Bazar , 29 Dekabr 2024

Daxili siyasət

Sahibə Qafarova: “Milli Qurtuluş Günü ilə Şuşa Bəyannaməsi arasında inkarolunmaz əlaqə var”

“Azərbaycan xalqının Milli Qurtuluş Gününü qeyd etdiyi bu gün – 15 iyun həm də tarixi Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü ilə əlamətdardır. Əslində, bu iki tarixi hadisə arasında təbii bir bağ, inkarolunmaz bir əlaqə vardır”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Milli Məclisin Sədri Sahibə Qafarovanın məqaləsində yer alıb. “1993-cü ildə Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı ilə bir dövlət kimi məhv …

Read More »

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

Bu gün – 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. Boyukmillet.com xatırladır ki, düz 29 il əvvəl ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq Azərbaycan xalqını, dövlətini və millətini parçalanmadan xilas etdi. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü …

Read More »

QHT Agentliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyi Bəyənnamə imzalayıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyi arasında Dayanıqlı inkişaf üçün 2030-cu il gündəliyinin icrasında əməkdaşlığa dair birgə bəyənnamə imzalanıb. Boyukmillet.com xəbər verir ki, sənədi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva imzalayıb. Bəyənnaməyə əsasən, QHT Agentliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyi Dayanıqlı inkişaf üçün 2030-cu il gündəliyinin …

Read More »

İlham Əliyev minifutbol yığmasını təbrik edib: “Siz bu qələbəni halal zəhmətinizlə qazanmısınız”

“Bu qələbəni siz özünüz qazanmısınız, əlbəttə ki, federasiya və idman mütəxəssisləri, məşqçilər və oyunçular, idmançılar, – komanda deyəndə mən bunu nəzərdə tuturam, – siz bu qələbəni halal zəhmətinizlə qazanmısınız”. Boyukmillet.com-un xəbərinə görə, bunu iyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edən zaman deyib. Dövlət başçısı vurğulayıb ki, istənilən …

Read More »

Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə 12,7 milyon manat ayırıb

Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonunun Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə …

Read More »

Baş Prokurorluq növbəti regional konfransı Şəkidə təşkil edir

Baş Prokurorluq növbəti regional konfransı Şəkidə təşkil edir. Boyukmillet.com xəbər verir ki, Baş Prokurorluq Mingəçevir şəhər, Ağdaş, Balakən, Oğuz, Qəbələ, Qax, Şəki, Yevlax və Zaqatala rayon və hərbi prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşlarının iştirakı ilə iyunun 17-də konfrans təşkil edəcək. “Hüquqi dövlət quruculuğu və müstəqil Azərbaycan mediasının inkişafında Heydər Əliyev irsi” adlı işgüzar konfransda digər dövlət və media qurumları, qeyri-hökumət …

Read More »

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Şuşada iclası keçirilib

İyunun 13-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Konstitusiya Məhkəməsi, Milli Məclis və Nazirlər Kabineti nümayəndələrinin iştirakı ilə Şuşada Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin (HEQT Mərkəzi) Müşahidə Şurasının genişləndirilmiş formatda ilk əyani iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli Fərmanı ilə yaradılmış Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin qarşısına qoyulmuş əsas vəzifələr və …

Read More »

BŞİH “Azad qadın” heykəlinin söküləcəyi barədə məlumatlara münasibət bildirib

“Bakıda “Azad qadın” heykəlinin ətrafında aparılan təmir işləri ilə bağlı sosial şəbəkələr və bir sıra KİV-də yayılan xəbərlər çox təəccüb və təəssüf doğurur”. Bu barədə  Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Azərbaycan dünyəvi dövlətdir, dövlət tərəfindən mühafizə olunan bu tarix-mədəniyyət abidəsinin sökülməsindən söhbət gedə bilməz və bu heç bir çərçivəyə sığmır: “Hazırda Bakı Şəhər İcra …

Read More »

Əli Əsədov Slovakiya Milli Şurasının sədri ilə görüşüb

Azərbaycan Baş naziri Əli Əsədov iyunun 13-də Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycan-Slovakiya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdiyi məmnunluqla vurğulanıb. Slovakiya Milli Şurasının sədrinin ölkəmizə səfərinin ikitərəfli əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə əminlik ifadə olundu. Eyni zamanda B.Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyətinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərinin əhəmiyyəti vurğulandı. Bu …

Read More »

Səhiyyə Nazirliyinin səlahiyyətlərindən biri alınaraq TƏBİB-ə verilib

Səhiyyə Nazirliyinin səlahiyyətlərindən biri alınaraq TƏBİB-ə verilib Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” fərmanlarına dəyişiklik etməsi ilə mümkün olub. Dəyişikliyə əsasən, Səhiyyə Nazirliyinin əlilliyin qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyalarının rəsmiləşdirdikləri …

Read More »