Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Azərbaycanın Ermənistana sülh təklifinin məqsədi açıqlanıb

“Azərbaycan Ermənistana sülh təklif etməklə yeni insan təlafatını istisna etmək istəyir”.

Boyukmillet.com-un xəbərinə görə, bunu Birinci vitse prezidentin köməkçisi Elçin Əmirbəyov “Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, məcburi köçkünlərin qayıdışını təmin etmək məqsədilə azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq, yenidənqurma işləri aparılır: “Artıq bir neçə şəhərin Baş Planı da hazırdır. Bu işlər davam etdirilir”.

Check Also

Parlament 12 məsələnin müzakirəsi üçün toplaşacaq

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında – oktyabrın 27-də 12 məsələ müzakirə ediləcək. Boyukmillet.com xəbər verir …