Bazar ertəsi , 20 May 2024

Cəmiyyət

Hadı Rəcəblinin restoranında toy olub, saxlanılanlar var

Lənkəranda toy mərasimləri keçirilən 3 obyekt aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayon ərazisində yerləşən “Riva Hill Resort”, “Palıdlı Sahil”, “Rahat Məkan” istirahət mərkəzlərində sanitar-gigiyena və karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan toy mərasimlərinin keçirilməsi müəyyən edilib. Polis əməkdaşları tərəfindən mərasimlərin təşkilatçıları və iştirakçıları, xidmət …

Read More »

Bakıda toy məclisində iştirak edən 19 nəfər saxlanıldı – VİDEO

Paytaxtın Nərimanov rayonunda xüsusi karantin rejim qaydalarına əməl edilməyən şadlıq saraylarının birində toy mərasiminin keçirilməsi aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin və 18-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Onlarla profilaktik söhbətlər …

Read More »

Hikmət Hacıyev: “Media haqqında” yeni qanun layihəsi hazırlanıb”

“Azərbaycanda “Media haqqında” yeni qanun layihəsi hazırlanıb”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 10-da Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən deyib. Onun sözlərinə görə, qanun layihəsinin təkmilləşdirilməsi üçün Türkiyənin təcrübəsindən də istifadə edilib: …

Read More »

İşsiz kimi rayon məşğulluğunda qeydiyyatdan keçsəm də, uyğun vakansiyalara yaxın qoymurlar – Bərdənin Kələntərli kənd sakini yazır…

Vaqif Müslümzadə: “Nə səbəbə vakansiya ola-ola vətəndaşları işlə təmin etmir?” Bərdə rayonu Kələntərli kənd sakini, Yeni Azərbaycan Pariyasının üzvü Müslümzadə Vaqif Məhəmməd oğlu ölkə rəhbərliyinə ünvanladığı şikayətin bir nüsxəsini də “Bakı-Xəbər”ə göndərib. Həmin şikayəti olduğu kimi təqdim edirik: “Yazaraq Sizə bildirirəm ki, mən yaşadığım rayonda bütün işlərdə ictimai fəal olaraq könüllü iştirak edirəm. Uzun müddətdir Bərdə rayon Məşğulluq Mərkəzində adım …

Read More »

Azərbaycanda vaksinasiya ilə bağlı saxta sənəd verən 12 həkim işdən çıxarılıb

“Son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə yayılan məlumatların yerindəcə araşdırılması və yoxlanılması aidiyyəti qurumlar tərəfindən təmin edilib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb. Qeyd olunub ki, araşdırmanın nəticəsi …

Read More »

QMİ Fətva verdi, Azərbaycanda Ramazan ayının başlayacağı tarix açıqlandı

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qazılar Şurasının növbəti iclası keçirilib. QMİ-nin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə onlayn formatda keçirilən iclasda Ramazan ayının başlanması ilə əlaqədar Fətva müzakirə olunub. İclasda Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna cavab olaraq, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilovun imzası ilə Şeyxülislam Allahşükür Paşazadənin …

Read More »

Hikmət Hacıyev üç ölkənin media rəhbərləri ilə görüşüb

Qardaş ölkələr Qırğızıstan, Özbəkistan, Qazaxıstandan olan və mediaya məsul nümayəndə heyətləri rəhbərləri ilə görüşüb, bu sahədə əməkdaşlığın inkişafı perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında bildirib. O qeyd edib ki, müzakirələr sabah da davam edəcək.

Read More »

Ailə Məcəlləsinə dəyişikliklər təsdiqləndi

Prezident İlham Əliyev Ailə Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, təsdiq edilmiş dəyişikliklə Azərbaycanda uşaqların qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa götürülməsi proseduru asanlaşdırılıb. Sənədə əsasən, uşağı övladlığa götürmə istəyən qohumlara aşağıdakı prosedurlar tətbiq olunmayacaq: – övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi; – övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa …

Read More »

Uşaqları qohumlarının övladlığa götürməsi proseduru asanlaşdırıldı

Prezident İlham Əliyev Ailə Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, təsdiq edilmiş dəyişikliklə uşağı övladlığa götürmək istəyən qohumlara aşağıdakı prosedurlar tətbiq olunmayacaq: – övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi; – övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi; – övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə …

Read More »

ATU-nun əməkdaşlarına fəxri adlar verilib – SİYAHI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com  xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Tibb Universitetinin 90 illiyi münasibətilə Azərbaycanda tibb elminin və təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Tibb Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib. “Əməkdar elm xadimi” Allahverdiyeva Lalə İsmayıl qızı Bağırova Hicran Firudin qızı Məmmədov Arif Məmməd oğlu …

Read More »