Cümə , 17 Aprel 2026
Drone Cameras

Prezident Qaradağda yolların yenidən qurulmasına 5,3 milyon manat ayırıb

Prezident İlham Əliyev Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.

Boyukmillet.com  xəbər verir ki, sərəncamla Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş, Qobustan, Lökbatan və Sahil qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 5,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Check Also

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Milli Məclisin 21 aprel tarixli iclasının gündəliyi açıqlanıb. Parlamentdən  verilən məlumata görə, gündəliyə 8 məsələ …