Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq. Boyukmillet.com xəbər verir ki, cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi qərar qəbul edib. Qərara əsasən, ölkədə istisna hallarda 16-18 yaşlı yeniyetmələrə Covid-19 …
Read More »Medianın İnkişafı Agentliyində jurnalistlərlə görüş keçirilib
Boyukmillet.com xəbər verir ki, sentyabrın 6-da Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) “Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsi keçirildi. Müzakirələrdə Medianın İnkişafı Agentliyinin rəhbərliyi və əməkdaşları, Parlament Jurnalistlər Birliyinin üzvləri iştirak edirdilər. Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qurumun fəaliyyət istiqamətləri və nizamnamədən irəli gələn vəzifələrin icrası üçün həyata keçirilən tədbirlər barədə məlumat verdi. “Media haqqında” Qanun layihəsi haqqında …
Read More »DİN-dən açıq havada maskanın məcburi olacağı ilə bağlı məlumatlara reaksiya…
Açıq havada maskanın məcburi olacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, yayılan məlumatlar doğru deyil: “Hələlik Nazirlər Kabineti yanında Operativ Qərargahın belə bir qərarı yoxdur. Buna görə də bu məlumatlar həqiqəti əks etdirmir”.
Read More »Yeni tədris ilinin təşkili ilə bağlı sabah brifinq keçiriləcək
Yeni tədris ilinin təşkili ilə bağlı sabah brifinq keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Qeyd olunub ki, təhsil naziri Emin Əmrullayevin iştirakı ilə bütün suallara sentyabrın 7-də saat 14.00-da keçiriləcək brifinqdə aydınlıq gətiriləcək.
Read More »Taksi sürücülərinə bəd xəbər – Polis açıqladı
Taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən də COVID pasportu tələb olunur. Boyukmillet.com xəbər verir ki, bu barədə “bizim.media”ya açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib. Onun sözlərinə görə sentyabrın 1-dən birinci doz vaksin qəbul edən taksi sürücüləri sözügedən xidməti göstərə bilərlər. Oktyabrın 1-dən isə taksi sürüclərindən ikinci doz peyvənd olunmaları və ya immunitet …
Read More »“Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:1. Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidmətinin və Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin əsasında “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsi yaradılsın. 2. “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilsin.3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll …
Read More »Bu gündən Azərbaycandan Rusiyaya səyahət edənlər üçün yeni qaydalar qüvvəyə minir
Bu gündən, sentyabrın 1-dən Azərbaycandan Rusiyaya yerinə yetirilən bütün reyslərdə yeni giriş qaydaları qüvvəyə minir. Boyukmillet.com xəbər verir ki, həmin reyslərlə səyahət edən bütün sərnişinlər smartfonlarına «Путешествую без COVID-19» mobil tətbiqini yükləməlidirlər. Tətbiqə pasportun skan olunmuş surətini, habelə COVID-19 üçün PCR testinin nəticəsini yükləmək lazımdır. Tətbiq ödənişsizdir. «Путешествую без COVID-19» tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz: – iPhone üçün: https://apps.apple.com/app/id1541206996 – …
Read More »DİN sentyabrın 1-dən şənlik mərasimlərinin keçirilməsi ilə bağlı açıqlama verib
Sentyabrın 1-dən başlayaraq pandemiya şəraitində toy, nişan, ad günü və digər şənlik mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı yeni qaydalar müəyyən olunub. Bununla bağlı Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Report”a bildirib ki, sentyabrın 1-dən etibarən təşkil edildiyi yerdən asılı olmayaraq (kafe, restoran, şadlıq sarayı, həyət, mağar və s.) şənlik mərasimləri 150 nəfərədək şəxsin iştirakı ilə …
Read More »COVID-19 pasportunun yoxlanılması üçün mobil tətbiq istifadəyə verilib
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən “CheckApp” mobil tətbiqi istifadəyə verilib. Dövlət Agentliyindən bildirilib ki, tətbiq Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 pasportlarının yoxlanılması məqsədilə yaradılıb.“CheckApp” mobil tətbiqi vətəndaşların deyil, qurum və müəssisələrin icazə.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxslərinin istifadəsi üçün nəzərdə tutulub. Tətbiq vasitəsilə …
Read More »Bu gün ali məktəblərə və kolleclərə ixtisas seçimi başa çatır
Bu gün ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçiminin vaxtı başa çatır. Boyukmillet.com xəbər verir ki, yaxın 3-4 gün ərzində yoxlamalar bitəcək və nəticələr elan olunacaq. Qeyd edək ki, bundan sonra boş qalan yerlərə və kolleclərə ixtisas seçimi elan ediləcək.
Read More »