Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçalada Heydər Əliyev Fondu tərəfindən inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin açılışında iştirak ediblər. Boyukmillet.com-un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
Read More »Naxçıvanda akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr olunan konfrans keçirilir
Naxçıvanda görkəmli oftalmoloq-alim, akademik Zərifə Xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Elmdə qadınlar” konfransı keçirilir. Boyukmillet.com xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, onun əziz xatirəsinə ehtiramlarını bildiriblər. Sonra qonaqlar Heydər Əliyev Muzeyi ilə tanış olublar. Tədbirdə Prezident Administrasiyası, Elm və Təhsil Nazirliyi, o cümlədən Azərbaycan Respublikasının və Naxçıvan …
Read More »Ombudsman Başlıbel qətliamının 30-cu ildönümü ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Başlıbel qətliamının 30-cu ildönümü ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Bu gün tarix boyu Ermənistanın Azərbaycana qarşı kəskin nifrət zəminində həyata keçirdiyi soyqırımı siyasətinin davamı olaraq 1993-cü ilin aprelində Kəlbəcər rayonunun Başlıbel kəndində törədilmiş qətliamdan 30 il ötür. İnsanlıq əleyhinə yönəlmiş bu qanlı soyqırımı cinayəti …
Read More »Şərur rayonunda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq aprelin 17-də Şərur rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib. Boyukmillet.com xəbər verir ki, konfransda Şərur, Kəngərli və Sədərək rayon prokurorluqlarının əməkdaşları, hüquq mühafizə və digər dövlət hakimiyyəti orqanlarının nümayəndələri iştirak edib. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin …
Read More »Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, komissiyanın növbəti toplantısı aprelin 19-da baş tutacaq. İndiyədək iclaslarda əfvlə bağlı 1 500-dən çox məsələyə baxılıb.
Read More »Dövlət Komitəsinin sədri: “Şuşalıların 95 faizi doğma şəhərlərinə qayıdacaqlar”
“Şuşadan olan keçmiş məcburi köçkünlərin 95 faizi bərpadan sonra doğma şəhərlərinə qayıdacaqlar. Onlar bununla bağlı öz mövqelərini bildiriblər və qayıdışa hazır olduqlarını söyləyiblər”. Boyukmillet.com xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Şamaxıda “İşğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda keçirilən elmi-praktik konfransda deyib. Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərin inkişafı və …
Read More »Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni rəis təyin edilib
Mürsəl Qorxmaz oğlu İbrahimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Xatırladaq ki, Prezidentin əvvəlki sərəncamı ilə Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Read More »Bu gün Akademik Zərifə Əliyevanın anım günüdür
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım günüdür. Boyukmillet.com xəbər verir ki, bu gün Zərifə Əliyevanın vəfatından 38 il ötür. Z.Əliyeva 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edib. Onun cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək Fəxri Xiyabanda, atasının məzarı yanında dəfn olunub. Qeyd edək ki, Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan MR-in …
Read More »Ötən il inzibati məsuliyyətə cəlb edilən şəxslərin sayı artıb
Ötən il inzibati məsuliyyət tədbiri tətbiq edilməsi haqqında qərarlara əsasən məsuliyyətə cəlb edilmiş şəxslərin sayı əvvəlki illə müqayisədə 9,3 faiz artaraq 50,7 min nəfər olub. Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2022-ci ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 93,7 min işə baxılıb ki, bu da 2021-ci ilin göstəricisindən 30,2 faiz çoxdur. Onların 63,2 faizi idarəçilik qaydaları, 5,4 faizi yol hərəkəti qaydaları, …
Read More »Adil Kərimli mədəniyyət naziri təyin edilib
Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Adil Kərimli mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
