Bazar , 29 Dekabr 2024

Daxili siyasət

Əcnəbilərə və vətəndaşlığı olmayanlara Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri sərtləşdirilir

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri sərtləşdirilir. Boyukmillet.com-un xəbərinə görə, bu, Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutan əcnəbilərə və vətəndaşlığı olmayan …

Read More »

QHT rəhbəri: “Xocalı soyqırımına hüquqi qiymət verilməsi üçün işlərimizi davam etdirəcəyik”

“Xocalı soyqırımına hüquqi qiymət verilməsi üçün işlərimizi davam etdirəcəyik”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Xocalı soyqırımının növbəti ildönümünə həsr olunan tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Xocalı soyqırımı 30 ildən artıqdır Azərbaycan xalqının hiddətinə səbəb olub: “Erməni silahlı qüvvələrinin vəhşiliklə törətdiyi bu soyqırım Azərbaycan …

Read More »

Aygün Əliyeva: “Xocalı soyqırımına hələ də beynəlxalq hüququ qiymət verilməyib”

“Xocalı soyqırımına hələ də beynəlxalq hüququ qiymət verilməyib”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qurumda Xocalı soyqırımının növbəti ildönümünə həsr olunan tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan müxtəlif dövrlərdə mərhələli şəkildə soyqırımlara məruz qalıb: “Xocalı faciəsi idə onların arasında ən dəhşətlisidir. Xocalı faciəsi dünya tarixində ən qanlı hadisələrdən …

Read More »

Ombudsman Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Ötən əsrin ən böyük faciələrindən biri kimi tarixdə iz salan Xocalı soyqırımı erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindəndir. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan …

Read More »

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda dövlət başçısının 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” çərçivəsində 2022-ci il ərzində görülmüş işlər, əldə edilmiş nəticələr və qarşıda duran vəzifələr müzakirə edilib. Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli …

Read More »

YAP Xətai rayon təşkilatı 30 illik yubileyini qeyd edib

Fevralın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatı yaradılmasının 30 illiyini qeyd edib. Boyukmillet.com xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Xətai rayonundakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, əziz xatirəsini ehtiramla anıblar. YAP Xətai rayon təşkilatında davam edən tədbiri giriş sözü ilə rayon təşkilatının sədri Vüqar Rəhimzadə açıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər …

Read More »

Məhkəmə-hüquq sistemi ölkəmizin hərtərəfli inkişafına uyğun müasirləşir

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. İclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ötən ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Bu barədə Boyukmillet.com-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək müstəqil dövlətimizin banisi, bu il 100 illiyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin dövlət inkişafı kursunun ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi …

Read More »

Naxçıvan DİN-in Orta İxtisas Polis Məktəbində andiçmə mərasimi keçirilib

Naxçıvan MR DİN-nin Orta İxtisas Polis Məktəbində ilkin hazırlıq kursunu bitirmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin, Vətən müharibəsi şəhidlərinin və xidməti vəzifələrinin icrası zamanı həyatını itirmiş şəxslərin əziz xatirəsi etiramla yad edilib. Sonra Dövlət Himni səsləndirilib. Andiçmə mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Süleyman Neymətov gənc polislərə …

Read More »

Türkiyədə müalicə olunan daha 2 qazimiz Vətənə qayıdıb

Ağır yaralanan iki qazimiz – Nəsirov Kənan Fizuli oğlu və İsmayılov Bəxtiyar Etibar oğlu Türkiyədə müalicələrini tamamlayaraq Vətənə qayıdıblar. Bu barədə  Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, onların müalicəsi ölkəmizin ixtisaslaşmış səhiyyə müəssisələrində davam etdiriləcək. Xatırladaq ki, bu günə qədər 178 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 173-nün müalicə proseduru artıq uğurla …

Read More »

Bakı şəhər prokurorluğunda Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar konfrans keçirilib

Bakı şəhər və tabe rayon prokurorluqlarının əməkdaşlarının iştrakı ilə “Azərbaycan dövlətçiliyinin xilasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib. Boyukmillet.com xəbər verir ki, konfrans iştirakçıları dövlət xadimi Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək onun əziz və unundulmaz xatirəsini yad edib. Bakı şəhər prokuroru Elşən Abbasov xalqımızın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan Heydər Əliyevin mənalı və şərəfli …

Read More »