, işğalçıların …
Read More »Amnistiya Aktının əsasən hansı cinayətləri törədən şəxslərə tətbiq edildiyi açıqlanıb
“Cinayətlərin növlərinə gəldikdə gözlənildiyi kimi, mülkiyyət əleyhinə olan və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum edilən şəxslər azad edilən şəxslərin yarısından çoxdur. Bunlardan sonra Amnistiya Aktı əsasən hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə və həyat və sağlamlıq əleyhinə olan cinayətlər törədən şəxslərə tətbiq edilib”. Boyukmillet.com-un xəbərinə görə, bunu Baş Prokurorluğun Cinayət təqibindən …
Read More »Baş Prokurorluq: “İndiyədək Amnistiya Aktı 1 500-ə yaxın məhkuma şamil olunub”
“Aparılan təhlillərə əsasən, Amnistiya Aktı artıq 1 500-ə yaxın məhkum barəsində tətbiq edilib”. Boyukmillet.com-un xəbərinə görə, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev deyib. O bildirib ki, təqdim olunan statistik rəqəmlər növbəti gün və aylarda dəyişəcək: “Mövcud vəziyyətə əsasən, Amnistiya Aktının tətbiq olunduğu şəxslərin 70 faizi cəzaçəkmə müəssisələrinin, o cümlədən 18 …
Read More »Azərbaycanda şəhid ailələrinə, müəllimlərə və tələbələrə ictimai nəqliyyatdan istifadə zamanı güzəştlər təklif edilir
“Bu gün sevindirici haldır ki, orta və ali təhsil müəssisələrimizdə tədris üçün gərəkli olan bütün müasir texnologiyalar əlçatandır. Amma unutmamalıyıq ki, elm və texnologiya sürətlə dəyişir və inkişaf edir. Bu dəyişikliklərə uyğunlaşmaq və yeni avadanlıqların davamlı təczihatı üçün Təhsil Nazirliyinə xüsusi vəsait ayrılmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri …
Read More »