Çərşənbə axşamı , 7 May 2024

Daxili siyasət

Dünya azərbaycanlıları Ermənistanın şəhərlərimizi bombalamasının ikinci ildönümü ilə bağlı bəyanat yayıb

Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları 27 sentyabr-10 noyabr 2020-ci il tarixlərində Gəncə, Bərdə, Tərtər, Naftalan və digər Azərbaycan şəhərlərinin bombalanmasının ikinci ildönümü ilə bağlı bəyanat yayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bəyanat müxtəlif ölkələrin dövlət və hökumət başçılarına, parlament üzvlərinə, beynəlxalq təşkilatlara və onların yerli nümayəndəliklərinə ünvanlanıb. Bəyanatda deyilir: “Biz, xarici ölkələrdə yaşayan azərbaycanlılar 27 sentyabr-10 …

Read More »

Füzuli şəhərinin işğaldan azad edilməsinin ildönümüdür

Bu gün – oktyabrın 17-si Füzuli şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür. Boyukmillet.com xəbər verir ki, şəhərin erməni işğalçılarından təmizlənməsindən iki il ötür. 2020-ci ilin oktyabrın 17-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad olunduğunu elan edib. Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 …

Read More »

MN: “Azad edilmiş ərazilərdə bu günədək 1 078 km-dən çox yeni təminat yolları çəkilib”

Azad edilmiş ərazilərdə bu günədək 1 078 km-dən çox yeni təminat yolları çəkilib. Boyukmillet.com xəbər verir ki, Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə cari ilin oktyabr ayı ərzində 50 km-dən çox, ümumilikdə işğaldan azad edilmiş ərazilərdə bu günədək 1 078 km-dən çox yeni təminat …

Read More »

“Azərbaycanın misilsiz uğurlarının qarşısında Prezident İlham Əliyevin imzası var” – RƏY

“Azərbaycanın misilsiz uğurlarının qarşısında Prezident İlham Əliyevin imzası var”. Boyukmillet.com xəbər verir ki, Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib. O vurğulayıb ki, insanı cəmiyyətdə ucaldan uğurlar Vətən sevgisindən qaynaqlanır: “2003-cü ilin 15 oktyabrında ölkəmizdə keçirilmiş prezident seçkilərində də xalq Vətəni, onun nicat yolunu seçdi. Dövlətçiliyimizin xilaskarı, ümummilli lider Heydər Əliyev ideyalarının ən sadiq davamçısı İlham Əliyev müstəqil Azərbaycanın yeni prezidenti …

Read More »

Azərbaycan Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın Katibliyini yaradıb

Azərbaycan Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə Katiblik yaradıb. Boyukmillet.com xəbər verir ki, Baş nazir Əli Əsədov Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə yaradılmış Dövlət Komissiyasının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər barədə qərar imzalayıb. Qərara əsasən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyinin yaradılması, fəaliyyət …

Read More »

Cəbi Quliyev-“Praqa səfəri bir daha Naxçıvana keçid məsələsinin hər zaman gündəmdə olduğunu göstərdi”

Oktyabrın 6-da bütün dünyanın diqqəti Praqaya yönəlmişdi. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərdə olan dövlət başçısı İlham Əliyevin Sammit çərçivəsində keçirdiyi görüşlər, «Avropa qitəsində sülh və təhlükəsizlik» mövzusunda dəyirmi masada çıxışı, eyni zamanda, media nümayəndələrinə verdiyi açıqlamalar ölkəmizin diplomatik müstəvidə …

Read More »

“Gəncə Vətən müharibəsində həm ön, həm də arxa cəbhədə şəhid verib” – RƏY

“Gəncə şəhəri 44 günlük Vətən müharibəsində həm ön, həm də arxa cəbhədə şəhid verib”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. O, Gəncə terrorunun yaddaşlarda dəhşətli bir gecə kimi qaldığını, ani şok halından ilk əvvəl nə baş verdiyini anlamaq mümkün olmadığını söyləyib: “Gecə saatlarında əhalinin sıx yaşadığı bir əraziyə ballistik raketin atılmasının tək bir adı var, o da terrordur. …

Read More »

Zahid Oruc: “Ermənistanın hərbi cinayətlərinin araşdırılması üçün komissiya yaradılmalıdır”

“Ermənistanın I və II Qarabağ müharibələrindəki hərbi cinayətlərinin araşdırılması üçün komissiya yaradılmalıdır”. Boyukmillet.com-un xəbərinə görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc mərkəzin təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, oktyabrın 2-də erməni əsgərlərin təsdiqlənməyən qətli görüntüsü ətrafında yaradılan ajiotaj Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəyə xələl gətirmək …

Read More »

Səbinə Əliyeva Ermənistan Ombudsmanının əsassız iddialarına cavab verib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan Ombudsmanının əsassız iddialarına cavab verib. Bu barədə Ombudsman Aparatından məlumat verilib. Bildirilib ki, Ermənistan Ombudsmanının Azərbaycanda erməni əsirlərə işgəncə verilməsi ilə bağlı iddiaları Ermənistanın həqiqəti gizlətməyə, həmin ölkənin ənənəvi siyasətinə məxsus yalan məlumatlarla dünya ictimaiyyətinin çaşdırılmasına yönəlik növbəti addımıdır: “Bununla bağlı bildiririk ki, Ombudsman Səbinə Əliyeva və Aparatın nümayəndələri beynəlxalq konvensiyaların tələbləri …

Read More »

Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi Komissiyasının adı dəyişdirilib, yeni tərkibi təsdiqlənib – SİYAHI

Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi Komissiyasının adı dəyişdirilib və yeni tərkibi təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, komissiya Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası adlandırılıb. Komissiyanın yeni tərkibi aşağıdakı kimidir: Komissiyanın sədri Şahin Mustafayev – Baş nazirin müavini Komissiyanın üzvləri: İqtisadiyyat nazirinin birinci müavini Fövqəladə hallar nazirinin birinci …

Read More »