Cümə , 17 May 2024

Dağlıq Qarabağ münaqişəsi

Nikol Paşinyan aramsız olaraq Vladimir Putinə zənglər edir

“Rossiya-1” telekanalı Prezident Vladimir Putinin Rusiyanın hökumət üzvləri ilə keçirdiyi iclas zamanı Ermənistan baş naziri Nikol Paşinyanın Kremlə aramsız zənglərini əks etdirən kadrlar yayıb. Boyukmillet.com xəbər verir ki, “Moskva, Kreml, Putin” verilişində Prezident Vladimir Putinin iclasda iştirakı zamanı Paşinyanın ona dəfələrlə zəng vurduğu əks olunur. Kadr arxasında Vladimir Salavyov bildirir ki, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı digər ölkələrin rəhbərləri Vladimir Putinə daim zəng vururlar. …

Read More »

Azərbaycan əraziləri Ermənistanın bu bölgələrindən raket atəşinə tutulur

“Azərbaycan tərəfində olan dəqiq faktlara və məlumatlara əsasən, respublikamızın Gəncə, Mingəçevir şəhərləri, Abşeron və Xızı rayonları Ermənistanın Gorus, Sisyan, Vardenis, Cermuk və Berd şəhərlərindən raket atəşlərinə məruz qalıb”. Boyukmillet.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.  “Əlimizdə olan, xüsusilə həm yerli, həm də beynəlxalq ekspertlərin, hadisə yerində olan reportyorların və xarici jurnalistlərin …

Read More »

Sentyabrın 27-dən ermənilərin törətdikləri ilə bağlı 19 cinayət işi açılıb

“Sentyabrın 27-dən indiyədək Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı müvafiq rayon prokurorluqlarında 19 cinayət işi açılıb”. Boyukmillet.com xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Günay Səlimzadə bu gün keçirilən brifinqdə deyib.  Onun sözlərinə görə, hazırda cinayət işləri ilə bağlı istintaq davam etdirilir.

Read More »

Hikmət Hacıyev: “Yaşayış yerlərinin hədəf alınması Ermənistanın barbarlıq və vandalizminin göstəricisidir”

“Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə, Bərdə, Beyləqan və digər şəhərlərində mülki insanların sıx məskunlaşdığı ərazilərə raketlərlə hücum edir. Bu, barbarlıq və vandalizmdir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb. “Bu, Ermənistanın siyasi-hərbi rəhbərliyinin zəifliyini və çaxnaşmada olduqlarını göstərir”, – Prezidentin köməkçisi vurğulayıb. 

Read More »

MN: Düşmən Füzuli, Ağcabədi, Tərtər, Goranboy və Göygölün kəndlərini atəşə tutur

Hazırda Füzuli rayonunun Horadiz şəhəri, Ağcabədi rayonunun kəndləri, Tərtər şəhəri və rayonun kəndləri, Goranboy və Göygöl rayonlarının əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.  Düşmənə qarşı adekvat tədbirlər görülür.

Read More »

Ermənilər indiyədək Tərtərdə 8 mülki şəxsi qətlə yetirib, 33 nəfəri isə yaralayıb

Sentyabrın 27-dən oktyabrın 4-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhərinin artilleriya atəşinə tutulması nəticəsində mülki vətəndaşlara məxsus yüzlərlə evə və inzibati binaya ziyan dəydiyi məlum olub.  Oktyabrın 4-də düşmənin atdığı top mərmiləri nəticəsində 3 ev tamamilə dağılıb, 35 evə isə ziyan dəyib. Çoxmərtəbəli yaşayış binasında 3 mənzilə, 2 istehsal obyektinə və 1 sosial evə zərər dəyib, 2 nəfər yaralanıb.  Ümumilikdə Tərtərdə 17 sosial obyektə və 250 evə ziyan dəyib, 59 ev isə tamamilə dağıdılıb.  Bundan başqa, ümumilikdə …

Read More »