Bazar ertəsi , 30 Mart 2026

Cəmiyyət

Xarici diplomların tanınması bu tarixdən dayandırılacaq

“Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması Elektron Müraciət Sistemi (EMS) vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir və sistemin daha effektiv işləməsi, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə sözügedən sistemdə mütəmadi olaraq texniki işlər aparılır”. Boyukmillet.com xəbər verir ki, bu barədə TKTA məlumat yayıb. Bildirilib ki, qeyd edilənləri nəzərə alaraq, EMS vasitəsilə ərizələrin qəbulu 16.12.2025-ci il tarixindən 02.01.2026-cı il …

Read More »

Azərbaycanda iş adamının milyonlarla pulunu ələ keçirənlər SAXLANILDILAR – Biri federasiya prezidenti olub

Azərbaycanda iş adamının milyonlarla pulu ələ keçirilib. Şikayət əsasında biri keçmiş idman federasiyası prezidenti olmaqla, beş nəfər cinayət məsuliyyətinə cəlb edilib. Boyukmillet.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, dəstə üzvləri iş adamı Quvat Beybutovun 4 milyon manatdan çox pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunurlar. 2022-ci ilə kimi Sindo-ryu və Pençak-silat Federasiyasının prezidenti olmuş Ceyhun Əşrəfov və tanışları – Cavid Hüseynli, Rüstəm Qafarov, …

Read More »

Süni intellekt bütün dünyada uşaqların təhsilini, oyunlarını və psixologiyasını necə dəyişdirir

Uşaqların həyatında süni intellektin (Sİ) rolu sürətlə artır – məktəb dərslərindən tutmuş ev oyunları və ünsiyyətə qədər, yeni nəsli formalaşdırır ki, mütəxəssislər artıq onu “Generation AI” adlandırır. Bu barədə “The Economist” nəşri yazıb. Məktəblər və süni intellekt: inamsızlıqdan hərtərəfli istifadəyə Müəllimlər təəccübləniblər: bəzi uşaqlar “Khan Academy” onlayn platformasından istifadə edərək riyaziyyat üzrə ev tapşırıqlarını “yardımçı” ilə yerinə yetirirdilər. Məlum oldu …

Read More »

Marketlərdə “qara çörək” tələsi – DİQQƏT

Bəzi insanlar buğda unundan hazırlanan “ağ çörəyi” yox, çovdar unundan hazırlanan “qara çörəyi” yeməyi üstün tuturlar. Səbəb isə budur ki, çovdar çörəyi aclıq hissini yatırır, insanı daha çox doyurur, həmçinin həzm və şəkər sistemi üçün də daha faydalı hesab olunur. Ancaq marketlərdə satılan çovdar çörəyinin tərkibinə şübhəylə yanaşanlar da var. Bəziləri deyir ki, bu çörəyin rənginin qara, qəhvəyi olmasının səbəbi …

Read More »

“Halal” adı ilə donuz əti konservi satılır – Əhaliyə xəbərdarlıq

Ekspert deyir ki, istehlakçının aldadılması qanunvericiliyin kobud şəkildə pozulması sayılır; AQTA inkar edir: “Qeyd olunan istehsal tarixli mal əti konservi ölkəmizə idxal olunmayıb” Rusiyada fəaliyyət göstərən “Qlavprodukt” şirkətinin Azərbaycana göndərdiyi mal əti konservlərində donuz əti DNT-si aşkar edilib. Bu barədə “İnsayder” nəşri məlumat yayıb. Məlumata görə, şirkətin halal adı altında bişmiş mal əti konservləri Rusiya Silahlı Qüvvələrinə və Azərbaycan da …

Read More »

Xankəndidə Türkiyə vətəndaşlarını qanunsuz işlədən qadın biznesmen CƏZALANDIRILDI

Xankəndidə əcnəbiləri qanunsuz əməyə cəlb edən şirkət cərimələnib. Boyukmillet.com lent.az-a istinadən xəbər verir ki, şəhərdə fəaliyyət göstərən MMC-lərdən biri 12 Türkiyə vətəndaşını Azərbaycanda yaşayış icazəsi olmadan işlədib. MMC-nin icraçı direktoru Günel Əlizadə həmin işçilərin müxtəlif vəzifələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqlarını yazılı izahatında bildirib. Həmçinin əcnəbilərin hər biri də öz izahatlarında bu faktı təsdiq ediblər. Miqrasiya Məcəlləsinin 63.4-cü …

Read More »

Azərbaycana idxal olunan energetik içkilərdə təhlükəli maddə aşkarlanıb

Azərbaycana idxal olunan “Nitro Max” energetik içkilərində qanunvericiliklə qida məhsullarında istifadəsinə icazə verilməyən təhlükəli maddə aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Belə ki, laborator sınaqların nəticələrinə əsasən, məhsullarda dərman vasitələrinin tərkibində istifadə olunan və qida məhsullarında istifadəsinə icazə verilməyən sildenafil maddəsi aşkar edilib. Ümumi sayı 4 800 ədəd olan energetik içki xüsusi poliqonda …

Read More »

Sosial mənzillərin qanunsuz satışını təşkil etməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb

MİDA mənzillərinin qanunsuz satışını təşkil etməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb. Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bakıda MİDA yaşayış mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslər müəyyən olunublar. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, saxlanılan 12 şəxs dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz …

Read More »

Azərbaycanda distant iş rəsmiləşir

Azərbaycanda evdən və məsafədən iş rəsmiləşir. Boyukmillet.com-un məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdə öz əksini tapıb. İşçilərin əmək funksiyalarının distant iş formasında yerinə yetirilməsi sahəsi üzrə qanunvericiliyin formalaşdırılması müəyyən etmək, bu xüsusda işçilərin distant iş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsasının yaradılmasını təmin etmək məqsədilə Məcəllənin 3-cü maddəsinə “Məsafədən (distant) …

Read More »

Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb

Yekaterinburqda “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun yeni rəhbəri Vidadi Mustafayev saxlanılıb. O, torpaq satışı ilə bağlı dələduzluqda ittiham olunur. Əvvəllər Ural bölgəsində Azərbaycan diasporuna Şahin Şıxlınski rəhbərlik edib. O, bu ilin avqustunda qətldə və hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə şübhəli bilinərək həbs olunub. Bu proseslər 2025-ci il iyunun 28-də Rusiya İstintaq Komitəsinin əməkdaşları tərəfindən Yekaterinburqda yaşayan azərbaycanlılara qarşı keçirdiyi əməliyyatdan sonra başlayıb. Reydlərin …

Read More »