Milli Məclis Şuşada ilk dəfə dinləmələr təşkil edəcək. Boyukmillet.com xəbər verir ki, Milli Məclisin İnsan hüquqları və İctimai birliklər və dini qurumlar komitələrinin 27 apreldə birgə keçiriləcək iclasının gündəliyinə 3 məsələ daxil edilib. 1. İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlərlə bağlı dinləmə; 2. Böyük Qayıdış: “Məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsində beynəlxalq hüquq və humanitar təsisatların yeri …
Read More »YAŞAT Fondu: “Türkiyədə 35 Vətən müharibəsi qazisinin müalicəsi davam etdirilir”
“Hazırda Türkiyədə 35 Vətən müharibəsi qazisinin müalicəsi davam etdirilir”. Boyukmillet.com-un xəbərinə görə, bunu YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov deyib. Onun sözlərinə görə, ümumilikdə, YAŞAT Fondunun maliyyə dəstəyi ilə 167 Vətən müharibəsi qazisi Türkiyədə müalicəyə göndərilib: “Onlardan 132 nəfərinin müalicəsi tamamlanaraq türkiyəli mütəxəssislərin rəyi əsasında ölkəmizə qaytarılıb. Hazırda isə 35 qazimizin müalicəsi Türkiyədə davam etdirilir”.
Read More »Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə təbrik edib. Boyukmillet.com-un məlumatına görə, təbrikdə deyilir: “Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər bir Azərbaycan vətəndaşının həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun! Uca Tanrı bu mübarək bayram günlərində edilən bütün duaları …
Read More »Gəncədə 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı qeyd olunub
Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə tədbir təşkil olunub. Boyukmillet.com xəbər verir ki, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkilləri Müşfiq Cəfərov və Pərvin Kərimzadə,Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gürcüstanın …
Read More »İnzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına dəyişiklik edilib
Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli və “Azərbaycan …
Read More »Prezident “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair sənədi təsdiqləyib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunu təsdiq edib. Boyukmillet.com xəbər verir ki, göndərən ölkə (GÖ) “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təlimində iştirak edəcək şəxsi heyətinə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi peyvəndlərin ev sahibi ölkəyə (ESÖ) girişdən əvvəl vurulmasını təmin edəcək. Bu məqsədlə ÜST-ün müəyyən …
Read More »“Sovet hakimiyyətinin Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməsi tarixi faktdır”
“Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında mütləq şəkildə biz beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq. Ermənistanın Azərbaycan torpaqlarına köçürülməsi XIX əsrdə, XX əsrin əvvəllərində, 1920-ci ildə Sovet hakimiyyəti tərəfindən Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verilməsi, bu da tarixi faktdır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, ondan iki il əvvəl …
Read More »“Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni mərhələnin başlanğıcıdır”
“Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, diasporumuzun fəaliyyət tarixində yeni mərhələnin başlanğıcıdır”. Boyukmillet.com xəbər verir ki, Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbədən sonra regionda yaranmış reallıqlar və dünyada baş verən mürəkkəb proseslər kontekstində yeni çağırışlar və hədəflər meydana çıxıb. Deputat qurultayın Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində keçirilməsinə …
Read More »“Prezident Zəfər Qurultayında çıxışı ilə Azərbaycan diasporu üçün yol xəritəsi cızıb”
“44 günlük Vətən müharibəsindəki tarixi zəfərdən sonra Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası var. Tədbirdə dünyanın hər bir yerindən seçilmiş azərbaycanlılar iştirak edirlər. Həmin şəxslərin Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında böyük əmək var”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin …
Read More »Prezident: “Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq”
“Azərbaycan xalqı otuz il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu. Ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və heç vaxt bu xalq işğalla barışmaq fikrində deyil”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib. “İlk qurultaydan sonra dəfələrlə deyirdim ki, …
Read More »