Cümə , 27 Dekabr 2024

Daxili siyasət

MSK: Polad Bülbüloğluna deputatlığa namizədlik üçün imza vərəqələri təqdim edilib

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu növbədənkənar parlament seçkilərində namizədlik üçün müraciət edib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Qeyd edilib ki, Polad Bülbüloğlunun 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən deputatlığa namizədliyinin irəli sürülməsi təsdiq edilib. MSK-dan o da bildirilib ki, ona imza vərəqələri verilib.

Read More »

İyulda hərbi xidmətə  çağırışın yekunları müzakirə olunub

İyul ayında müddətli həqiqi hərbi xidmətə çağırışın yekunları ilə bağlı müzakirə aparılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən “Report”a verilən məlumata görə, xidmət rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti müzakirə …

Read More »

İnam Kərimov: Məhkəmələr seçkilərdə üzərlərinə düşən vəzifələri həyata keçirməyə hazırdır

Məhkəmələr bu seçkilərdə də üzərilərinə düşən vəzifələri həyata keçirməyə hazırdır. Boyukmillet.com xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan seminarda deyib. Onun sözlərinə görə, Seçki Məcəlləsi seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) şikayət vermək hüququ olan şəxslərin geniş əhatə dairəsini müəyyən …

Read More »

Məzahir Pənahov: Beynəlxalq müşahidəçilərin seçkiləri izləməsi önəmlidir

Beynəlxalq müşahidəçilərin seçkiləri izləməsi önəmlidir. Boyukmillet.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, seçki sənədlərinin xüsusilə məhkəmə səviyyəsində hazırlanmasında böyük nailiyyətlər əldə edilib: “Bu dəfə də proses standartlara uyğun şəkildə idarə olunacaq. Azərbaycanın beynəlxalq hüquq normalarına görə tanınan suveren ərazilərində ilk dəfədir parlament seçkiləri keçirilir. Bu, çox əhəmiyyətli olduğundan seçkilərin beynəlxalq …

Read More »

ABŞ Cənubi Qafqazla bağlı maraqlarını həyata keçirmək üçün Ermənistandan istifadə edir – RƏY

ABŞ Cənubi Qafqazda maraqlarını həyata keçirmək üçün Ermənistandan istifadə edir. Bunu “Report”a açıqlamasında BDU-nun professoru, siyasi şərhçi Sabir Məmmədli deyib. O bildirib ki, rəsmi Vaşinqtonun əsas məqsədi bölgədə kommunikasiya xətlərinə nəzarəti təmin etməkdir: “Bu isə ABŞ-nin vasitəçilik təşəbbüslərini sual altına alır. Həmçinin Ermənistan da ikili oyun oynayır. Bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə silahlandırır. Ermənistan faktiki olaraq alətə çevrilir. İrəvan …

Read More »

Azərbaycanda milli mətbuatın yaranmasından 149 il ötür

Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür. Boyukmillet.com xatırladır ki, 149 il öncə – 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub. Cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası olub, Azərbaycan jurnalistikasının …

Read More »

XİN Kolumbiyanın Müstəqillik Gününü təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kolumbiya dövlətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, XİN-in sosial şəbəkə hesablarında bununla bağlı paylaşım olunub. Happy Independence Day to #Colombia and its people!🇦🇿🇨🇴@CancilleriaCol pic.twitter.com/vFPHbXpTWG— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) July 20, 2024

Read More »

Polis saxta generalı dələduzluğa görə saxlayıb

Özünü general kimi təqdim edərək, vətəndaşların etibarından sui-istifadə ilə dələduzluq əməllərində şübhəli bilinən şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, araşdırma zamanı müəyyən edilib ki, paytaxt sakini, əvvəllər məhkum olunmuş Babazadə Elvin Firudin oğlu özünü ali rütbəli – (general-mayor) əməkdaş kimi təqdim edərək insanların pul vəsaitlərini ələ keçirib. Cari ilin aprel-may ayları ərzində ayrı-ayrı zərərçəkənlərə müxtəlif vədlər verərək onların ümumilikdə 61700 …

Read More »

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

Azərbaycanda sentyabrın 1-nə təyin olunan Milli Məclisə növbədənkənar seçkilərdə iştirak etmək istəyən iddialılar zəruri prosedurların icrasına başlayıblar. Boyukmillet.com xəbər verir ki, VI çağırış Milli Məclisin bitərəf statuslu deputatlarından bəziləri artıq 1 sentyabr seçkilərində iştirakla bağlı qərar qəbul edib. Parlamentdəki bitərəf deputatlar korpusunun təmsilçisi olan Sahib Alıyev növbədənkənar seçkilərdə namizədliyini irəli sürdüyünü bildirib: “Sənədlərimi 93 saylı Ağdaş seçki dairəsinə təqdim edərək …

Read More »

ANAMA Kəlbəcərdəki mina partlayışından sonra əhaliyə növbəti çağırış edib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ötən gün Kəlbəcərdə baş verən mina hadisəsindən sonra növbəti dəfə əhaliyə çağırış ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, çağırışda vətəndaşların təhlükəsizlik qaydalarına riayət etmələri, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmaları və bələd olmadıqları ərazilərə daxil olmamaları qeyd olunub. Mina təhlükəsi ilə bağlı mütləq riayət edilməli qaydalar aşağıdakılardır: • Təhlükəli və minalı ərazidə olduğunuzu hiss etdinizsə – DAYANIN, hərəkət …

Read More »