Bazar ertəsi , 30 Dekabr 2024

Daxili siyasət

Qərbi Azərbaycan İcması Azərbaycan hökumətindən kömək istəyib

Qərbi Azərbaycan İcması Azərbaycan hökumətindən Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının təmin edilməsinə köməklik göstərməyi xahiş edib. Boyukmillet.com xəbər verir ki, bu barədə icmanın yaydığı müraciətdə bildirilib. İcma Azərbaycan Respublikası hökumətinə indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlılara sığınacaq verməsinə, onlara qayğı göstərməsinə və onların dinc şəkildə inkişafına şərait yaratmasına görə təşəkkür edib. Eyni zamanda vətənindən qovulmuş azərbaycanlıların beynəlxalq proses çərçivəsində öz evlərinə …

Read More »

Qərbi Azərbaycan İcması Ermənistan hökuməti qarşısında bir sıra tələblər irəli sürüb

Qərbi Azərbaycan İcması müraciət yayıb. İcmadan daxil olan məlumatda deyilir: “1989-cu ildə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” kimi təsis edilmiş, 2022-ci ildə “Qərbi Azərbaycan İcması” adını almış təşkilatımız hazırda Ermənistan adlanan, əsrlər boyu tarixi vətənləri olmuş ərazilərdən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğuldur. İndiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması siyasi, hüquqi və humanitar ölçüsünə görə tarixdə misli-bərabəri olmayan ədalətsizlikdir.Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər …

Read More »

Biləsuvarda 6 şəhidin xatirə lövhəsinin açılışı olub

Biləsuvar rayonunun Nərimankənd kəndində torpaqların azadlığı uğrunda şəhid olan 6 nəfərin xatirə lövhələrinin açılışı olub. Boyukmillet.com xəbər verir ki, açılışlarda Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib. Təşkil olunan tədbirlərdə ölkənin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda etmiş şəhidlərin döyüş yolundan danışılıb. Daha sonra şəhidlərin yaşadığı evlərinə vurulan …

Read More »

İlham Əliyev: “Zəngəzur Dəhlizi Azərbaycan üçün strateji layihədir”

Zəngəzur Dəhlizi layihəsi bizim üçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, strateji bir layihədir. Tam əminik ki, bu layihənin reallaşması bizim təbii hüququmuzdur. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib. Bu layihənin 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da əksini tapdığını qeyd edən dövlətimizin başçısı deyib: “Düzdür, orada “Zəngəzur dəhlizi” sözü yoxdur. Çünki …

Read More »

Azərbaycan Prezidenti: “Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır”

“Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır”. Boyukmillet.com xəbər verir ki, bu fikri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin inkişafında Zəngəzur dəhlizinin əhəmiyyəti ilə bağlı sualı cavablandırarkən söyləyib. “Hazırda biz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi ilə ciddi məşğuluq. Keçən il göstəriş verilib və büdcədən 100 milyon dollardan çox vəsait ayrılacaq, onun bir hissəsi artıq ayrılıb. …

Read More »

Prezident: “Azərbaycan sosial dövlətdir”

“Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik”. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib. Dövlət başçısı söyləyib ki, İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçi ən müasir protezlərlə təmin edilib. Cəmi iki il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinə aid olan bu proqram tam yerinə yetirilib. Yəni, biz öz sağlamlığını itirmiş …

Read More »

Bakıda Beynəlxalq Astronavtika Konqresinin Təşkilat Komitəsinin ilk iclası keçirilib

Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə 2-6 oktyabrda Bakı şəhərində 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclası giriş sözü ilə açan Təşkilat Komitəsinin sədri Ə.Əsədov ilk dəfə 1950-ci ildə Paris şəhərində keçirilmiş konqresin dünyada kosmik sahə üzrə ən nüfuzlu tədbir hesab olunduğunu bildirib. …

Read More »

Prezident: “Azərbaycanın xarici borcu ümumi daxili məhsula nisbətdə kəskin azalaraq 9,5 faizə enib”

“Azərbaycanın xarici borcu 7 milyard dollardan azdır, həm də ümumi daxili məhsula nisbətdə kəskin azalıb. Əgər keçən ilin əvvəlində xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, keçən ilin yekunlarına görə bu, 9,5 faizə düşüb. Yəni, müqayisə üçün deyə bilərəm ki, bir çox inkişaf etmiş ölkələrdə bu, 100 faiz, hətta 130-150 faizdir”. Boyukmillet.com xəbər verir ki, bu rəqəmləri Prezident İlham …

Read More »

Azərbaycan lideri: “Böhranlı vəziyyəti xalqımız üçün sosial layihələr və sosial proqramlarla yüngülləşdirməyə çalışırıq”

“Dünya üçün bu böhranlı vəziyyəti biz xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirməyə çalışırıq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib. “Dünya postpandemiya dövrünə hələ təzə-təzə uyğunlaşır. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Bizim də iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün əfsuslar olsun ki, biz də bu mənfi …

Read More »