Bazar , 19 May 2024

Daxili siyasət

Deputat: “Qərbi azərbaycanlılar ya öz yurduna qayıdacaq, ya da dünyanı o yurdlarda yaşayan ermənilərin başına dar edəcək”

“Təsəvvür edin, biz öz kəndimizə, öz yurdumuza nəinki yaşamağa, heç dədə-babamızın, ana-bacımızın məzarını da ziyarət etməyə gedə bilmirik. Hələ bəzi dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycanda yaşayacaq ermənilərin hüquqlarından danışırlar. Heç kəs Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların hüquqlarından danışmaq istəmir. Bu məsələ birtərəfli şəkildə həll oluna bilməz. Azərbaycanda ermənilər yaşayacaqsa, Ermənistanda da azərbaycanlıların yaşaması şərtdir. Bunu ermənilər də, onların havadarları da qulaqlarında sırğa …

Read More »

Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə monitorinqə başlayır

Azərbaycan Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqə başlayır. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı birgə məlumatda qeyd olunub. Bildirilib ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq dekabrın 10-dan İqtisadiyyat Nazirliyi, Ekologiya və …

Read More »

Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Agentliyin Müşahidə Şurasının üzvləri İlqar Orucov, Azər Allahverənov, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər. Tədbirdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra …

Read More »

Azərbaycan kənardan idarəedilən 4 minatəmizləyən robot alıb

Azərbaycan “GCS (Global Clearance Solutions) – 200” markalı, dizel mühərrikli, kənardan idarəedilən, müasir minatəmizləyən 4 robot alıb. Boyukmillet.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən alınan texnika işğaldan azad olunmuş rayonlarda piyada və tank əleyhinə minalarla çirklənmiş ərazilərin təmizlənməsi işlərində istifadə olunacaq. Qeyd edək ki, FHN-in qüvvə və vasitələri digər aidiyyəti dövlət orqanları ilə birlikdə ilk günlərdən işğaldan azad olunmuş …

Read More »

Baş nazir: “Hökumət qiymət artımının qarşısını almaq üçün zəruri tədbirlər görür”

Hökumət qiymət artımının qarşısını almaq üçün zəruri tədbirlər görür. Boyukmillet.com xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında deyib. “Qiymət artımı ilə əlaqədar hökumət tərəfindən əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması üçün inflyasiya təzyiqlərinin azaldılması istiqamətində zəruri tədbirlər görülür və görüləcək”, – Ə.Əsədov əlavə edib. O bildirib ki, əsas ərzaq məhsulları üzrə ehtiyatların yaradılması …

Read More »

Prezident: “Mədəniyyət yadigarlarımızın əvvəlki görkəminə qaytarılması Azərbaycan memarlığı qarşısında təxirəsalınmaz vəzifələr irəli sürür”

“Qırx dörd günlük Vətən müharibəsində parlaq Zəfərin ardınca hazırkı ən ümdə hədəflərimiz – azad olunmuş əzəli yurdlarımızda bütün zəruri infrastrukturun sürətlə qurularaq həyatın dirçəldilməsi, xarabalığa çevrilmiş şəhərlərimizin, kəndlərimizin yenidən abadlaşdırılması və mədəniyyət yadigarlarımızın əvvəlki görkəminə qaytarılması Azərbaycan memarlığı qarşısında da təxirəsalınmaz vəzifələr irəli sürür”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan memarlarının XX qurultayının iştirakçılarına müraciətində yer alıb. …

Read More »

Prezident yeni alınmış xüsusi təyinatlı texnikalar və təcili tibbi yardım avtomobilləri ilə tanış olub

Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Prokurorluq işçilərinin maaşlarına əlavələrin məbləği artırılıb

Prokurorluq işçilərinə pul mükafatının verilməsi məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində prokurorluq işçiləri üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliklə prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli deyil, 1,25 misli məbləğində vəzifə …

Read More »

Prezident Azərbaycan könüllülərinin V həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Azərbaycan könüllülərinin V həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Əziz gənclər! Sizi – Azərbaycan könüllülərinin V həmrəylik forumunun iştirakçılarını səmimi qəlbdən salamlayır, hamınızı Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edir, hər birinizə cansağlığı və gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Könüllülük və xeyirxahlıq ənənələri xalqımızın əsrlərin sınağından çıxmış milli-mənəvi dəyərlər sistemində xüsusi yer tutur. Ulu Öndər …

Read More »

Prezident “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəki şəhərindəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olublar. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

Read More »