Cümə axşamı , 9 May 2024

Daxili siyasət

Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Ramazan ayının başlanması münasibətilə paylaşım edib. Boyukmillet.com paylaşımı təqdim edir: “Qoy mübarək Ramazan ayı ürəklərdə saf duyğular və xoş niyyətlər oyatsın, hər bir ocağa ruzi-bərəkət, hər kəsin ailəsinə sağlıq, sevinc, səadət və əmin-amanlıq gətirsin! Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin!”, – paylaşımda bildirilib.

Read More »

Peşə təhsili alan 73 yaşlı tələbə

Qəbələdə səfərdə olan elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili alan 73 yaşlı Musa Mahmudovla görüşüb. Musa Mahmudov “Arıçılıq” ixtisası üzrə təhsil alır. Ölkəmizin ən yaşlı tələbəsi olan Musa Mahmudov 1951-ci ildə Qəbələnin Vəndam kəndində doğulub. Musa Mahmudov 2004-cü ildən arıçılıqla məşğuldur. Əvvəllər arılarını Mingəçevirdə saxlayar və ətraf bölgələrə aparardı, son 11 ildir …

Read More »

MSK sədri: Bu il azad edilmiş ərazilərdə ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək

Bu il azad edilmiş ərazilərdə ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, bu il fevralın 7-də keçirilmiş prezident seçkilərində əvvəlkilərlə müqayisədə xaricdə səs verən vətəndaşlarımızın sayı iki dəfə çox olub. Qurum sədri bildirib ki, bu da MSK və Xarici İşlər Nazirliyinin …

Read More »

Azərbaycanda 13 din xadimi attestasiyadan keçə bilməyib

Azərbaycanda 13 din xadimi attestasiyadan keçə bilməyib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, həmin din xadimlərinin bilikləri tutduğu vəzifə üçün qənaətbəxş sayılmayıb. Qeyd edək ki, din xadimlərinin attestasiyası Azərbaycanda ilk dəfə bu il martın 4-6-da həyata keçirilib və 64 din xadiminin iştirakı nəzərdə tutulub. Lakin onlardan 3 nəfəri tələb olunan sənədləri …

Read More »

Prezident: Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları tariximizə parlaq səhifələr yazıblar

Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləmiş, ana haqqını uca tutmuşdur. Ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri bu çoxəsrlik zəmin üzərində formalaşmışdır. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubunda yer alıb. Məktubda bildirilib ki, zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx …

Read More »

Prezident İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib

Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli xanımlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram. Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləmiş, ana haqqını uca tutmuşdur. Ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri bu çoxəsrlik zəmin …

Read More »

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” yeni qanun layihəsi hazırlanır

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” yeni qanun layihəsinin yaxın zamanlarda parlamentə daxil olması planlaşdırılır. Boyukmillet.com-un xəbərinə görə, bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanun ən uzunömürlü qanunlardan biridir”, – o qeyd edib. Qeyd edək ki, hazırki qanun 1993-cü il sentyabrın 3-dən qüvvədədir.

Read More »

Şəhid ailəsinin üzvləri özəl universitetlərdə pulsuz təhsil alacaqlar

Şəhid ailəsinin üzvləri özəl universitetlərdə pulsuz təhsil alacaqlar. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik təklif edilir. Layihə sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihəyə əsasən, “Təhsil haqqında” qanunda maddənin yeni redaksiyada verilməsi və mövcud …

Read More »

Azaraq Ermənistana keçən Azərbaycan əsgəri Vətənə qaytarılıb

Bu il fevralın 28-də azaraq Ermənistana keçən Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahov Vətənə qaytarılıb. Boyukmillet.com xəbər verir ki, onu gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib. Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu il fevralın 28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək …

Read More »