Cümə axşamı , 9 May 2024

Cəmiyyət

Daxili Qoşunların əməkdaşları sərhədçilərimizi öldürən iranlını dağda zərərsizləşdirdi

Mayın 15-də Azərbaycan sərhədini pozaraq Dövlət Sərhəd Xidmətinin iki hərbçisini qətlə yetirən İran vətəndaşlarından biri zərərsizləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, silahlı insidentdən sonra iki İran vətəndaşı hadisə yerindən qaçaraq Azərbaycan ərazisində gizləniblər. Dünən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları Yardımlı rayonu ərazisində dağlarda gizlənən İran vətəndaşının birinin yerini müəyyən edib. Həmin şəxs tutulacağını bildiyi üçün təslim olmayaraq silahlı müqavimət …

Read More »

Mina və partlamamış hərbi sursatların təhlükəsinə dair dərsliklər çap olunacaq

Azərbaycanda mina və partlamamış hərbi sursatların təhlükəsinə dair maarifləndirmə işi çərçivəsində müəllim və şagirdlər üçün dərs vəsaitləri çap olunacaq.Boyukmillet.com xəbər verir ki, layihənin sifarişçisi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyidir. Layihəni “İdeal-Print” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) həyata keçirəcək.Dərsliklərin hazırlanması üçün MMC-yə 31 050,5 manat vəsait ayırılıb.

Read More »

Metro ilə bağlı ŞAD XƏBƏR – Bu şərtlə açıla bilər

“Orqanizm individualdır. Bəzi insanlar var ki, COVİD-ə yoluxduğu halda 6-7 ay sonra hələ də anticismlər əmələ gəlmir, bəzilərində isə 3 həftə sonra anticismlər əmələ gəlir”. Boyukmillet.com  xəbər verir ki, bunu “milli.az”a açıqlamasında infeksionist İlahə Vəliyeva deyib. O bildirib ki, ölkədə virusa yoluxanların sayı bu şəkildə azala-azala davam edərsə bu bəladan canımız qurtara bilər: “Orqanizmin immunitet səviyyəsindən asılı olaraq anticismlərin qoruyuculuğu …

Read More »

Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçını qəbul edib. Bu barədə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib. QMİ sədri A.Paşazadə Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin yüksək səviyyəsini, dövlətlərimizin, xalqlarımızın mənafelərinə uyğun inkişafını məmnuniyyətlə qeyd edib. O, ölkəmizə yeni təyin olunan Türkiyə səfirinin bu əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəyinə, mövcud körpülərin daha da …

Read More »

Almaniyada yaşayan azərbaycanlılar BMT-nin qərargahı önündə etiraz aksiyası keçiriblər

Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, Almaniyanın Köln şəhərində fəaliyyət göstərən Alman–Azərbaycan Mədəniyyət Evinin təşəbbüsü ilə BMT-nin Bonn şəhərindəki qərarqahı önündə Ermənistanın mina xəritələrini Azərbaycana təhvil verməməsinə etiraz əlaməti olaraq aksiya keçirilib. Dövlət Komitəsindən  bildirilib ki, Alman–Azərbaycan Mədəniyyət Evinin sədri Altay Rüstəmov bildirib ki, pandemiya məhdudiyyətlərinə uyğun şəkildə təşkil edilən aksiyada soydaşlarımızla yanaşı, Bonn Beynəlxalq Konversiya Mərkəzinin (Bonn International Center for …

Read More »

Yeni tədris ilindən məktəblərdə günüuzadılmış qruplar yaradılacaq

Azərbaycanda “Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili Qaydası” təsdiqlənib. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, bununla bağlı Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib. Qərarın surəti artıq ümumi təhsil müəssisələrinə göndərilib. Qərara əsasən, qrup məktəbin tədris – maddi bazası imkan verdiyi halda valideynlərin (digər qanuni nümayəndələrin) yazılı ərizələri əsasında I-IV sinif şagirdlərindən təşkil olunacaq. Şagirdin qrupa qəbulu və qrupdan xaric edilməsi …

Read More »

Bu gündən Azərbaycanda “Sputnik V” vaksininin tətbiqinə başlanılır

Bu gündən etibarən Azərbaycan vətəndaşları yeni koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə Rusiya istehsalı olan “Sputnik V” vaksinindən də istifadə edə biləcəklər. Boyukmillet.com xəbər verir ki,vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində başlanılır. Yaşı 18-dən yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. Martın 11-də Azərbaycanın baş naziri Əli Əsədov 300 000 doza “Sputnik …

Read More »

Azərbaycan Ordusu təlimlərin növbəti mərhələsini icra edir

Təlimlərdə plana uyğun olaraq qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar səhra idarəetmə məntəqələrində xəritələr üzərinə işlənilir. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Mövcud vəziyyətə uyğun hazırlanan məruzələr sərəncam şəklində icra edilməsi məqsədilə müasir rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə komandir-rəis heyətinə çatdırılır. Ehtiyatda və mərkəzi tabelikdə olan birləşmələrin səhra idarəetmə məntəqələri təyin olunmuş rayonlara çıxarılır.

Read More »

Bakı-Gəncə qatarı Bakı-Sumqayıt dəmir yolu xəttinə cəlb edilir

Xırdalan dairəsində yeni dəmir yolu körpüsünün inşası ilə bağlı Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkəti müvəqqəti dayandırıldığından həmin marşrut üzrə işləyən qatarlar Bakı-Pirşağı -Sumqayıt xəttinə yönəldilmişdi Boyukmillet.com  xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC açıqlama yayıb. Məlumatda deyilir ki, mayın 16-dan Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə hərəkət bərpa edildiyindən həmin qatarların əvvəlki marşrut üzrə gediş-gəlişi təmin edilib. Bu da Abşeron dairəvi dəmir …

Read More »