II Şuşa Qlobal Media Forumunun xarici qonaqları Füzulidəki dağıntılarla tanış olub. Boyukmillet.com xəbər verir ki, xarici qonaqlara Füzuli rayonunda erməni vandallarının törətdiyi dağıntılar barədə məlumat verilib. Qonaqlar erməni vandallarının işğal dövründə törətdiyi dağıntıların canlı şahidi olublar. Qeyd edək ki, “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçiriləcək forumda 50-ə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin …
Read More »MSK sədri: Azad edilmiş ərazilərdəki 34 daimi seçki məntəqəsi seçkilərə tam hazırdır
İşğaldan azad edilmiş ərazilərdə seçicilərin rahat səsverməsi üçün bütün şərait yaradılıb. Boyukmillet.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 19-da keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, 1 sentyabr seçkiləri çərçivəsində siyasi partiyalardan irəli sürülən ümumilikdə 585 səlahiyyətli nümayəndə artıq qeydiyyatdan keçib. O qeyd edib ki, azad edilmiş ərazilərdəki 34 daimi seçki məntəqəsi seçkilərə tam …
Read More »“Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası” təsdiqlənib
“Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası” təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərarla “Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası” təsdiq olunub. Bu Qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
Read More »Dağbəyi İsmayılov: Müharibə dövründə Azərbaycan mətbuatı üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirdi
Azərbaycan mətbuatı keçdiyi yolda çox mürəkkəbliklərlə qarşılaşıb, ancaq Həsən Bəy Zərdabi yolundan dönməyib. Müharibə dövründə də Azərbaycan mətbuatı üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirdi. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov Milli Mətbuat gününün 149-cu ildönümü münasibətilə keçirilən tədbirdə deyib: “Mətbuatımızın yubileyinin növbəti ili də şərəfli şəkildə qeyd olunacaq. Jurnalistlərin birinci qurultayında …
Read More »Şəhid qardaşı: O, könüllü getdiyi müharibədən 31 il sonra qayıtdı
Qardaşım Ağdam, Beyləqan, Füzuli və başqa ərazilərdə illərlə axtarsaq da, tapa bilmirdik. Boyukmillet.com xəbər verir ki, bunu iyulun 18-də Gəncə Şəhidlər xiyabanında dəfn edilən Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abbasovun qardaşı Nizaməddin Abbasov deyib. O, qardaşının qalıqlarının tapılaraq 31 sonra dəfn edilməsi ilə böyük həsrətin sona çatdığını bildirib: “Qardaşımı Ağdam, Beyləqan, Füzuli və başqa ərazilərdə illərlə axtarsaq da, tapa bilmirdik. …
Read More »Daşkəsəndə Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abbasovla vida mərasimi keçirilir
Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Akif İlyas oğlu Abbasovun nəşi Daşkəsən rayonuna gətirilib. Boyukmillet.com xəbər verir ki, şəhidin nəşi Daşkəsən rayonunun Əhmədli kəndində ailəsinə təhvil verilib. Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir. Qeyd edək ki, Akif İlyas oğlu Abbasov 1970-ci il iyulun 1-də anadan olub. O, 1993-cü il dekabrın 28-də Ağdam rayonunun Salahlı kəndində …
Read More »Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanovla vida mərasimi keçirilib
Sabunçu rayonunun Maştağa qəsəbəsində Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Qurbanov Aydın Əsədulla oğlu ilə vida mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, şəhidin ailə üzvlərinə məxsus evdə keçirilən vida mərasimində onun yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimi başa çatdıqdan sonra şəhid Qurbanov Aydın Əsədulla oğlu Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn ediləcək. Qeyd edək ki, …
Read More »Səfir: Türkiyə və Azərbaycan bir çox Qərb ölkələrindən öncə qadınlara seçmə və seçilmə haqqı verib
Türkiyə və Azərbaycan bir çox Qərb ölkələrindən öncə qadınlara seçmə və seçilmə haqqı verib. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Şuşa şəhərində keçirilən “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfransda çıxışı zamanı deyib. Səfir Türkiyə və Azərbaycanda qadınların ictimai-siyasi həyatda fəaliyyətinin və rolunun artırılması ilə bağlı görülən işlər haqqında danışıb: “Türkiyənin 2024-cü ildəki fəaliyyət planında …
Read More »Hicran Hüseynova: Qadın və uşaq hüquqları ilə bağlı ciddi maarifləndirməyə ehtiyac var
Bəzi İslam ölkələrində hələ də qadınların hüquqlarının pozulması halları baş verir. Boyukmillet.com xəbər verir ki, bunu VI çağırış Milli Məclisin deputatı Hicran Hüseynova Şuşa şəhərində keçirilən “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfransda çıxışı zamanı deyib. O qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı, o cümlədən müxtəlif ölkələrin müvafiq qurumları və İslam dünyasının problemlərini araşdıran təsisatlar bu istiqamətdə önəmli tədbirlər …
Read More »Azərbaycanda yol verilən qanun pozuntularına görə müxtəlif qurumlara 110 təqdimat göndərilib
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması, yol verilən qanun pozuntularının səbəblərinin müəyyən edilməsi və gələcəkdə bir daha törədilməməsi üçün müxtəlif qurumlara 110 təqdimat göndərilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib. Məlumata görə, həmin təqdimatlara əsasən, bir sıra …
Read More »