Şənbə , 23 Noyabr 2024

Cəmiyyət

Deputat: “Saxta COVID-19 pasportu hazırlayan şəxslər cəzalandırılacaq”

“Dövlətimiz insanların sağlamlığını qorumaq üçün vaksinlərin alınmasına külli miqdarda vəsait xərcləyir. Peyvənd olunmayıb insanların həyatını riskə atan, saxta COVID-19 pasportu hazırlamağa çalışan şəxslər məsuliyyətə cəlb olunur, olunacaq da”. Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib O, vətəndaşları vaksin olunmağa, özlərinin və digər insanların həyatını təhlükəyə atmamağa çağırıb: “Biz insanlara izah etməyə çalışırıq ki, dövlət həmin vaksinlərə pul xərcləyir, milyonlarla doza …

Read More »

I və IV qrup üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi iyulun 27-28-də keçirilən I və IV qrup üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, imtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar …

Read More »

İlkin qapanmada bu sahələr bağlanacaq – “İdman zalları, məscidlər, toylar…”

Son günlər koronavirusa yoluxma sayının 1000-dən yuxarı olduğunu müşahidə edirik. Elə bu səbəbdən Operativ Qərargah tərəfindən karantin rejimin sərtləşdirilməsi ilə bağlı müzakirələrin aparılması ilə bağlı xəbərlər yayılıb. Maraqlıdır, ilkin mərhələdə hansı qapanmalar tətbiq edilə bilər? Boyukmillet.com xəbər verir ki, mövzu ilə bağlı sfera.az-a danışan həkim Aydın Əliyev karantin rejimin sərtləşdirilməsinin yoluxan şəxslərin ağırlaşmasından asılı olaraq həyata keçirilməli olduğunu bildirib: “Budəfəki …

Read More »

Bərdədəki uşaq bağçaları təmirdən sonra ən müasir standartlar səviyyəsinə gətirilib

Leyla Məmmədova: “Pandemiya ilə əlaqəli bütün epidemioloji qaydalara riayət olunur” Dünyanı bürüyən və bəşəriyyətə qlobal problemlər yaradan COVİD-19 pandemiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Lakin bir sıra ölkələrdən fərqli olaraq, məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyəti, verdiyi operativ qərarları nəticəsində koronavirusun vura biləcəyi ağır zərbələrin qarşısı maksimum dərəcədə azaldıldı. Əbəs deyil ki, hətta bir sıra aparıcı ölkələr Azərbaycanın …

Read More »

KTN: “Kəlbəcər-Laçın balını yüksək qiymətlərlə ixrac etmək olar”

“Kəlbəcər yaylaqlarında bal süzümü yekunlaşır”. Boyukmillet.com xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib. O qeyd edib ki, məhsuldarlıq gözləntiləri üstələyib: “Hər pətəkdən 30 kiloqram bal götürməyi hədəfləyən arıçılar 45-50 kiloqram bal toplamağın sevincini yaşayırlar. Kəlbəcərin Zülfüqarlı kəndində yerləşən arıçılıq təsərrüfatının rəhbəri Vahid Məmmədovla arıların yaylaqlarda davranışını, iş qabiliyyətinin artmasını, yaylaq bitkilərinin …

Read More »

Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev karantın qaydasını pozub, oğluna 500 nəfərlik toy etdi – VİDEO

Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev heç bir karantin qaydasına əməl etmədən, oğlu Farizə 500 nəfərdən artıq adamın iştirak etdiyi toy məclisi təşkil edib. Xeyir iş Bakıdakı “Toy gecəsi” restoranında baş tutub. Təqdim edilən videolardan görünür ki, toyda yalnız kişilər iştirak edib.  Boyukmillet.com həmin restorandan çəkilən eksklüziv görüntüləri təqdim edir:

Read More »

Səhiyyə Nazirliyi vaksinasiya ilə bağlı vətəndaşlara müraciət edib

“Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artıb. Lakin ağır xəstələrin sayında, həmçinin ölüm faizində artım müşahidə edilmir. Bunun səbəbi isə ölkədə vaksinasiya prosesinin aktiv fazada davam etdirilməsidir”. Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsinin rəhbəri Pərviz Abubəkirov bildirib. Nazirlik rəsmisi qeyd edib ki, vətəndaşlar vaksinasiya prosesində nə qədər aktiv iştirak edərlərsə, ağırlaşmalar və ölüm faizi bir o qədər də azalar: …

Read More »

Azərbaycanda dövlət sosial xidmətlərindən yalnız COVID-19 pasportu olan şəxslər istifadə edə biləcək

Avqustun 16-dan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduqları halda həyata keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Qeyd olunub ki, vətəndaşların nazirliyin elektron xidmətlərinə etdikləri müraciətlərə baxılması …

Read More »

QAT gənc yazarın “Qarabağ Azərbaycandır!” adlı layihəsinin təqdimatını keçirdi

Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə gənc əlil yazar Etibar Həsənzadənin “Qarabağ Azərbaycandır!” adlı yaradıcılıq layihəsinin təqdimatı keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbiri aparıcı Firəngiz Əkbərova açaraq qonaqları salamlayıb, tədbirin məqsədi və məramı ilə bağlı qısa məlumat verib. Sonra QAT sədri Akif Nağıgiriş sözü ilə çıxış edib. A.Nağı bildirib ki, Vətən üçün, dövlət üçün, millət üçün çalışan bu cür gənclərə həm dövlət, …

Read More »

Bu gündən 20 ölkənin vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verilib

Bu gündən hava nəqliyyatı vasitəsilə 20 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına icazə verilib. Boyukmillet.com-un xəbərinə görə, həmin şəxslər COVID-19 pasportu və 72 saat ərzində verilən COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında Azərbaycan gəlib-gedə biləcəklər. Vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verilən ölkələrin siyahı: 1. Almaniya Federativ Respublikası; …

Read More »