Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Bərdədən Xankəndiyə köçürülür. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” 12 avqust 2021-ci il tarixli Fərmanında dəyişiklik edib.
Read More »İlham Əliyev Ermənistanla sülh sazişinin imzalanmasının şərtini açıqlayıb
Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib. Dövlət başçısı qeyd edib ki, danışıqlar bir neçə il davam etdi və nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı: “Mən hesab edirəm ki, bu, münaqişənin, müharibənin sonudur. …
Read More »Bu gün Laçın Şəhəri Günüdür
Bu gün Laçın Şəhəri Günüdür. Boyukmillet.com-un xəbərinə görə, Laçın şəhəri günü Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində 2022-ci ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Həmin gün Prezident İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri “X” sosial şəbəkəsində …
Read More »Dövlət Komitəsinə azad edilmiş ərazilərə qayıdışla bağlı 3 minə yaxın müraciət daxil olub
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı 2975 müraciət daxil olub. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət qurumu məlumat yayıb. Bildirilib ki, həmin ərazilərə geri qayıdan əhaliyə dəstək məqsədilə yaradılmış “1657” qısa nömrəli “qaynar xətt” xidmətinə Dövlət Komitəsinin digər fəaliyyət istiqamətləri ilə bağlı 2867 məlumat və müraciət daxil olub. Birinci istiqamət üzrə …
Read More »Formula 1-lə bağlı Azərbaycana gələn şəxslər üçün viza prosedurları sadələşdirilib
Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdirilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, bu il Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər avqustun 25-dən sentyabrın 30-dək Azərbaycan beynəlxalq hava limanlarında viza ala biləcəklər. …
Read More »Dövlət Xidmətinin zabit hazırlığı xüsusi proqram səlahiyyəti ləğv edilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin zabit hazırlığı xüsusi proqram səlahiyyəti ləğv edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Belə ki, Dövlət Xidməti Prezidentin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”də edilən dəyişikliyə əsasən ali təhsil müəssisələri tələbələrinin …
Read More »Ermənistan Ordusunun hücumları nəticəsində Laçında yaralanmış şəxs: Qəbirlərin başdaşıları dağıdılıb, meyitlərin qızıl dişləri çıxarılıb
Avqustun 22-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Muxtar Həşimov Laçının Cicimli kəndinin işğalı zamanı qəbirlərin başdaşılarının dağıdıldığını, meyitlərin qızıl dişlərinin çıxarıldığını bildirib. Boyukmillet.com xəbər verir ki, Muxtar Həşimov 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Laçın rayonunun Cicimli kəndindən məcburi köçkün düşdüyünü söyləyib: “Hələ 1989-cu ildə kəndimizdə çoban Mehdi Məhəmmədovu heyvan otardığı zaman …
Read More »Kəlbəcərin 1-ci yaşayış kompleksində sakinlər üçün hər bir şərait yaradılıb
Kəlbəcər şəhərinin 1-ci yaşayış kompleksində sakinlər üçün hər bir şərait yaradılıb. “Report”un Qərb bürosu xəbər verir ki, bu barədə Prezidentin izi ilə Kəlbəcərə təşkil olunan mediaturda məlumat verilib. Bildirilib ki, müasir üslubda və yüksək standartlara uyğun inşa olunan yaşayış kompleksindəki mənzillər bütün zəruri xidmətlərlə təmin olunub. Yaşayış binalarının həyətində sakinlərin istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif məkanlar yaradılıb, …
Read More »Azərbaycan Prezidenti müxtəlif ölkələrin vaxtilə Ermənistana pulsuz silah verməsinin məqsədini açıqlayıb
Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərinin sakinləri ilə görüşdə müxtəlif ölkələr tərəfindən vaxtilə Ermənistana pulsuz silah verilməsinin məqsədini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib: “İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Təbii ki, Ermənistanın bu qədər silah …
Read More »İlin ilk altı ayında Azərbaycanda 158 mindən çox şəxs sürücülük vəsiqəsi alıb
Bu ilin yanvar-iyun aylarında nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan şəxslərin sayı 158 min 509 nəfər olub. Boyukmillet.com-un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib ki, onların 131 min 657 nəfərini kişilər, 26 min 852 nəfərini isə qadınlar təşkil edib. Ümumi verilən vəsiqələrdən 95 min 117-si, yəni kişilərə verilən vəsiqələrdən 87 min 784-ü, qadınlara verilən vəsiqələrdən isə 7 …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
