Şənbə , 13 Dekabr 2025

Daxili siyasət

Məcburi dövlət genom qeydiyyatı ilə bağlı qanunvericiliyə dəyişiklik edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1197-VQ nömrəli Qanununun tətbiqi barədə” Fərmanda dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, dəyişikliyə əsasən “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Qanunun 14.1.3-cü və 14.2-ci maddələrində göstərilən şəxslərə münasibətdə – Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasına qarşı hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin …

Read More »

Əli Həsənov və Cavanşir Paşazadə “Şərəf” ordeni ilə təltif edilib

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Əli Şamil oğlu Həsənov “Şərəf” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Cavanşir Hümmət oğlu Paşazadə “Şərəf” ordeni ilə təltif edilsin. Qeyd edək ki, aprelin 10-da Ə.Həsənovun 75 yaşı tamam olub. Aprelin …

Read More »

Prezident Aqil Abbası təltif edib

Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb. Qeyd edək ki, A.Abbasın bu ay 70 yaşı tamam olub.

Read More »

Novruzəli Aslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Novruzəli Davud oğlu Aslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Qeyd edək ki, N.Aslanov üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatıdır.

Read More »

Kollegiya işğaldan azad edilmiş ərazilərdə vəkil bürolarının yaradılması üçün hökumətə müraciət edib

“Vəkillər Kollegiyası işğaldan azad edilmiş ərazilərdə vəkil bürolarının yaradılması ilə əlaqədar hökumətə müraciət edib”. Boyukmillet.com  xəbər verir ki, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov jurnalistlərə açıqlaması zamanı deyib. Onun sözlərinə görə, sözügedən müraciətdə bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə şəhər planlaşdırılmaları zamanı vəkil büroları üçün yerlər müəyyən olunsun: “Çünki vəkillərin fəaliyyəti üçün mütləq binalar, ofislər olmalıdır. Onlar vətəndaşları …

Read More »

Bir qrup Qərbi azərbaycanlı qadın Avropa Komissiyasının prezidentinə müraciət edib

Bir qrup Qərbi azərbaycanlı qadın Avropa Komissiyasının prezidenti Ursula fon der Layenə müraciət ediblər. Bu barədə Qərbi Azərbaycan İcmasından məlumat verilib. Onlar müraciətdə Ermənistanın törətdiyi etnik təmizləmə və digər insanlıq əleyhinə cinayətlər barədə məlumat verib, eləcə də qadın və uşaqların xüsusi ehtiyacları nəzərə alınmaqla, azərbaycanlıların öz vətənlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına Avropa Komissiyasının praktik yardımlarını xahiş ediblər. Qərbi Azərbaycandan olan …

Read More »

Rayonlar üzrə itkin düşmüş azərbaycanlıların basdırıldığı məzar yerlərinə aid xəritələr tərtib edilib

Azərbaycanın rayonları üzrə itkin düşmüş azərbaycanlıların basdırıldığı məzar yerlərinə aid xəritələr tərtib edilib. Bunu “Report”a müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib. O qeyd edib ki, Dövlət Komissiyası tərəfindən toplanmış məlumatlar əsasında rayonlar üzrə məzar yerlərinə aid xəritələr tərtib edilİb: “Plana uyğun olaraq həmin məzar yerlərində qazıntı və ekshumasiya işləri …

Read More »

Dövlət Komissiyası itkin düşmüş azərbaycanlıların basdırıldığı məzar yerlərinin siyahısını açıqlayıb – EKSKLÜZİV

“Azad edilmiş və Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki ərazilərimizdə məzar yerləri mövcuddur”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib. O bildirib ki, Dövlət Komissiyasında olan məlumatlara əsasən, vaxtilə işğalda olmuş Füzuli rayonunun Yuxarı Seyidəhmədli, Aşağı Seyidəhmədli, Məlikcanlı, Yuxarı Veysəlli kəndləri, Cəbrayıl rayonunun Dərzili, Çaytumas …

Read More »

Ədliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olunub

Ədliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 391 nömrəli və “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli 446 nömrəli fərmanlarda dəyişiklik edilib. Dəyişikliklə mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin uçotunu aparmaq məsələsi Ədliyyə …

Read More »

Şuşada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçiriləcək

“Şuşada ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçiriləcək. Bununla bağlı hazırlıqlar görülür”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşa şəhərində keçirilən TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimində deyib. O bildirib ki, hazırlıq işləri davam edir.

Read More »