Bazar ertəsi , 20 May 2024

Cəmiyyət

Bu gündən Azərbaycanda “Sputnik V” vaksininin tətbiqinə başlanılır

Bu gündən etibarən Azərbaycan vətəndaşları yeni koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə Rusiya istehsalı olan “Sputnik V” vaksinindən də istifadə edə biləcəklər. Boyukmillet.com xəbər verir ki,vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində başlanılır. Yaşı 18-dən yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. Martın 11-də Azərbaycanın baş naziri Əli Əsədov 300 000 doza “Sputnik …

Read More »

Azərbaycan Ordusu təlimlərin növbəti mərhələsini icra edir

Təlimlərdə plana uyğun olaraq qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar səhra idarəetmə məntəqələrində xəritələr üzərinə işlənilir. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Mövcud vəziyyətə uyğun hazırlanan məruzələr sərəncam şəklində icra edilməsi məqsədilə müasir rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə komandir-rəis heyətinə çatdırılır. Ehtiyatda və mərkəzi tabelikdə olan birləşmələrin səhra idarəetmə məntəqələri təyin olunmuş rayonlara çıxarılır.

Read More »

Bakı-Gəncə qatarı Bakı-Sumqayıt dəmir yolu xəttinə cəlb edilir

Xırdalan dairəsində yeni dəmir yolu körpüsünün inşası ilə bağlı Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkəti müvəqqəti dayandırıldığından həmin marşrut üzrə işləyən qatarlar Bakı-Pirşağı -Sumqayıt xəttinə yönəldilmişdi Boyukmillet.com  xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC açıqlama yayıb. Məlumatda deyilir ki, mayın 16-dan Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə hərəkət bərpa edildiyindən həmin qatarların əvvəlki marşrut üzrə gediş-gəlişi təmin edilib. Bu da Abşeron dairəvi dəmir …

Read More »

Prezident Nic qəsəbəsində məktəb tikintisinə 1,5 milyon manat ayırdı

Prezident İlham Əliyev “Qəbələ rayonunun Nic qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Qəbələ rayonunun Nic qəsəbəsində 4 nömrəli tam orta məktəb üçün 360 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon …

Read More »

AzTV-də maliyyə yoxlaması… – Açıqlama

“Azərbaycan Televiziya və Radio Verilişləri“ QSC illik maliyyə hesabatı ilə bağlı bəzi informasiya resurslarında yayılan məlumatlara aydınlıq gətirib. TV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, şirkətin Aztv.az rəsmi internet saytının “Haqqımızda” bölməsində 2019-cu ili əhatə edən illik maliyyə hesabatları yerləşdirilib. Məlumatda qeyd edilib ki, bu hesabatlar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, 2020-ci ilin aprel ayının 30-dan gec olmamaq …

Read More »

Sabahdan məktəblər açılır

Mayın 17-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris qismən bərpa ediləcək. Boyukmillet.com xəbər verir ki, Təhsil Nazirliyi kollegiyasının müvafiq qərarına əsasən, sabahdan etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV …

Read More »

Ukraynada Azərbaycan səfirliyinə məxsus saxta nömrə ilə avtomobil idarə edən şəxs saxlandı

Ukrayna polisi ölkəmizin Kiyevdəki səfirliyinə məxsus saxta nömrə ilə avtomobili idarə edən şəxsi aşkarlayıb. Bu barədə AZƏRTAC-a Ukrayna Milli Polisindən məlumat verilib. Təxminən bir ay öncə “Kiyev Operativ” saytı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ölkəmizin Ukraynadakı səfirliyi nəzdindəki nümayəndəliyinə məxsus D 041 005 nömrə nişanlı avtomobilin yol qaydalarını kobud şəkildə pozmaqda və xidməti avtomobili insanların üzərinə sürməkdə günahlandırıb. Bu məlumat yayılandan …

Read More »

Operativ Qərargahın bu qadağası ləğv edilir

Azərbaycanda ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın müddəti sabah başa çatır. Boyukmillet.com xəbər verir ki, sabah 06:00-dan etibarən ictimai nəqliyyat yenidən əvvəlki qaydada vətəndaşların xidmətində olacaq. Qeyd edək ki, Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilmişdi. Nazirlər Kabinetinin çıxardığı qərarla 9-15 may tarixlərində ictimai nəqliyyatın fəaliyyəti dayandırılmışdı.

Read More »

“WhatsApp”la bağlı xəbərdarlıq edildi – Sabahdan…

“WhatsApp” sosial şəbəkəsi yeni məxfilik qaydalarını qəbul etməyən istifadəçilərdə tətbiqinin funksiyalarını məhdudlaşdıracaq. Boyukmillet.com bildirir ki, bu barədə “Facebook” məlumat yayıb. Bildirilib ki, istifadəçilər 15 may tarixinədək bu qaydaları qəbul etməyə bilər. Qeyd edilən tarixdən sonra isə “WhatsApp” tətbiqdən mesajları oxuma və göndərmə funksiyalarını məhdudlaşdıracaq. Bundan əlavə, 120 gündən sonra messencer yeni qaydaları qəbul etməyən istifadəçinin qeydiyyat hesabını silə bilər. Xatırladaq ki, …

Read More »