Bazar ertəsi , 20 May 2024

Dağlıq Qarabağ münaqişəsi

“Uzağı 1 aya bütün Qarabağı azad edə bilərik” – AÇIQLAMA

“Biz Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qaçdılar ki, bunları müdafiə eləsin. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşdə çıxışı zamanı deyib. Prezident qeyd edib ki, KTMT tərəfindən, sadəcə olaraq, …

Read More »

Quqldan ölkəmizə şok: Öz kəndimizi “işğal” etmişik – Foto

“Quql örs” (Google Earth) və “Quql məps” (Google maps) adlı proqramda Gədəbəyin Başkənd kəndi ermənicə “Arcvaşen” kimi qeyd olunub. Bununla yanaşı, sözügedən kəndin tarixi ilə bağlı ingilis və rusdilli Vikipediyada onun 1992-ci ildə Azərbaycan tərəfindən işğal edilməsi qeyd edilib. Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlovanın sözlərinə görə, şirkət nazirliyin müraciətinə cavab olaraq …

Read More »

Erməni separatçılarının “lideri” Murova qalxdı – Fotolar

Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında yaradılan qondarma separatçı-terrorçu rejimin rəhbəri Araik Arutyunyan iyulun 18-dən 19-a keçən gecə Kəlbəcər rayonu ərazisindəki Murovdağın ən yüksək zirvəsi olan Gamışdağa(3724 m) qalxıb. Erməni saytlarında və sosial şəbəkələrdə yayılmış bu haylı-küylü məlumata görə, separatçı lider bütün gecəni ermənilərin  Qarabağdakı ən uca dağımızda qurduğu  postlarda keçirib. Bu barədə separatçı rejimin rəhbərinin mətbuat katibi Vaqram Poqosyan öz …

Read More »

Kolumbiya mətbuatı: Ermənistan Azərbaycana qarşı təxribat törədib

Kolumbiyanın geniş auditoriya kütləsinə malik olan “Diariolaeconomia.com” internet portalında “Azərbaycan pandemiya ilə mübarizə aparan və işğallarla üzləşən bir ölkə” adlı məqalə dərc olunub. Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən “Report”a verilən məlumata görə, məqalədə Azərbaycanın qədim tarixə malik olduğu bildirilir, ölkəmizin Qafqazda təbii ehtiyatlarla ən zəngin ölkə olduğu diqqətə çatdırılır. Azərbaycanda kənd təsərrüfatının inkişafından, geniş turizm imkanlarından və iqtisadiyyatın şaxələndirməsindən bəhs edilərək onun böyük investisiyalar məkanı …

Read More »

Трагедия Новой Слободы

7 июля – самый страшный день в истории маленького украинского села Новая Слобода, которое находится в Путивльском районе Сумской области. Именно в этот день во время Второй мировой войны, в 1942 году, нацистские оккупанты всего за 3 часа уничтожили (сожгли, зарезали, убили) 586 мирных жителей, среди которых были маленькие дети и младенцы, которых двуногие звери… поднимали на штыки… Акт геноцида …

Read More »

Ağdərənin işğalından 27 il ötür

Bu gün Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümüdür. Boyukmillet.com xəbər verir ki, iyirmi yeddi il əvvəl –1993-cü il iyulun 7-də ermənilər Xankəndidən 62 kilometr şimalda yerləşən və ümumi ərazisi 1705 kvadratkilometr olan, həmçinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan beş inzibati rayondan biri – Ağdərə rayonu və onun kəndlərini işğal ediblər. İşğala qədər Ağdərənin 14 …

Read More »

“Torpaqlarımızın işğaldan azad olunması yolunda görülən bütün əməli işlərdə dövlətimizin yanındayıq” – AMİP bəyanat yaydı

Azərbaycan Milli İstiqlal Partiyası bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir. Ötən əsrin əvvəllərində tarixi Azərbaycan torpaqlarında yaradılmış qondarma Ermənistan dövləti 1992-1994-cü illər ərzində xarici havadarlarının, xüsusilə də for-postu olduğu üçüncü tərəfin bilavasitə dəstəyi və iştirakı ilə Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal edib. İşğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparılmış, 1988-ci …

Read More »

Azərbaycan Ordusunun aprel qələbəsindən 4 il ötür

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan Aprel döyüşlərindən dörd il ötür. Boyukmillet.com-un xəbərinə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri və Dağlıq Qarabağdakı separatçı rejimin qanunsuz silahlı dəstələri 2016-cı ilin mart ayının ortalarından cəbhə xəttində atəşkəsi intensiv şəkildə pozmağa başlayırlar. Lakin, aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalır.  Təxribatlar zamanı dinc …

Read More »

Ermənistan atəşkəs rejimini 21 dəfə pozub

Boyukmillet.com xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub. Müdafiə Nazirliyindən verilən m əlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Aşağı Əskipara kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki …

Read More »