“Parabokt” ASC kredit təşkilatı 1-ci və 2-ci Qarabağ mübaribəsi iştirakçısı və əlili Məmmədəli Bağırova qarşı məhkəmə iddiası qaldırıb. Boyukmillet.com xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində baş tutan iclas hakim Səlimə Miriyevanın sədrliyi ilə keçirilib. Belə ki, maliyyə təşkilatı müharibə iştirakçısından 135 min ABŞ dolları kredit borcunun ödəməsini tələb edib. Lakin məhkəmənin qərarına əsasən, “Parabokt” ASC-nin qaldırdığı iddia rədd edilib.
Read More »Azərbaycanda avqustun 9-dan vaksinlərlə bağlı “Əks göstəriş sertifikat”ı veriləcək
Avqust ayının 9-dan etibarən Azərbaycanda istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb. Qeyd olunub ki, “Əks göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə …
Read More »Göyçayda “Hak inşaat” satış mağazası açıldı
Prezident İlham Əliyevin Respublikada sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqları Göyçay rayonunda da diqqət mərkəzində saxlanılır və sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılır. İnşaat mallarının satışı üzrə regionda ən böyük şirkətlərindən olan “Hak inşaat” Göyçayda satış mərkəzinin açılışını edib. “Çanakkale Seramik” şirkətinin mağazası Azərbaycan, Türkiyə, Rusiya, İran, Çin, Özbəkistanın tanınmış “Çanakkale Seramik”, “Rivana”, “Pro Celing”, …
Read More »Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət edib
Bakı şəhərində 2 gün ərzində davam edən güclü siklon və qeyri-sabit hava şəraitinin törətdiyi fəsadların tam aradan qaldırılması və genişmiqyaslı təmizlik işlərinin aparılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən iyulun 31-də şəhərin bütün rayonlarında geniş daxili iməclik keçirilməsi qərara alınıb. Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən verilən məlumata görə, daxili iməclik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq …
Read More »Ötən gün 2218 nəfər COVID-19 pasportu olmadığına görə toy şənliklərinə buraxılmayıb
Ötən gün 2218 nəfər COVID-19 pasportu olmadığına görə toy şənliklərinə buraxılmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, iyulun 26-da DİN, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 190 toy şənliyinin monitorinqini həyata keçirib.
Read More »DYP hərəkət iştirakçılarına müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraitinin küləkli olması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. BDYPİ-dən daxil olan müraciətdə deyilir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən güclü küləyin əsəcəyi barədə verilən proqnozla əlaqədar, Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına həyat və sağlamlıqlarının qorunması, yollarda meydana gələ biləcək müxtəlif xoşagəlməz halların qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinə …
Read More »İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin siyahısı
İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin siyahısı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, siyahı aşağıdakı kimidir: Kommunal sahə üzrə: elektrik enerjisi, qaz, istilik ilə təchizat;su təchizatı və meliorasiya, çirkli suların yığılması və təmizlənməsi;tullantıların yığılması, emalı və məhv edilməsi. Nəqliyyat, logistika və kommunikasiya sahəsi üzrə: dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə …
Read More »Restoranlar, iri ticarət mərkəzləri və mehmanxalara giriş üçün COVID-19 pasportu tələb ediləcək
Sentyabrın 1-dən Azərbaycanda restoranlar, iri ticarət mərkəzləri, mehmanxalar və s. yerlərə giriş üçün COVID-19 pasportu tələb ediləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişiklikdə bildirilib. Qərara əsasən, yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu …
Read More »Kəlbəcərdən sonra Laçın yaylaqlarına da arıçılıq təsərrüfatları köçürülüb
Arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş Laçın rayonunun yaylaqlarına köçürülməsi başa çatıb. Boyukmillet.com xəbər verir ki, pilot layihə çərçivəsində bu il ümumi sayı 531 arı ailəsi olmaqla 15 arıçılıq təsərrüfatının Laçın yaylaqlarına köçürülməsi təmin edilib. İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından bildiriblər ki, artıq Laçın rayonundan olan fermerlərə məxsus 15 arıçılıq təsərrüfatının əvvəlcədən …
Read More »Şəhid oğluna Şuşa Rayon Polis Şöbəsində vəzifə verilib
Şuşa Rayon Polis Şöbəsində (RPŞ) yeni kadr təyinatı olub. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, polis kapitanı Səttar Məhərrəmzadə Şuşa Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsinə təyin edilib. Qeyd edək ki, S.Məhərrəmzadə Birinci Qarabağ müharibəsi zamanı “Daşaltı əməliyyatı”nda şəhid olan Nazim Məhərrəmovun oğludur.
Read More »