“Ermənistan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə kasetli raket atıb. Raket Yevlax rayonunda BTC-nin 10 metrliyinə düşüb”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabında paylaşım edib.“Ərazidə 300-dən çox kasetli bomba var. Boru kəmərinə zərər dəyməyib. ANAMA fəaliyyətdədir. Çıxılmaz vəziyyətdə qalan Ermənistan enerji infrastrukturuna hücum edir”, – H.Hacıyevin …
Read More »Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirildi -Fotolar
Bu gün Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Boyukmillet.com xəbər verir ki, aksiya Beynəlxalq Diaspor Mərkəzi və İctimai Siyasi Prosesler Beynəlxalq Araşdırmalar Mərkəzi tərəfindən Fransa prezidentinin Ermənistanı dəstəkləməsi ilə bağlı verdiyi bəyanatlara etiraz əlaməti olaraq təşkil edilib. Aksiyada BDM sədri İsmayıl Ağayev və İSBAM sədri Samir Adıgözəlli Fransanın işğalçı Ermənistanı dəstəkləməsini və tutdugu ədalətsiz mövqe ilə bağlı çıxış etmişlər. …
Read More »Mövlud Çavuşoğlu: “Can Azərbaycandakı qardaşlarımıza dəstək göstərmək üçün Bakıdayıq”
“Can Azərbaycandakı qardaşlarımıza dövlətimizin və millətimizin dəstəyini və həmrəyliyini göstərmək üçün Bakıdayıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter”də yazıb. Qeyd edək ki, bu gün Türkiyə XİN başçısının Bakıya səfəri başlayıb. Onu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan XİN başçısının müavini Ramiz Həsənov və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qarşılayıb.
Read More »Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Samir Adıgözəlli:”İndi Paşinyanın yalvardığı ölkələr bu şərtləri ona çatdırsınlar”
Samir Adıgözəlli: “Bizim ənənəvi şərtlərimizin sırasına Prezident haqlı olaraq bir detalı da əlavə edib ki, Paşinyan Azərbaycan xalqından üzr istəsin” Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində bir daha nəzərə çatdırdı ki, Azərbaycan yalnız müharibə tərəfdarı deyil, bizi buna Ermənistan rəhbərliyi məcbur edib. Prezident, hətta atəşkəsin necə mümkün olacağı ilə bağlı Azərbaycanın şərtlərini də açıqladı: “İndi …
Read More »Ermənilər Ağdama yenidən mərmi atdı, mağaza, kafe və çayxanaya ziyan dəydi
Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və hədəflənmiş şəkildə Ağdam rayonunun ətraf kəndlərini artilleriya atəşinə tutmaqda davam edir. Düşmən yenə də dinc sakinləri hədəf almaq məqsədilə kəndləri atəşə tutur. Ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri Ağdam rayonunun ərazisindəki mağazalardan birinin qarşısına düşüb. Ağdam sakininə məxsus mağaza, onun yaxınlığında olan kafe, çayxana və ət dükanına ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Read More »Milli Məclis Suqovuşanın tarixi adının bərpa edilməsini təsdiqlədi
“Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan adlandırılması haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib. Layihə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Read More »İşğaldan azad edilən Çaxırlı kəndinin görüntüləri
Azərbaycan Müdafiə Nazirliyi düşmən işğalından azad edilən Cəbrayıl rayonunun Çaxırlı kəndinin videogörüntülərini yayıb. Boyukmillet.com həmin görüntüləri təqdim edir.
Read More »Ekspert: “Azərbaycanın dinc şəhərlərini atəşə tutanlar Haaqa Məhkəməsində mühakimə olunmalıdır”
“Beynəlxalq hüquq normaları baxımından şəhərlərə raket zərbələri endirmək müvafiq beynəlxalq konvensiyaların pozulması və ağır hərbi cinayətdir. Məqsədli şəkildə belə əmr verən insanlar mühakimə olunmaq üçün Haaqa Beynəlxalq Tribunalına çıxıraılmalıdır, çünki bu insanlığa qarşı cinayətdir. Bunun bəraəti yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib. “Təcrübədə onların cəzalandırılması Azərbaycan qoşunlarının öz ərazilərində nəzarəti tam bərpa …
Read More »Ağcabədidə ermənilərin atdığı mərmidən dağılan evdən
Bu gün Ermənistan silahlı qüvvələri Ağcabədi şəhərini raket atəşinə tutub. Boyukmillet.com cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı hadisə yerindən reportaj hazırlayıb. Qeyd edək ki, raketlərdən biri partlamayıb. Digər iki raketdən biri həyətyanı sahəyə düşərək evdə dağıntılara səbəb olub, digər raket isə başqa evə düşüb. Nəticədə Ağcabədi şəhər sakinləri – 1994-cü il təvəllüdlü Elşən Mehdi oğlu İbrahimov və qardaşı qızı, 2015-ci il təvəllüdlü Ayan Rövşən qızı …
Read More »