Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Şuşada Türk dövlətlərinin səhiyyə nazirlərinin dördüncü iclası keçiriləcək

Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) səhiyyə nazirlərinin dördüncü iclası keçiriləcək.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, iclas bu il oktyabr ayının 8-nə planlaşdırılıb.

Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Şimali Kipr və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.

Check Also

Parlament 12 məsələnin müzakirəsi üçün toplaşacaq

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında – oktyabrın 27-də 12 məsələ müzakirə ediləcək. Boyukmillet.com xəbər verir …