Azərbaycanın Rusiyadakı səfirliyindəki seçki məntəqəsində növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə prosesi başlayıb. “Report”un Rusiya bürosunun məlumatına görə, Moskvada seçki məntəqəsi saat 08:00-da fəaliyyətə başlayıb və Moskva vaxtı ilə saat 19:00-a qədər açıq olacaq. Səsvermədə 18 yaşına çatmış Azərbaycan vətəndaşları iştirak edə bilər. Ölkədən kənarda yaşayan və ya müvəqqəti olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarını təmin etmək üçün 37 ölkədə 49 …
Read More »Məzahir Pənahov seçkilərin ilkin nəticələrinin açıqlanacağı vaxtı elan etdi
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov növbədənkənar prezident seçkilərinin ilkin nəticələrinin açıqlanacağı vaxtı elan edib. Boyukmillet.com xəbər verir ki, onun sözlərinə görə, ilkin nəticələr saat 21:00-da elan edilə bilər. “Bütün təcrübəmizdən irəli gələrək deyə bilərik ki, saat 21:00-da ilkin nəticələri elan edəcəyik”, – sədr bildirib. MSK sədri qeyd edib ki, fevralın 9-da isə qeyri-rəsmi nəticələri elan edəcəklər: “Daha sonra isə …
Read More »Şuşada prezident seçkiləri üzrə səsverməyə start verilib
İşğaldan azad olunan Şuşa şəhərində növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə eçirilir. Boyukmillet.com xəbər verir ki, şəhərdə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xankəndi seçki dairəsinin 105 saylı seçki məntəqəsi yaradılıb. Şuşa şəhər 1 saylı tam orta məktəbin binasında yaradılan məntəqə səhər saat 08:00-da açılıb. Məntəqədə ümumilikdə 1222 seçici qeydiyyatdan keçib. Səsverməni 13 nəfər yerli müşahidəçilər izləyir. Məntəqə bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə …
Read More »MDB PA missiyası Azərbaycanda prezident seçkilərinin monitorinqinə başlayıb
MDB Parlamentlərarası Assambleyasının (PA) missiyası Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini izləməyə başlayıb. Boyukmillet.com xəbər verir ki, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan olan deputat və senatorların daxil olduğu müşahidə missiyasına Qazaxıstan parlamenti Senatının sədr müavini Jakip Asanov başçılıq edir. J.Asanov əvvəlcə Səbail rayon 7 saylı seçki dairəsinin Dövlət İdarəçilik Akademiyasında yerləşən 2 saylı seçki məntəqəsində olub. Saat 08:00-da səsvermə …
Read More »Azərbaycanın müstəqillik tarixində ilk dəfə Xankəndidə seçki məntəqələri açılıb, səsvermə keçirilir
İşğaldan azad olunan Xankəndi şəhərində növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsverməyə start verilib. “Report”un Qərb bürosunun Xankəndiyə ezam olunan əməkdaşının xəbərinə görə, səhər saat 8:00-da məntəqə açılıb. Şəhərdə 122 saylı Xankəndi seçki dairəsinin məntəqəsi yaradılıb. 14 saylı məntəqə şəhərin mərkəzi inzibati binasında yerləşir. Müşahidəçilər səsvermə prosesini izləyir. Məntəqə bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün …
Read More »Azərbaycanda növbədənkənar prezident seçkiləri üzrə səsvermə başlayıb
Azərbaycan prezidentinin seçkiləri ilə əlaqədar səsvermə başlayıb. Boyukmillet.com-un xəbərinə görə, bu, Azərbaycan Prezidenti postu uğrunda keçirilən IX rəsmi ümummilli seçkidir və prezident seçilən şəxsin səlahiyyət müddəti 7 il olacaq. 18 yaşı tamam olmuş şəxslər seçki məntəqələrinə yaxınlaşaraq səs verə bilərlər. Ölkədə 6 milyon 478 min 623 seçici var və 6 milyon 524 min 203 seçki bülleteni çap olunub. Azərbaycanda 125 …
Read More »Azərbaycanın Çindəki səfirliyində səsvermə başlanıb
Azərbaycanın Çindəki səfirliyində yerli vaxtla saat 08:00-dan etibarən prezident seçkilərində səsvermə başlanıb. Bu barədə Azərbaycanın Çindəki səfirliyindən bildirilib. Qeyd olunub ki, səfirlikdə 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 44 saylı seçki məntəqəsi yaradılıb. “Vətəndaşlarımız səhər saatlarından başlayaraq seçki məntəqəsinə gəlirlər. Hazırda seçicilərin xüsusi fəallığı müşahidə olunur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra ölkəmizdə keçirilən ilk …
Read More »Azərbaycanın Koreyadakı səfirliyində prezident seçkiləri ilə əlaqədar səsverməyə start verilib
Növbədənkənar Azərbaycan Respublikası prezidentinin seçkiləri ilə əlaqədar Koreya Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 8:00-da (Bakı vaxtı ilə 03:00) səsverməyə start verilib. Bakı ilə saat fərqinə əsasən, səsvermə prosesi ilk olaraq ölkəmizin Seuldakı səfirliyində yaradılan məntəqə seçki komissiyasında başlayıb. Boyukmillet.com xəbər verir ki, səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun …
Read More »Gürcüstan Azərbaycanlıları Bəyanat yaydı
Gürcüstan Azərbaycanlıları Milli Konqresi 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar seçkilərlə bağlı bəyanat yayıb. Boyukmillet.com bəyanatı olduğu kimi təqdim edir: 2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında keçiriləcək növbədənkənar seçkilər təkcə Azərbaycan Respublikası və Azərbaycan xalqı üçün deyil, bütün Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının sabitliyi region ölkələri üçün məhək daşıdır. Azərbaycan bütün müstəqillik dövründə Gürcüstanın ən mühüm …
Read More »AQC ARPA ilə əməkdaşlıq memorandumu imzalayacaq
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) İdarə Heyətinin sədri Günay Şahbazova ilə görüşüb. Görüşdə hər iki peşə birliyinin fəaliyyəti, mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər qarşılıqlı əməkdaşlıq memorandumu imzalamaq qərarına gəlib. Memorandumun hazırlanması üçün işçi qrup yaradılıb. Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Azərbaycan Respublikası Auditorlar Palatası (ARAP) …
Read More »