Çərşənbə , 8 May 2024
Drone Cameras

Qazimiz işlə təmin olundu

İkinci Qarabağ müharibəsi zamanı şücaətlə döyüşən əsgərlərimizdən biri də Nəsib Həbibovdur.

Boyukmillet.com xəbər verir ki, Vətən müharibəsi qazisi Həbibov Nəsib Asif oğlu 2001-ci ildə Göyçay şəhərində anadan olub.


Xatırladaq ki, 19 yaşlı qəhrəman qazimiz döyüşlər zamanı göstərdiyi şücaətə görə Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq “Vətən uğrunda” medalı ilə təltif olunub.


Sosial şəbəkələrdə 6 ay Abşeron rayonunda yaşayan qazimizin iş barədə müraciətinə əslən Göyçay rayonundan olan, keçmiş Göyçay Gənclər mərkəzinin direktoru, Göyçay rayon icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri, Göyçay informasiya agentliyi, Nartv in və “Göyçay” qəzetinin baş redaktoru Anar Nağıyev qazimiz hazırda rəhbərlik etdiyi Xırdalan informasiya agentliyində fotomüxbir vəzifəsinə təyin olunub. Anar Nağıyev tərəfindən N. Həbibova redaksiya vəsiqəsi, foto aparat, və bəzi texniki avadanlıqlar verildi.


Xatırladaq ki, bu günlərdə sosial şəbəkələrdə ictimai fəal, Şirvanregion xəbər portalı, Xəbərlər İnformasiya agentliyi saytının, rayon ictimayi nəzarət komissiyasının üzvü Yusif Rəsul qazimiz barədə məsələni gündəmə gətirmişdir.Vətən müharibəsi qazimiz Nəsib Həbibovun 6 ay Xırdalanda müalicə almasını, işsiz olmasını gündəmə gətirib.


Qeyd edək ki, Nəsib Həbibov “Xırdalan” qəzeti, Xirdalan.info.az saytının və Xırdalan Tv youtube kanalının əməkdaşı kimi fəaliyyət göstərəcək.
Qazinizə uğur arzulaylrıq.

Check Also

Cənub rayonlarının enerji verilişində fasilə yaranacaq

“Azərişıq” ASC-nin Cənub Regional Elektrik Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində …