Çərşənbə , 8 May 2024

Daxili siyasət

Deputat hökumətə Qərbi Azərbaycanla bağlı çağırış etdi

Deputat Əziz Ələkbərli Milli Məclisdəki müzakirələrdə qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabat hər cəhətdən qürurvericidir. Musavat.com-un xəbərinə görə, deputat bildirib: “Təkcə ona görə yox ki, bu hesabat Azərbaycanın bütün sahələr üzrə inkişafının güzgüsüdür, həm də ona görə ki, 2023-cü il Ümummilli Liderimiz Heydər Əliyev ili idi və biz Ulu Öndərin bugünkü uğurlarımızın təməlində dayanan …

Read More »

Baş nazir: Azərbaycanın quru sərhədlərinin bağlanması barədə qərara mən imza atmışam

Baş nazir Əli Əsədov quru sərhədlərlə bağlı qərarın onun səlahiyyətində olduğunu bəyan edib. Boyukmillet.com xəbər verir ki, Əli Əsədov bu barədə Milli Məclisdə çıxışı zamanı danışıb. O, sərhədlərin bağlı olmasının ümumi daxili məhsulun (ÜDM) artımına təsiri olmadığını deyib: “2020-ci ilin 31 mart tarixindən başlayaraq Azərbaycanın quru sərhədləri bağlıdır. Buna mən imza atmışam. Bu, qanunauyğun olaraq Baş nazir kimi mənim səlahiyyətimdir”. …

Read More »

Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib, azad edilən ərazilərdə şəhərsalma fəaliyyəti müzakirə olunub

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, Qərargahın rəhbəri Samir Nuriyev iclası açaraq, fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkilərində Azərbaycan xalqının öz güclü liderinə olan inamını və etimadını, dövlətimizin başçısının ölkəmizin inkişafı yolunda həyata keçirdiyi …

Read More »

Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

Məsim Əhməd oğlu Məmmədov Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Bundan əlavə, sərəncamla “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 28 mart tarixli 3806 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 3, maddə 411 …

Read More »

Dövlət Komitəsi: Məcburi köçkünlərin 95 faizi doğma yurdlarına qayıtmaq niyyətindədir

Məcburi köçkünlərin 95 faizi öz doğma yurdlarına qayıtmaq niyyətindədir. Boyukmillet.com  xəbər verir ki, bu, “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi məqsədilə məcburi köçkünlər arasında sosioloji sorğunun keçirilməsi və ilkin proqnozların hazırlanması” layihəsi çərçivəsində həyata keçirilən sorğu nəticəsində məlum olub. Layihə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Diplomatiya Akademiyası İnkişaf və Diplomatiya İnstitutu və …

Read More »

Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb

Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb. Boyukmillet.com-un məlumatına görə, martın 11-də Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb.

Read More »

Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Ramazan ayının başlanması münasibətilə paylaşım edib. Boyukmillet.com paylaşımı təqdim edir: “Qoy mübarək Ramazan ayı ürəklərdə saf duyğular və xoş niyyətlər oyatsın, hər bir ocağa ruzi-bərəkət, hər kəsin ailəsinə sağlıq, sevinc, səadət və əmin-amanlıq gətirsin! Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin!”, – paylaşımda bildirilib.

Read More »