Bazar , 29 Dekabr 2024

Daxili siyasət

Sabir Rüstəmxanlı Nobel Mükafatına namizəd olsun – “Ədəbiyyat qəzeti”

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının Nobel Mükafatına namizədliyinin irəli sürülməsi təklif olunub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı məlumat “Ədəbiyyat qəzeti”nin son sayında dərc olunub.İsveçdə yaşayan Ədəbiyyatşünas alim Səadət Kərimi bununla bağlı geniş məqalə yazıb və Sabir Rüstəmxanlının bu mükafata layiq olduğunu əsaslandıramağa çalışıb.Həmin məqaləni olduğu kimi təqdim edirik: Sabir Rüstəmxanlı ədəbiyyatını Nobel Mükafatına irəli sürək!“Ömür kitabı” (1988) əsərinə …

Read More »

Seçkilərdə 2 dəfə iştirak etməyən partiyaların ləğvinə dair tələb aradan qaldırılır

Azərbaycanda seçkilərdə 2 dəfə iştirak etməyən siyasi partiyaların ləğvinə dair tələb aradan qaldırılır. Boyukmillet.com-un xəbərinə görə, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin yeni redaksiyasında əksini tapıb. Layihədə bununla bağlı müddəa əksini tapmayıb. Qanun layihəsinin ilkin versiyasında qeyd edilmişdi ki, Milli Məclisin deputatlarının, Azərbaycan Prezidentinin və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı …

Read More »

Azərbaycanda 50 nəfər siyasi partiya təsis edə biləcək

Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə biləcək. Boyukmillet.com-un xəbərinə görə, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin yeni redaksiyasında əksini tapıb. Layihənin ilkin versiyasında siyasi partiya Azərbaycan ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilərdi.

Read More »

Yeni Azərbaycan Partiyasının yaradılmasından 30 il ötür

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 30 il ötür. Boyukmillet.com xəbər verir ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir. O …

Read More »

Qarakənd faciəsindən 31 il ötür

Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu “Mi-8” helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının növbəti ildönümüdür. Boyukmillet.com xatırladır ki, Qarakənd faciəsindən 31 il ötür. 1991-ci il noyabrın 20-də baş verən hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı – ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub. Həmin şəxslər bunlardır: Tofiq Kazım oğlu İsmayılov – dövlət …

Read More »

Ağdamın azadlığa qovuşmasından iki il ötür

Bu gün Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən iki il ötür. Boyukmillet.com xatırladır ki, Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub. Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı …

Read More »

Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilib

Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilib Boyukmillet.com xəbərinə görə, bu, Prezident İlham Əliyevin noyabrın 18-də Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalaması ilə mümkün olub. Dəyişikliklə müəyyən edilmiş qaydada telefonla danışmaq və ya videogörüş keçirmək məhkumun seçimi əsasında həyata keçirilir. Videogörüşün keçirilməsi digər məhkumlardan təcrid olunmuş şəraitdə xüsusi otaqda təşkil olunacaq. Bundan əlavə, məhkumlar epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri …

Read More »

Elnur Əliyev Şuşa Qoruğunun Müşahidə Şurasının üzvlüyündən çıxarılıb

Mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının üzvləri siyahısından çıxarılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Eyni zamanda, Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Müşahidə Şurasına yeni üzv təyin olunub. Qeyd edək ki, noyabrın 3-də Elnur Əliyev mədəniyyət nazirinin …

Read More »

Xalid Əhədov Prezidentin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib

Xalid Nurəddin oğlu Əhədov Azərbaycan Respublikası Prezidentinin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə X.Əhədov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.

Read More »