Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı ilə 4 iyul 2026-cı il tarixində Qax rayonunda “Müəllimlərin VI Şəbəkələşmə Forumu: Müxtəliflikdə Birlik, Təhsildə Əməkdaşlıq” mövzusunda forum keçirilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın müxtəlif bölgələrindən 600-dən çox məktəbəqədər, ümumi, orta ixtisas və ali təhsil müəssisələrinin pedaqoji heyətini bir araya gətirən forumun əsas məqsədi …
Read More »Masallıda 3 tondan çox istehlaka yararsız ət aşkarlanıb
Masallı rayonunun Kürdəbaz kəndində 3050 kq korlanma əlamətləri müşahidə edilən ət aşkar olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, məhsulların dövriyyəsinin qarşısı dərhal alınıb, onlardan nümunələr götürülərək laborator müayinələrə göndərilib. Laborator sınaqların nəticələrinə əsasən, sözügedən ətlərin insan istehlakı üçün yararsız olduğu təsdiqlənib. “Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür, istehlaka yararsız ətlərin …
Read More »AZAL: Naxçıvan reyslərində gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur
“Azərbaycan Hava Yolları”nın Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 5 iyul 2026-cı il tarixinə planlaşdırılan bir sıra reyslərində Naxçıvanda hökm sürən qeyri-sabit hava şəraiti səbəbindən gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur. Bu barədə AZAL-ın Mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar.
Read More »Pirverdiyevin sag əli həbs edildi
“Azərenerji”nin keçmiş baş direktoru Etibar Pirverdiyevə bağlı olduğu bilinən “Azenco” şirkətinə rəhbərlik etmiş Vüqar Əliyev həbs edilib. “AzPolitika”nın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, V.Əliyev 3 milyon manatdan çox mənimsəmədə ittiham olunur. İş üzrə ibtidai araşdırma artıq başa çatıb. V.Əliyevə Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham elan olunub. Bu maddənin sanksiyası 10 ildən 14 ilədək azadlıqdan …
Read More »Bakının dörd rayonunun bəzi ərazilərində işıq olmayacaq
Bu gün Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Səbail Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində iməcilik işləri aparılacaq. Bununla əlaqədar saat 09:00-dan 12:00-dək Badamdar qəsəbəsi İqor Ağayev küçəsi, 20-ci sahə yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Həmin tarixdə və saatlarda Zirə Enerji Təchizatı və Satışı İdarəsinə …
Read More »“Liman Klinikası” təzminat ödəyəcək: Burun düzəldəndə gözü zədələyib
Sumqayıt şəhərində yerləşən “Liman Klinikası” qüsurlu əməliyyata görə pasiyentə təzminat ödəyəcək. Boyukmillet.com qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə belə qərar qəbul edib. İş üzrə iddiaçı Nuridə Zülfüqarovadır. Zülfüqarova 2024-cü ildə “Liman Klinikası”nda cərrah Əfqan Ağagülov tərəfindən burun əməliyyatı olunub. Lakin əməliyyatdan sonra onun sol gözündə çəplik yaranıb. Sonradan rayon prokurorluğunda araşdırma aparılsa da, yekunda cinayət işinin başlanmasından imtina edilib. Lakin məhkəmə-tibb …
Read More »İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verilib
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı məlumatların qəbulu, idarə olunması və vətəndaş müraciətlərinin elektron formada həyata keçirilməsi məqsədilə hazırladığı Onlayn Sorğu Mərkəzi (Online Inquiry Center-OIC) istifadəyə verib. Bu barədə Dövlət Komissiyasından məlumat verilib. Portal Dövlət Komissiyası ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində hazırlanmış Məlumat İdarəetmə Sistemi …
Read More »“İdrak” liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyibmiş
Bakıda “İdrak” liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmə ilə bağlı açılan cinayət işi əsasında məhkəmə istintaqı başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama görə, müəllim Şəhla Kamilova şagirdə dərsi bilmədiyi üçün irad bildirib. Bu zaman şagird onun iradını özünə hörmətsizlik kimi qəbul edib. Daha sonra yeniyetmə Bakı şəhəri, Rəsulzadə qəsəbəsində …
Read More »Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşib
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı 65 olaraq kişilərin pensiya yaşı ilə bərabərləşib. Boyukmillet.com xatırladır ki, bu rəqəm kişilər üçün 2021-ci iyunun 30-da tamamlanıb. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər …
Read More »Azərbaycanda onlayn qumar oyunlarının keçirilməsinə görə cəzaların sərtləşdirilməsi ilk oxunuşda qəbul edilib
Milli Məclis Azərbaycanda onlayn qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilməsini ilk oxunuşda qəbul edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi parlamentin növədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən, qumar oyunları: – virtual formada, cümlədən internet şəbəkəsindən, mobil rabitə şəbəkəsindən, sosial şəbəkə platformalarından, digər elektron rabitə vasitələrindən, habelə internet və mobil telekommunikasiya tətbiqlərindən və ya …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar