Cümə axşamı , 2 Yanvar 2025

Daxili siyasət

Ötən il 420 nəfər Azərbaycana readmissiya olunub

Ötən il 420 nəfər Azərbaycana readmissiya olunub. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) sədri Vüsal Hüseynov qurumun 2021-ci il ərzində fəaliyyətinə dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, onların Azərbaycana gətirilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq razılığına əsasən, çarter reysləri ilə həyata keçirilib: “Keçən il readmissiya edilənlərin sayında 2,9 dəfə artım olub. 2014-cü ildən bu …

Read More »

Çingiz Əsgərov: “Gələcəkdə Azərbaycanda sığınacaq axtaranların sayı artacaq”

“Gələcəkdə Azərbaycana gələrək sığınacaq axtaranların sayı artacaq. Ona görə də dövlət orqanları bu prosesə hazır olmalıdırlar. Çünki bu kimi məsələləri onlar həll etməli olacaqlar”. Boyukmillet.com xəbər verir ki, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Qaçqınların Beynəlxalq Himayəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin qaçqınlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı qərarlar toplusunun nəşri ilə bağlı tədbirdə deyib. O xatırladıb …

Read More »

Prezident məhkəmə hakimləri ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib

Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, dəyişikliklə yüksək hakim vəzifələrinə təyin edilmiş hakimlərin hüquqşünas ixtisası üzrə dövlət orqanlarında (qurumlarında) iş stajı, habelə hüquq sahəsində elmi və pedaqoji fəaliyyət müddəti onların hakimlik stajına hesablanacaq.

Read More »

Vilayət Eyvazov Daxili Qoşunlarda müşavirə keçirib, tapşırıqlar verib

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə Daxili Qoşunların Baş İdarəsində 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Müşavirəni giriş sözü ilə açan general-polkovnik Vilayət Eyvazov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf və tərəqqi strategiyası nəticəsində ölkəmizin iqtisadi qüdrətinin, müdafiə potensialının, beynəlxalq mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmləndiyini bildirib, dövlət …

Read More »

QHT-lərin korrupsiya ilə mübarizədə rolunun artırılması məsələsi müzakirə olunub

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ADA Universitetində “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda “dəyirmi masa” keçirib. Boyukmillet.com xəbər verir ki, toplantıda Agentliyin Müşahidə Şurasının icraçı direktoru və üzvləri, mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuralarda təmsil olunan QHT sədrləri, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən təşkilatların təmsilçiləri iştirak edib. “Dəyirmi masa”nı …

Read More »

PA-nın rəsmisi QHT-lərin korrupsiyaya qarşı mübarizədəki rolundan danışıb

“Son 10 ildə Azərbaycanda korrupsiyaya qarşı mübarizədə QHT-lər kifayət qədər fəallıq nümayiş etdiriblər”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident Administrasiyasının məsul əməkdaşı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev ADA Universitetində “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda keçirilən “dəyirmi masa”da deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışlarında hər zaman ictimai …

Read More »

Prezident yanında İctimai Palatanın yaradılması təklif edilir

Azərbaycanda Prezident yanında İctimai Palatanın yaradılması təklif edilib. Boyukmillet.com xəbər verir ki, bu təklifi Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev ADA Universitetində “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda keçirilən “dəyirmi masa”da irəli sürüb. Onun sözlərinə görə, Azərbaycanda ictimai nəzarətin hüquqi əsasları var: “Lakin ictimai nəzarətin bir institut olaraq formalaşması başa çatmayıb”. Ə.Nuiyev bildirib ki, …

Read More »

Prezident “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının yanvarın 13-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı tədbirdə çıxış edib: -Hörmətli xanımlar və cənablar, əziz dostlar. Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Gülüstan sarayında Azərbaycanda inşa ediləcək yeni külək elektrik …

Read More »

Prezident İlham Əliyev: “Regionda nəhəng geosiyasi dəyişiklik baş verib”

“Torpaqlarımızın işğaldan azad olunması indi ölkə üçün yeni imkan, regionda nəhəng geosiyasi dəyişiklikdir”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. “Cənab nazir, bir daha xoş gəlmisiniz. Mən həqiqətən çox məmnunam ki, siz gəlib bizim ölkəmiz, tərəfdaşlığımız, qardaşlıq münasibətlərimiz …

Read More »